Azərbaycan İdeyası

“39”-dakı mədəniyyətsizliyin ömrü 40 ilə də düzələn deyil

Tarix:29-11-2023, 13:51
Baxış Sayı:112


Azərbaycanda, xüsusilə paytaxt Bakıda ən çox problemləri olan sahələrdən biri də ictimai nəqliyyatdır. İctimai nəqliyyatdan istifadə edənlərin əksəriyyəti hansısa çatışmazlıqdan narazıdır.
Sərnişinlər arasında keçirilən rəy sorğularından məlum olur ki, sürücülər sükan arxasında siqaret çəkir, sərnişinlərə "sən" deyə müraciət edirlər. Az qala 24 saat işləyən sürücülər var. Təbii ki, qəza da olacaq, söyüş də söyəcəklər, əsəbləri də gərgin olacaq. Ən böyük problem sürücü mədəniyyətinin olmamasıdır. Sürücülərin bəzən sərnişin daşıdıqlarını unutması, sürət həddini aşma, yüksək səslə musiqi dinləmələri, nəqliyyat vasitəsinin düzgün idarə edilməməsi, sərnişinlərlə kobud rəftar etmələri narahatlıq doğurur. Sürücü mədəniyyəti çox aşağıdır, qrafik üzrə hərəkətə məhəl qoyulmur.
Bu sətirlərin müəllifi ictimai nəqliyyat istifadəçisi kimi avtobuslarda neqativ hallarla çox rastlaşmışdır. Məsələn, bu gün (29.11.2023) səhər saat 9:15 radələrində işə gələrkən 39 saylı marşrut üzrə hərəkət edən, sərnişini olduğum 99 JZ 702 dövlət nömrə nişanlı avtobusun sürücüsü yolda hərəkət iştirakçı olan digər avtomobilin sürücüsünə iradını bildirmək üçün qapını öz tərəfindən açaraq ona təhqiramiz ifadələr işlətdi. Ağzına gələn hər sözü söyləyərkən avtobusun içindəki sərnişinləri, o cümlədən qız-gəlini heç nəzərə almadı. Onların mübahisəsi dəqiqələr çəkdiyindən salonda oturan sərnişinlər həm də mənzil başına gecikdiklərinə görə narahat oldular. Mən də işə tələsdiyim üçün sürücüyə iradımı bildirdim və mədəniyyətli olmağını tövsiyə etdim. Sürücü bundan daha da hirslənərək mənə: “tələsirsən, evdən bir az tez çıx, başqa maşınla get” – dedi. Gördüm ki, sözü uzatmağın faydası yox, əksinə, ziyanı çoxdur. Odur ki, daha danışmağa lüzum görmədim. Təəccüblü bu idi ki, avtobus sürücüsü cavan, təcrübəsiz deyildi, orta yaşlı kişi idi.
Əlbəttə, piyada şəhər sakinləri bir məntəqədən digərinə gedərkən məsafəni də, hansı nəqliyyat vasitəsinin həmin məsafəni nə qədər vaxtadək qət edə biləcəyini də sürücülərdən yaxşı bilir. Hərəkəti ləngidən obyektiv səbəbləri (yol-nəqliyyat qəzası, tıxaclar, maşınların texniki nasazlığı, ortaya çıxan başqa fors-major halları və s.) də nəzərə alır. Amma niyə onun gecikməsi sürücülərin mədəniyyətsizliyi, emosionallığı, əsəbiliyi, yersiz mübahisələrə vaxt aparmaları hesabına olmalıdır? Əgər ona mane olan digər hərəkət iştirakçısının qayda pozuntusu qalıcıdırsa, digər sürücü maneə törətməkdə davam edirsə, sərnişinlərin də haqlı tərəfi müdafiə etdiklərinin az şahidi olmamışıq. Lakin şəkdiyim misalda həqiqətən də avtobus sürücüsünün əsəblərini cilovlaya bilməməsi və əsas vəzifəsini unutması açıq-aşkar idi. Belələrinə qarşı sərt tədbir görülməyincə, yollarda hərəkətin təhlükəsizliyinin tam təmin olunmasından söhbət gedə bilməz. Görünən odur ki, bu sahədə mədəniyyətsizliyin ömrü 40 gün deyil, 40 ildən də çox çəkəcək.

Baş redaktor: Xuraman Ə.Quliyeva. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Təbrik edirik!+ FOTO!
Təbrik edirik!+ FOTO!
"Aman ayrılıq"
"Aman ayrılıq"
MƏMMƏD AĞALAR OĞLU ƏLİYEVİN TƏRCÜMEYİ-HALI
MƏMMƏD AĞALAR OĞLU ƏLİYEVİN TƏRCÜMEYİ-HALI
Balaca fidanların Məxmər müəllimi
Balaca fidanların Məxmər müəllimi
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
Bütün ədalətsizliklər içərisində ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir!!! Yunan filosofu Ariostotel
Bütün ədalətsizliklər içərisində ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir!!!                                                        	   Yunan  filosofu  Ariostotel
Azərbaycanda 20-yə yaxın məmurun korrupsiya cinayətlərinin üstü açıldı - ŞOK FAKTLAR
Azərbaycanda 20-yə yaxın məmurun korrupsiya cinayətlərinin üstü açıldı - ŞOK FAKTLAR
Prokuror Məmməd Əliyev bu səbəbdən deputat ola bilmədi – İLGİNC SƏBƏB / ÖZƏL
Prokuror Məmməd Əliyev bu səbəbdən deputat ola bilmədi – İLGİNC SƏBƏB / ÖZƏL