Azərbaycan İdeyası

Sürücülərin NƏZƏRİNƏ - Buz bağlayan yolların SİYAHISI

Tarix:15-01-2024, 11:22
Baxış Sayı:111



Hava şəraiti ilə əlaqədar avtomobil yollarının vəziyyəti açıqlanıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, bəzi yollarda hərəkət təhlükəli olduğundan şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə tövsiyə edilir:

- “Zəfər yolu”: Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Toğanalı - Kəlbəcər - İstisu: Zəif qar yağır. Yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 12-14 dərəcə şaxta müşahidə olunur. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülür.

- Qubadlı - Laçın: Yağıntı yoxdur, 8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Füzuli - Hadrut: Yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Bakı - Quba: Yağıntı yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Giləzi - Xızı: Yağıntı yoxdur. 8 dərəcə şaxta var, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Bakı-Qobustan: Hava çiskinlidir, Qobustan rayonu ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Qobustan - Şamaxı - Muğanlı: Hava çiskinlidir, şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Muğanlı - Ağsu - Yevlax: Qar yağmır. Yolun 143 kilometrliyindən başlayaraq Ağsu dolaylarında yollar buz bağlayıb, tədbir görülür, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Muğanlı ərazisində 7-8 dərəcə şaxta var.
- Muğanlı - İsmayıllı: Yağıntı yoxdur, 9-14 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlib. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

- İsmayıllı - Qəbələ - Oğuz - Şəki: Yağıntı yoxdur. İsmayıllı, Qəbələ və Oğuz rayonları ərazisində 9-12 dərəcə şaxta var, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

- Yevlax - Şəki - Qax - Zaqatala: Yağıntı yoxdur. 5-6 dərəcə şaxta var, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Şəmkir - Gədəbəy: Yağıntı yoxdur. 10 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti qismən təmin olunur.

- Gəncə - Daşkəsən: Yağıntı yoxdur. 10 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

- Ələt - Astara: Yolda şaxta yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Masallı - Yardımlı: Masallı rayonu ərazisində yağıntı yoxdur. 2-3 dərəcə şaxta var. Yardımlı rayonu ərazisində yağıntı yoxdur, 10-12 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

- Lənkəran - Lerik: Lənkəran rayonu ərazisində qar yağır. 1 dərəcə şaxta var. Lerik rayonu ərazisində yağıntı yoxdur, 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

- Bakı - Ələt - Hacıqabul - Ucar - Yevlax - Gəncə - Qazax: Hava çiskinlidir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

- Hacıqabul - Bəhramtəpə - Horadiz: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

OXŞAR XƏBƏRLƏR
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Türkiyədə ZƏLZƏLƏ OLDU
Türkiyədə ZƏLZƏLƏ OLDU
Azərbaycanda yeni nazir təyin edildi
Azərbaycanda yeni nazir təyin edildi
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında
Dövlət sərhədini pоzduqlarına görə 16 nəfər saxlanıldı
Dövlət sərhədini pоzduqlarına görə 16 nəfər saxlanıldı
Ombudsman PARLAMENTDƏ
Ombudsman PARLAMENTDƏ
Parlamentin növbəti iclası BAŞLADI
Parlamentin növbəti iclası BAŞLADI