Azərbaycan İdeyası

Qarlı hava yollarda hərəkəti çətinləşdirdi

Tarix:5-12-2022, 12:11
Baxış Sayı:69

Qarlı hava yollarda hərəkəti çətinləşdirdi
Dekabrın 4-dən etibarən müşahidə olunan qarlı-şaxtalı hava şəraiti bir sıra yollarda hərəkəti çətinləşdirib.

Məlumata görə, Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy istiqamətində yollarda hərəkət iflic olub.

Sözügedən yollarda buzlaşma müşahidə olunur.

Hazırda yollara duz qarışıq qum səpilir. Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı yollarda nəzarət tədbirlərini gücləndirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov saytımıza bildirib ki, Qərb bölgəsindəki dağlıq ərazilərdə yağan qar, havanın temperaturunun enməsi, həmçinin bəzi yerlərdə duman olması nəqliyyatın hərəkətini çətinləşdirib:

“Bununla bağlı ərazi üzrə polis şöbələrinin yol polisi bölmələrinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar. Sürücülərdən xahiş olunur ki, həmin ərazilərdə maksimum diqqətli olsunlar, nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı