Azərbaycan İdeyası

“Qum adası”na gedib-gəlmək problemdir

Tarix:1-02-2024, 13:17
Baxış Sayı:197


Suraxanı rayon Zığ qəsəbəsi Qum Adası massivində yaşayan sakinlər “Korrupsiya və Qanun” qəzetinə müraciət edərək, onlara əziyyət verən bir sıra problemləri sadalayıblar, ələlxüsus da yollarının baxımsız vəziyyətdə olduğunu deyirlər:
“Qışda zığ-palçıqdan, yayda toz-torpaqdan tərpənmək olmur. Aidiyyatı qurumların yollarının təmiri ilə bağı hərəkətə keçməlidirlər. Kanalizasiya sistemi yox səviyyəsindədir. Qum Adası” – “Əhmədli” metro-stansiyası istiqamətində işləyən 183 nömrəli marşrut avtobuslarının köhnə olması, intervallarının böyük (yarım saat və bəzən bir saat) olması səbəbindən əziyyət çəkirik. Qəsəbədə (Qum Adasına “Kiçik Zirə” də deyilir) məktəb, uşaq bağçası, tibb məntəqəsi olmadığından, sakinlər təkcə işdən ötrü deyil, həm də bu vacib sosial obyektlərin xidmətindən yararlanmaq üçün Zığ qəsəbəsinə və şəhərə doğru hərəkət etmək zorundadırlar. Aşağı sinif şagirdlərinin valideynləri bu səbəbdən daha çox narahatlıq keçirirlər. Xəstə üstünə təcili tibbi yardım maşını çağıranda massivin girişindəki “Rahat Market”dən irəli getmək istəmirlər. Massivdə evlərin ünvanlarını tapmaq müşkül məsələdir: əhəmiyyətli sosial obyektlər olmadığına görə, təcili yardım maşınının sürücüsünə konkret orientir vermək mümkün deyil. Yalnız “Halikarnas balıqçısı” restoranı və “Şako – Market”in həndəvərində yaşayanlar ünvan göstərmək məsələsində bir az şanslıdırlar...”
Bir müddət əvvəl Suraxanıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov sakinlərin müraciətini nəzərə alaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik Hüquqi Şəxsinə məktub ünvanlayaraq, 183 saylı marşrut xəttinə əlavə avtobuslar buraxılmasına köməklik göstərilməsini xahiş etmişdir. Lakin rayon rəhbərliyinin xahişi yerinə yetirilməmişdir. Görünür, İcra Hakimiyyəti sonradan bu məsələnin, necə deyərlər, “başını buraxmışdır”.
Mövzuya qayıdacağıq.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı