Azərbaycan İdeyası

Bakı meriyasının iki departamentinin fərqli cavabları

Tarix:1-02-2024, 16:29
Baxış Sayı:105

Sadiq oxucularımız xatırlayarlar, “Korrupsiya və Qanun” qəzetinin 13 sentyabr 2023-cü il tarixli 08 (100)-cü nəşrində “Yazıçılar sülaləsi Rzayevlərin yaşadıqları binanın həyətinə girişi hansı zəbt edən tacir kimə arxayındır? Başlıqlı tənqidi məqalə dərc olunmuşdu.
Məqalədə söhbət Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 21/26-da yerləşən, Xalq yazıçısı Anar Rzayevin yaşadığı binanın həyətinin giriş hissəsinin arka şəkilli keçidinə bitişik mənzilin Elxan adlı şəxs tərəfindən marketə çevrilməsi, icarəyə verməsib, mənzilin küçəyə baxan pəncərələrini də dəyişib dükanın qapısı eləməsi, bundan başqa, dükanın içində satış üçün yer azlıq etdiyindən, küçəyə dondurma və müxtəlif içkilər yılğılan bir neçə soyuducu qoyması, demək olar ki, keçidi bağlamasından gedirdi. Bildirilirdi ki, həmin şəxsin sözügedən ünvandakı marketdən başqa daha bir neçə yerdə də əsasən xaricdən qanunsuz gətizdirdiyi aksiz markası olmayan siqaret satdırdığı satış “nöqtələri” mövcuddur: “Elxan həmçinin həftədə yeddi gün, sutkaboyu rejimdə fəaliyyət göstərən marketin üstündəki 2-ci və 3-cü mərtəbələrdəki mənzilləri kirayəyə götürüb, birində özü yaşayır, digərində qeyri-leqal işlətdiyi, əyalətlərdən cəlb olunmuş işçiləri qalırlar. Məlumata görə, Elxan keçidi zəbt etdiyinə görə, ona irad tutanlara deyir ki, “əcəb edirəm, yuxarıların haqqını verib işimi görürəm”.
Məqalədə həmçinin 2022-ci il iyunun 23-də Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında imzalanmış Prezident sərəncamı da xatırlanmış, binanın 18-ci mənzilində evdə təmir bərpa işlərinə hələ də başlanılmadığı qeyd olunmuşdu.
Məsələ ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət nazirinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinə, Bakı Şəhər icra Hakimiyyətinin başçısına 19.10.2023-cü il tarixli məktublarımızla müraciət edərək, məqaləmizdə ehtiva olunan faktların araşdırılmasını və nəticə barədə redaksiyamızın məlumatlandırılmasını xahiş etdik.
Məktublarımıza gələn cavablar bir-biri ilə ziddiyyət təşkil etdiyi üçün bu mövzuya yenidən qayıtmaq qərarına gəldik. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti redaksiyamıza göndərdiyi 20 dekabr 2023-cü il tarixli məktubda bildirir ki, qaldırdığımız problemin həlli istiqamətində sözügedən ünvanda Departamentin əməkdaşları tərəfindən tədbir keçirilmiş, keçidə qoyulmuş soyuducular və avadanlıqlar yığışdırılmışdır. Məktubda sahibkarın qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədi olduğu da qeyd edilmişdir.
Maraqlıdır ki, Bakı şəhər İcra Hakimiyyətinin digər struktur vahidi - Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi isə redaksiyamıza göndərdiyi 17 yanvar 2024-cü il tarixli məktubunda bildirilir ki, sözügedən ünvanda sahibkara məxsus soyuducu və digər əşyaların olması nəzərə alınaraq, piyadaların gediş-gəlişinə maneçilik törədən amillərin aradan qaldırılması üçün ona xəbərdarlıq olunmuşdur. Sahibkar isə Elxan deyil, Əzimov Cavad Zakir oğludur.
Qəribədir, deyilmi? Bakı Şəhər İcra Hakimiyyətinin iki departamenti fərqli cavablar yazır: Əgər 20 dekabr 2023-cü il tarixdə keçidə mane olan soyuducu və digər əşyalar yığışdırılıbsa, necə olur ki, bundan 28 gün sonra onların yığışdırılması barədə sahibkara xəbərdarlıq edilib? Deməli, departamentlərin, daha doğrusu, onları təmsil edən şəxslərin hansısa yalan məlumat verir?
O ayrı məsələdir ki, Əzimov Cavad Zakir oğluna Elxan adlı şəxs barədə heç kim sual verməyib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi isə 28 noyabr 2023-cü il tarixli cavab məktubunda sözügedən ünvanda tikinti işlərinin aparıldığının müşahidə edilmədiyini yazmaqla kifayətlənmişdir.

Güloğlan Hüseynov

OXŞAR XƏBƏRLƏR
Sabirabadda polisin “malaladığı” rəzalət: Xuliqanlığını ört-basdır etmək üçün on dörd yaşlı qızın adını dilə-dişə saldı
Sabirabadda polisin “malaladığı” rəzalət: Xuliqanlığını ört-basdır etmək üçün on dörd yaşlı qızın adını dilə-dişə saldı
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü alıb – aldatma ilə məşğuldur
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü alıb – aldatma ilə məşğuldur
Birinci Vitse-Prezidentə müraciət
Birinci Vitse-Prezidentə müraciət
BİNƏQƏDİ NEFT ŞİRKƏTİNƏ SATILAN MƏHKƏMƏ hakimi: “Hüququ pozulan şəxs polisdən, prokurorluqdan və mətbuatdan kömək gözləməməlidir”
BİNƏQƏDİ NEFT ŞİRKƏTİNƏ SATILAN MƏHKƏMƏ hakimi: “Hüququ pozulan şəxs polisdən, prokurorluqdan və mətbuatdan kömək gözləməməlidir”
İlham Əliyev – 63: Müzəffər Ali Baş Komandan
İlham Əliyev – 63: Müzəffər Ali Baş Komandan
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi faydasız qida əlavələri alverçiləri ilə bağlı sorğulardan niyə yayınır?
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi faydasız qida əlavələri alverçiləri ilə bağlı sorğulardan niyə yayınır?
Təlimçi müəllimi ölümlə hədələdi – Əfsanə Abdullayevanın arxasında duran “Əfsanə” kimdir?
Təlimçi müəllimi ölümlə hədələdi – Əfsanə Abdullayevanın arxasında duran “Əfsanə” kimdir?
Aldadıb ələ keçirdiyi pulu “bandotdelə” verdiyini dedi və “yoxa çıxdı”
Aldadıb ələ keçirdiyi pulu “bandotdelə” verdiyini dedi və “yoxa çıxdı”