Azərbaycan İdeyası

Bu rayonda gecə küçəyə çıxmamaq tövsiyə edildi - Saqqallı kişi...

Tarix:24-06-2016, 19:17
Baxış Sayı:646

Bu rayonda gecə küçəyə çıxmamaq tövsiyə edildi - Saqqallı kişi...
Ağdaşda Qoşaqovaq kəndində bir neçə gündür ki, insanlar həyəcan içində yaşayır.

Kənd sakinlərinin verdiyi məlumata görə, bir neçə gündür ki, tanımadıqları qara paltarlı şəxs həyətlərə girərək sakinləri təlaşa salır. Sıx və uzun saqqallı bu adamı tanımayan kənd sakinləri dəfələrlə onu tutmağa çalışsa da, buna nail ola bilməyiblər. Bildirilir ki, naməlum şəxs həyətlərə girərək gecə saatlarında alışqan işığı yandırır və oturaraq siqaret çəkir. Məsələ ilə bağlı sakinlər polisə müraciət də ediblər.

Qoşaqovaq kənd sakinləri bildirib ki, polislər artıq kənddə araşdırmalara başlayıb və bir neçə polis nəfəri yaşayış məntəqəsinin ərazisində keşik çəkir. Həmçinin əhaliyə hava qaralandan sonra küçəyə çıxmamaq tövsiyə edilib.

Ağdaş rayon Polis Şöbəsindən bildirilib ki, məsələdən xəbərdardırlar və müvafiq tədbirlər görülür. Qoşaqovaq kəndi üzrə polis sahə müvəkkili Murad Quliyev isə bildirib ki, artıq 10-a yaxın evin həyətinə həmin naməlum şəxsin daxil olaraq həyəcan yaratması müəyyənləşdirilib. İnsanlara və onların mülkünə hər hansı ziyan vurmayan “çağırılmamış” qonaq daha çox təşviş yaradaraq təlaşa səbəb olur. Hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.(Lent.az)

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı