Azərbaycan İdeyası

ARİF PAŞAYEVİN OBYEKTİ HƏQİQƏTƏN BAĞLANIBMI?

Tarix:13-11-2015, 16:09
Baxış Sayı:505



Sadiq oxucularımız xatırlayarlar, qəzetimizin 18 sentyabr 2015-ci il tarixli sayca 46-cı nəşrində “”Nur” möhürlənsə də, istehlakçıları aldatmaqda davam edir” sərlövhəli tənqidi məqalə dərc olunmuşdu. Azad İstehlakçılar Birliyi Məgəçevir şəhər nümayəndəliyinin sədri Hüseynov Arif Aslan oğlunun və Mingəçevir şəhər sakini Ələsgərov Ələmşah İsfəndiyar oğlunun redaksiyaya ünvanladıqları ərizə əsasında hazırlnmılş həmin məqalədə söhbət Mingəçevir şəhərində S. Rəhimov -11 ünvanda qeyri-qanuni sərinləşdirici içki buraxan “Nur” limonad sexinin müfaviq sertifikatının olmamasından gedirdi. Həmçinin bildirilirdi ki. Edilmiş müraciətlərdən sonra Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin, eləcə də Respublika Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin, eləcə də Şəhər Polis İdarəısinin nəzarətləri ols da, heç bir nəticə yoxdur. Adları çəkilən orqanlara rəsmi müraciətlər edilsə də, onlar yayındırıcı cavablar verir, sözügedən müəssisənin guya fəaliuyyətini dayandırdığını bildirirlər.
Həmin yayındırıcı cavablardan biri də redaksiyamızın poçtuna daxil olmuşdur. Sözügedən məsələ qəzetimizdə işıqlandırılandan sonra Respublika GEM-in baş direktorundan 23.10.2015-ci il tarixli məktub almışıq. Məktubda təsdiqlənir ki, həqiqətən də 2014-cü ilin aprel ayında sahibkar Arif Paşayevə məxsus limona isdtehsalı sexində Respublika GEM tərəfindən keçirilmiş sanitariya müayinəsi zamanı aşkar edilmiş nöqsanlara görə sexdə istehsalın dayandırılması barədə 02 saylı 06 may 2014-cü il tarixli qərtar qəbul edilmişdir. Sahibkar tərəfindən nöqsanlrın aradan qaldırılmasıl təmin edilmədiyindən, istehsalın bərpa edilməsi barədəı sahibkar A. Paşayevin çoxsaylı müraciətlərinə razılıq verilməmiş və qərar qüvvəsində saxlanılmışdır. Sahibkarıln istehsalı bərpa etməsi vıə limonad istehsalına başlaması ilə əlaqədar olaraq qanunsuz hərəkətlərinin qarşısının alınması üçün Mingəçevir şəhər Polis Şöbəsinə 04-22/2-18889 saylı 25.06. 2014-cü il tarixli və 04-22/2-3972 saylı 26.12.2014-cü il tarixli məktublarla müraciətlər edilmişdir.
Amma şikayətçilər redaksiyamıza bildirirlər ki, həmin obyekt hələ də qanunsuz fəaliyyətini davamn etdirkəkdə, isteklakçıları zəhərləmək təhlükəsini saxlamaqdadır. Bu isə o anlama gəlir ki, ya Respublika GEM-i, ya Mingəçevir şəhər polisi, ya da bu qurumların hər ikisi qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətləri daxilində bütün tədbirləri həyata keçirmirlər. Zənnimizcə, GEM məsələni polsin diqqətinə çatdırmaqla öz vəzifəsini bitmiş hesab etməməlidir. Mingəçevir ŞPİ Bakıda yerləşən Daxili İşlər Nazirliyinin bir struktur vahidi olduğu kimi, Respublika GEM-in də Mingəçevir şəhərində müvafiq idarəsi vardır. Həmin idarənini əməkdaşları əraziyə mütəmadi nəzarət etməli, hətta fəaliyyətlərini rəsmən bağlanmış saydıqları obyektləri də diqqət mərkəzində saxlamalıdırlar. O ki qaldı Mingəçevir polisinin obyektivliyinə, bir az əvvəl şəhər sakinlərindən biri polis idarəsinin pəncərəsindən özünü atıb öləndən sonra polisin ədalətinə inamın azaldığı müşahidə olunmaqdadır. Xatırladaq ki, şikayətçilər həmçinin sahibkar Arif Paşayevin öz oğlunu hərbi xidmətdən yayındırır, eləcə də obyektin sektorlarından birində qanunsuz stomatoloji cabinet fəaliyyət göstərir. Beləliklə, polisin bu müraciətlə bağlı eyni vaxtda üç və bəlkə də daha çox qanunsuzluğu araşdırmağı vacibdir.

Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı
DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı
Gəncədə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız öldü
Gəncədə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız öldü
Polis əməkdaşı qeyri-qanuni sahibkarı olduğu obyekti icarəyə verdiyi şəxsin əşyalarını niyə girov saxlayıb?
Polis əməkdaşı qeyri-qanuni sahibkarı olduğu obyekti icarəyə verdiyi şəxsin əşyalarını niyə girov saxlayıb?
Dollar 3 manat OLACAQ? - AÇIQLAMA
Dollar 3 manat OLACAQ? - AÇIQLAMA
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad ediməsi Günüdür!
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad ediməsi Günüdür!
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ
Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ