Azərbaycan İdeyası

M.Ə. RƏSULZADƏ EV-MUZEYİ AÇILDI!+FOTO.

Tarix:7-03-2024, 12:39
Baxış Sayı:125


Muzeyin açılışı 5 Mart 2024-cü il İstanbul M.Ə. Rəsulzadə və Türk Dünyası Konfransı və 6 Mart, eyniadlı konfransın Ankarada keçirilən toplantısında baş verdi. Fürsətdən istifadə edərək, konfransların keçirildiyi İstanbul və Ankara Universitetlərinin rektorluğu və tələbələrinə, bundan əlavə, Türkiyədə M.Ə.Rəsulzadə tərəfindən yaradılan “Azərbaycan” dərnəyinə bütün “Rəsulzadə Ev-Muzeyi” ictimai qrupu adından ürək dolu təşəkkürümü bildirirəm.
M.Ə. Rəsulzadənin Ev-Muzeyinə həsr olunmuş onlayn-resursu təqdim edərək, biz müasir tamaşaçılara Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılardan olan Milli Şuranın rəhbəri barədə toplaya bildiyimiz bütün sənəd, foto, video və xatirə əşyalarının kolleksiyalarını göstərməyə çalışırıq.
Əziz dostlar, digər muzeylərdən fərqli olaraq bu muzeydə siz hər şeyi daha da yaxından izləyə bilər, onu böyüdə bilərsiniz, kitabları aça bilərsiniz, oxuya bilərsiniz. Sənədlərə gəldikdə, onları nüsxələndirə və lazım olan hissələri kopiyalayaraq istifadə edə bilərsiniz. Ekspozisiyaları sakit gəzmək lazım deyil. Rəsulzadənin dostu olan dahi Üzeyir Hacıbəyovun “Sənsiz” kompozisiyasının sədalarının altında dolaşa bilərsiniz. İstəmirsinizsə, başqa bir musiqi və ya musiqisiz, muzeylə tanış ola bilərsiniz.
Yüzlərlə fotoşəkil və sənədlər Süni İntellekt vasitəsi ilə təmizlənərək muzeyimizdə müxtəlif ölçülərdə, yüksək keyfiyyətlə bütün istifadəçilərə açıqdır. İstifadə edin - elmi işlərdə və hətta məktəblərdə divar qəzetlərini yaratmaqda istifadə edin.
Virtual Muzey tam interaktivdir. Əldə etdiyiniz məqalə və fotolarla ekspozisiyaları zənginləşdirmək istəyirsinizsə, bizimlə e-maillə əlaqə saxlayaraq, bizim bir parçamız olaraq M.Ə.Rəsulzadənin Muzeyini zənginləşdirə bilərsiniz.
Hamını və əsasən “Rəsulzadə Ev-Muzeyi” ictimai-qrupu, başda əziz Solmaz xanım Rüstəmova-Tohidi olmaq şərti ilə, yüzlərlə üzvümüzə həm təşəkkür edir, həm də ürəkdən təbrik edirəm!
Konfranslar çox yüksək səviyyədə keçdi, bütün Türkiyə ictimaiyyəti və əsasən tələbə gənclərlə Bakıdan gətirdiyimiz M.Ə.Rəsulzadə irsi, yeni elmi tədqiqatlar, Ev-Muzeyi layihəsi ilə bölüşdük və Türkiyə professurasının mülahizələrini dinlədik. Tədbirlər yüksək peşəkar və məhsuldar şəraitdə keçdi.
Sonda bütün konfrans iştirakçıları rəhmətlik, əzizimiz Məhəmməd Əmin Rəsulzadənin məzarında onun rəhmətə getməsinin 69-cu il dönümünü andıq.
Allah Sizə rəhmət eləsin, bizə Vətən bəxş edən birinci Azərbaycanlı!
Əziz Dostlar, hamınızı https://www.rasulzademuzeyi.org dəvət edirəm. Gözünüz aydın, artıq hamımızın görüş yeri bəllidir.






https://www.rasulzademuzeyi.org/index.php/360-virtual-tur

https://www.rasulzademuzeyi.org

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı