Azərbaycan İdeyası

“Məzun Evi”nin atalı-analı “yetimləri”.

Tarix:7-03-2024, 15:06
Baxış Sayı:139

“Korrupsiya və Qanun” qəzetinin 31 yanvar 2024-cü il tarixli sayında “Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Məzun Evi” sosial layihəsini kimlər korrupsiya dalanına dirəyib” sərlövhəli tənqidi məqalə dərc olunmuşdu.
Valideyn himayəsindən məhrum olmuş, Abşeron rayonu, Mazazır kəndi, Duz zavodu yolu, 2-ci yaşayış massivi, bina 3, blok 1, mənzil 11 də yaşayan Ramiz İbrahimzadənin yaşadığı binada baş verən qanun pozuntuları və digər neqativ hallarla bağlı şikayət etdiyi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun ona qarşı qanunsuz hərəkətləri, qüvvədə olan məhkəmə qərarlarını icra etməməsi barədə şikayəti əsasında hazırlanmış həmin məqalədə bir çox mətləblərdən söz açılmışdı: Valideyn himayəsi olmadan internat məktəbində böyümüş gənclərdən Seymur Kazımlının qabağa verilməsi, nəhayətdə Seymurun özünün və vəd verdiyi yoldaşlarının aldadılması, Sosial Müəssisənin o vaxtkı müdiri Rüxsarə Axundovanın təklifinə inanan Seymur Kazımlının mənzil növbəsində olan və qabağa düşmək istəyən özü kimi kimsəsiz internat məzunlarından pul alıb, məmurlara ötürməsi, nəhayətdə isə aldadılmaları, 2019-cu ilin axırlarında Seymur Kazımlının həbs edilməsi, maraqlı vəzifəli şəxslərin, onların vasitəçi əlaltıları - “Məzun Evi” Sosial Müəssisəsinin keçmiş Rüxsarə Axundovanın, Əlil Uşaqlara Yardım İctimai Birliyinin sədri Validə Abbasova və başqalarının məhkəməyə təzyiqləri nəticəsində S.Kazımlının 2 saylı İstintaq Təcridxanasından azadlığa buraxılması və s. kimi məlumatlar oxucular tərəfindən maraqla qarşılanmışdı.
Qarşısında yaradılan müxtəlif süni bürokratik maneələrə baxmayaraq, məhkəmə çəkişməsi yolu ilə mənzillə təmin olunduğunu qeyd edən Ramiz İbrahimzadə DSMF-nin keçmiş Sosial təminat şöbəsinin müdiri, hazırki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun valideyn himayəsindən məhrum olmuş şəxslərin sənədlərini tam dolğun araşdırmadan onları mənzillə təmin etdiyini yazmış, qanunsuz olaraq mənzillə təmin olunan adamlardan Əsədova Dünya Dəmir qızının, Haqverdiyev Rafiq Cəfər oğlunun, Rəşad və Elşad Novruzov qardaşlarının da adlarını çəkmişdi. Həmçinin qeyd etmişdi ki, “Məzun Evi” Sosial Müəssisəsinin rəhbərliyi, binaların komendantı bəzi kimsəsizləri şərləyib guya “daxili intizam qaydalarını pozduqlarına görə” akt tərtib edib yaşadıqları mənzildən məhrum edir, sonra da həmin boşalmış mənzilləri satırlar.
Yeri gəlmişkən, məqalənin dərc olunduğu qəzet nüsxələrini müşayətedici məktublara qoşma edərək, redaksiya poçtundan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə göndərmiş, adresatların məqalədə haqqında bəhs olunan neqativ halların aradan qaldırılması, onlara rəvac verən şəxslərin barəsində ölçü götürülməsi barədə göstəriş verəcəklərinə inam ifadə etmişdik.
Şikayətinə yer ayrıldığı üçün redaksiyamıza minnətdarlıq bildirən Ramiz İbrahimzadə bu dəfə mövzuya əlavə olaraq, növbəti məlumatları təqdim etmişdir. Belə ki, adları oxuculara məlum olan Rəşad və Elşad Novruzov qardaşlarının valideyn himayəsindən məhrum olmuş uşaqlar kimi “Məzun Evi”ndən mənzil almaq imtiyazlarının yenidən yoxlanılmasının vacibliyini təkrarlayan R.İbrahimzadə bildirir ki, Novruzov qardaşlarının dayıları Zahid öz oğluna da həmin binada ev alıb: “İsayev Sədinin atası İsayev Zahid “Port-Baku”da avtobus sürücü işləyir. İsayev Sədi bina-3, blok-2, mənzil-97 ünvanda yaşayır. Halbuki, həmin şəxsin atası sağdır və özü oğluna binada ev alıb. Belə çıxır ki, İsayev Sədiyə verilən sənəd saxta yolla alınıb?
R.İbrahimzadə yazır ki, “Məzun Evi”nin sakini, internat məzunu Abayeva Cənnət Rəcəb qızı təşkil olunmuş surətdə şərlənərək, 1 saylı Sağlamlıq İmkanları Məhdud Müalicə Müəssisəsinə yerləşdirilib, onun çıxarıldığı 2-ci bina, 1-ci blok, 4-cü mərtəbə, 20 saylı mənzilə isə valideyn himayəsindən məhrum olmayan başqa şəxsi – Haqverdiyev Rafiq Cəfər oğlunu ailəsi ilə birlikdə yerləşdiriblər. Birinci Vitse-Prezident Mehriban Əliyevanın mənzillə birgə Cənnət Abayevaya verdiyi məişət əşyalarından da Haqverdiyevlər istifadə edirlər. Binanın komendantı və mühafizəçisi buna göz yummuşlar.
Şikayətçi bildirir ki, Abbasova Sevda Bayram qızının nə özü, nə də boşandığı keçmiş əri Abbasov Sahib uşaqlıqdan hər iki valideyn himayəsindən məhrum olmadıqları halda 2019-cu ilin dekabr ayının 20-də “Məzun Evi”ndən 2-ci bina, 2-ci blok, 13-cü mərtəbədə mənzil alıblar. Sonradan Sevda Abbasova xəstəliyini səbəb göstərərək, mənzilini həmin binanın 1-ci blokunda 4-cü mərtəbədəki düşüb-çıxmaq üçün daha rahat hesab elədiyi mənzilə dəyişdirilməsinə nail olmuşdur. Sevdanın öz sözlərinə görə, atasının Suraxanı rayonunun Hövsan qəsəbəsində evi, boşandığı Sahib Abbasovun da Lənkəranda valideynlərinin mülkü var.
Bütün bu və digər qanunsuzluq faktlarının araşdırılması və müvafiq tədbir görülməsi xahişi ilə müraciət etdiyi aidiyyəti qurumlar isə, R.İbrahimzadəyə ya cavab verməmiş, ya da yayındırıcı cavablar vermişlər. Əksinə, onun özü Dövlət Sosial Müdafiə Fondunun işçisi Adət İbrahimov tərəfindən 2018-ci ildə məhkəməyə verilibmiş. Öz işgüzar nüfuzunun müdafiəsinə qalxan A.İbrahimov iddia edib ki, R.İbrahimzadə onun barəsində cinayət təqibi orqanlarına guya əsassız ittihamlar səsləndirdiyi məlumatlar göndərib. Tələb edibmiş ki, R.İbrahimzadə həmin yaydığı məlumatları təkzib etsin, ondan da üzr istəsin.
Hərçənd, Adət İbrahimovun barəsində daha ciddi ittihamların yer aldığı tənqidi informasiyalar internet resurslarında hələ də qalmaqdadır. Həmin məlumatlarda xatırladılır ki, sabiq nazir Səlim Müslümovun idarəçiliyi dönəmində ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri vəzifəsində işləyən Vüqar Behbudovun dəstəyi və o dönəmdə Təhsil nazirinin müavini vəzifəsində olan dayısı İsgəndər İsgəndərovun himayəsi sayəsində məsuliyyətə cəlb olunmaqdan qoruna bilmişdi. DSMF Xəzər rayon şöbəsinin müdiri vəzifəsindən kənarlaşdırılan Adət İbrahimov ƏƏSM-nin özündə məsul vəzifəyə aparıldı. Daha sonra isə Buzovna qəsəbəsindəki 1 saylı Psixonevroloji sosial xidmət müəssisəsinin direktoru, nazir dəyişəndən sonra həmin vəzifədə evində çoxlu sayda pensiya kartı tapılmış Rəhnumə Cəfərovanı əvəzlədi. KİV yazırdı ki, müəssisə rəhbəri "Məzun Evi"ndən mənzil alıb satmaq üçün xəstə qızları kənar şəxslərlə sövdələşərək "ərə" də verir. Qeyd olunurdu ki, Adət İbrahimov imkanlı şəxslərin müəssisəyə etdiyi xeyirxahlığı da "qayçılayır", müəssisəyə ayrılan ərzaq dükanlara satılır, hətta Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müəssisəyə hədiyyə etdiyi "RAF" markalı mini-bus da zəruri məqsədlərə xidmət etmir, sifarişlə kənara işləyir.
Yeri gəlmişkən xatırladaq ki, sonradan 1 saylı Psixonevroloji sosial xidmət müəssisəsinin direktoru vəzifəsindən alınaraq Murad Qəhrəmanlı ilə əvəzlənən Adət İbrahimov Nazirlikdə işlədiyi vaxt onun qardaşı Vahid İbrahimov Sabunçu rayon Tibbi Sosial Ekspert Komissiyasının sədri idi.

“Korrupsiya və Qanun” [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ərazi və əhali
Ərazi və əhali
Pərakəndə ticarət dövriyyəsinin həcmi
Pərakəndə ticarət dövriyyəsinin həcmi
Rabitə
Rabitə
Nəqliyyat
Nəqliyyat
Güclü külək Sumqayıtda işıq dirəklərini aşırıb - FOTO
Güclü külək Sumqayıtda işıq dirəklərini aşırıb - FOTO
Xəzərdə dalğanın hündürlüyü dörd metrə çatıb - FAKTİKİ HAVA
Xəzərdə dalğanın hündürlüyü dörd metrə çatıb - FAKTİKİ HAVA
“Böyük Loğman” - 65
“Böyük Loğman” - 65
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb