Azərbaycan İdeyası

39 minlik dələduzluq etdiyi iddia olunan Çimnaz Məmmədova oğullarını da əməlinə şərik edib

Tarix:7-03-2024, 15:30
Baxış Sayı:210

Polis Akademiyasının Kriminalistika kafedrasının kriminalistika fənni üzrə kursantlar üçün “Dələduzluq cinayətlərinin araşdırma metodikası” mövzusunda mühazirəsində qeyd olunur ki, “dələduzluq cinayəti çox vaxt o şəxslər tərəfindən törədilir ki, onlar müəyyən yaş həddinə çatmış, hiyləgər xarakterə malik, özünə adamları cəlb etməyi, maraqlandırmağı bacaran, yüksək ideyalar bəxş etmək kimi xüsusiyyətlərə malikdirlər.
Haqqında söz açdığımız dələduzluq əməlini törətdiyi iddia olunan şəxs də orta yaş həddini keçib, özünə adamları cəlb etməyi bacaran biridir.
Vətəndaş İsmayıl Tale “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək, məruz qaldığı dələduzluq faktının KİV-də ictimailəşdirilməsini və aidiyyəti qurumlara çatdırılmasını xahiş edib. Bildirir ki, Məmmədova Çimnaz Allahyar qızı onun səmimiyyətindən və etibarından sui-istifadə edərək, 2022-ci ilin sentyabr ayında qohumunu işə düzəltmək adı ilə ondan ayrı-ayrı vaxtlarda üst-üstə 39000 (otuz doqquz min) manat pul alıb. Amma ötən müddət ərzində verdiyi vədə əməl etməyib, qohumunu işə düzəltməyib.
İsmayıl qeyd edir ki, pulun bir hissəsini Çimnazın 5 oğlundan ikisinin - Teymur və Nihad Məmmədov qardaşlarının bank kartlarına köçürüb: “Hal-hazırda hər gün bir bəhanə ilə məni aldadır, dəfələrlə xəbərdarlıq etməyimə baxmayaraq, pulumu qaytarmır”.
Göründüyü kimi, şikayətçinin əlində pulu həqiqətən barəsində şikayət etdiyi şəxsə verməsini təsdiqləyən etibarlı sübutlar (bank kartı vasitəsilə köçürmə qəbzləri və s.) vardır. Təhqiqat həmçinin dələduzluqda şübhəli bilinən şəxsin əlaqədə olduğu vəzifəli şəxsi (şəxsləri) də müəyyən etməli, dindirməlidir. Axı söhbət rüşvətlə işə düzəlmədən gedir.

X.Ə.Quliyeva

OXŞAR XƏBƏRLƏR
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026