Azərbaycan İdeyası

Sumqayıtda elektrik təchizatı bərbad vəziyyətdədir – Xəzər Bağları massivi zülmət və soyuqla üz-üzə

Tarix:7-03-2024, 16:50
Baxış Sayı:134

Sumqayıtda elektrik təchizatı bərbad vəziyyətdədir – Xəzər Bağları massivi zülmət və soyuqla üz-üzə
Sumqayıt şəhərinin Xəzər bağları yaşayış massivində Xətai küçəsinin sakinləri yaşadıqları ərazidə tez-tez elektrik təchizatının kəsilməsindən şikayətlənirlər. Söhbət təkcə elektrik enerjisinin böyük fasilələrlə verilməsindən getmir.
Sakinlərin “Korrupsiya və Qanun” qəzeti redaksiyasına verdikləri video-görüntülərlə müşayiət olunan məlumata görə, məhəllələrə elektrik enerjisini ötürən transformator kiçik, əhali sayı isə çoxdur. O üzdən transformatorun gücü çatmır: “Tez-tez qoruyucular sıradan çıxır, gərginliyə düşən naqillər yanıb qırılır. Təchizat bərpa olunanda da işıq gah solur, gah da gur verilir. Evlərdə qısa qapanmalar olur, məişət cihazları sıradan çıxır. Demək olar, hər iki-üç gündən bir elektrik təchizatı dayanır. Ən pisi də budur ki, qışın soyuğunda kombi və digər qızdırıcı cihazları işlədə bilmirik. Bu hal evdə körpəsi, xəstəsi olan ailələri çox narahat edir. Axırıncı dəfə transformator alışıb-yananda Elektrik Şəbəkəsinə zəng etdik, telefonu götürmədilər. Fövqəladə Hallar Nazirliyinin “qaynar xətti”nə zəng vurduq, gəlib söndürdülər. Cari təmir aparanda da sıradan çıxmış kabel və naqilləri bütövlükdə əvəzləmir, köhnə kiçik parçaları bir-birinə calayırlar ki, onlar da şiddətə və gərginliyə dayanıqlı olmur. Naqillər küçədə sallaq vəziyyətdə asılı qalırlar və sakinlərə, xüsusən də uşaqlara təhlükə törədirlər. Küçələr gecələr zülmətə qərq olur, dirəklərdəki lampalar işıqlandırılmır, axşam saatlarında hərəkət etmək mümkün olmur”.
İnternet üzərindən mövzu ilə əlaqədar axtarış edəndə rast gəlinən informasiyalara görə, təkcə Xəzər bağlarında deyil, Sumqayıtın əksər mikrorayon və yaşayış massivlərində, xüsusən də 26-cı məhəllə və Katej qəsəbəsində də eyni problem mövcuddur.

Samir

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı