Azərbaycan İdeyası

Xaçmaz rayonunun 26 kəndi bir neçə gündür, işıqsızdır, rayon mərkəzinə isə elektrik enerjisi fasilələrlə verilir

Tarix:19-07-2016, 12:35
Baxış Sayı:334

Xaçmaz rayonunun 26 kəndi bir neçə gündür, işıqsızdır, rayon mərkəzinə isə elektrik enerjisi fasilələrlə verilir
Xaçmaz rayonunun 26 kəndi bir neçə gündür, işıqsız qalıb, rayon mərkəzinə isə elektrik enerjisi fasilələrlə verilir.

Havaların soyuq keçdiyi bir vaxtda yaranmış vəziyyət isə əhali arasında ciddi narazılıq yaradıb. Xaçmaz sakinləri APA-nın şimal bürosuna müraciətlərində işığın fasilələrlə verilməsində "Azərenerji" SC və “Sumqayıtelektrikşəbəkə” Açıq Tipli Səhmdar Cəmiyyətini günahlandırıblar: "Baş verənlər göstərir ki, qışa hazırlıq yarıtmazdır. Nəyə görə əhalini narazı salırlar?” Xudat sakinləri isə işığın verilməməsinə etiraz aksiyaları ilə cavab verməyə hazırlaşdıqlarını bildiriblər: "Deyirlər ki, əhali işıq pulunu vermir. Niyə görə bəzi abonentlərin səhlənkarlığı ucbatından bütün əhali əzab çəkməlidir?" "Azərenerji" və “Sumqayıtelektrikşəbəkə”nin yerli strukturlarının işinin öhdəsindən gələ bilmədiyini deyən sakinlər vətəndaşlardan işıq pulunun yığılmasına bələdiyyə və yerli icra strukturlarının əməkdaşlarının da cəlb edildiyini bildirib.
Xaçmaz rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Akif Mərdanov isə APA-nın şimal bürosuna açıqlamasında rayonun 26 kəndinin əhalisinin işıq pulunu 70, Xaçmaz şəhər əhalisinin isə 50 faiz ödəmədiyini deyib: “Bu səbəbdən də mövcud problem yaranıb”. A. Mərdanov onu da əlavə edib ki, enerji haqqını ödəməyənlər arasında əhalinin imkanlı təbəqəsi üstünlük təşkil edir. Borcluların nəyə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməməsi barədə suala isə A. Mərdanov "Görünür, belələrinin sayı həddindən artıq çoxdur", cavabını verib. /APA/

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı