“Korrupsiya və Qanun” qəzeti ölkəmizdə fəaliyyət göstərən mətbu nəşrlər sırasında müstəqillliyi ilə seçilir. Maddi imkanları məhdud olan qəzet nə dövlət, nə də qeyri-hökumət təşkilatları tərəfindən maliyyələşdirilmir, yeganə qazancı abunəçilərdən və sərbəst satışdan daxil olan vəsaitlərdir. Bununla belə, “Korrupsiya və Qanun” qəzeti cəmiyyətimizdə müşahidə olunan neqativ halları aşkarlamaq, vətəndaşların hüquqlarını pozan, xalqın və dövlətin mənafeyinə zidd əməllər törədən korrupsioner məmurların ifşa edilməsi müstəvisində effektiv tənqidi yazılarla çıxış edir. Qəzetin veb-saytı (korrupsiya-q.az” və “Youtube” səhifəsi də kifayət qədər geniş izləyici auditoriyasına malikdir. Məhdud imkanlara baxmayaraq, qəzetin ictimai rəyə bunca təsir gücü əlbəttə ki, nəşrin sükanı arxasında mətin dayanan baş redaktor Xuraman xanım Quliyevanın prinsipiallığı, ədalətsevərliyi, həqiqəti hər şeydən üstün tutması dayanır. Qəzet rəhbərinin korrupsioner məmurlarla,hakimlərlə barışmaz mövqeyi onları Xuraman Quliyevaya qarşı eyni cəbhədə birləşməyə və çirkin oyunlar təşkil etməyə sövq etmişdir. Özünə və ailə üzvlərinə ziyan vura biləcək ən kiçik fürsəti belə dəyərləndirməyə çalışan məmur çetesi indi də Xuraman Quliyevanın oğlu Vəli Şamıyevi hədəfə almışdır.
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Akif Əliyev onun qeyri rəsmi yaşadığı Leyla və Şamıyev Vəli saxlanılıblar.Onlarla birgə yeyib-içən Sərvan adlı şəxsin telefonunu, həmçinin həmin bank kartından 469 manat oğurlamaqda şübhəli bilinirlər. Akif Əliyev əldə etdiyi telefon vasitəsi ilə Leylanın telefonuna pul köçürüb. Vəli Şamıyevin tədricxanada olduğu dövrdə anasının onunla görüşünə maneə yaradılması, dövlət tərəfindən təyin olunan vəkil Rasim Almuradovun hərəkətsizliyi, müvəkkili olan gəncin taleyinə qəsdən, vəzifə borcuna icra etməıdən biganəliyi ucbatından Xuraman Quliyeva iş üzrə qəbul olunan qərarların surətini ala bilməmiş, bu səbəbdən də oğlunun müdafiəsini uğurla təşkil edə bilməmişdir!!! 22 saylı Vəkil Bürosunun vəkili Rasim Almuradovun ona Vəlinin işinin guya perspektivsizliyi barədə əvvəlcədən proqnoz verməsi Xuraman Quliyevanın təəssüfünə səbəb olmuşdur. Həqiqətən də haqqı ödənilən vəkilin öz üzərinə düşən vəzifəni axıradək səmimiyyətlə yerinə yetirmək, vəsatətlər yazıb məhkəməyə təqdim etmək əvəzinə bu cür pessimist mövqe sərgiləməyi bu qənaətimizi bir daha təsdiqləyir.
Xuraman Quliyeva əmindir ki, oğlu Vəli heç bir cinayət törətməyib, sadəcə, onun üçün uğursuz vaxtda, uğursuz yerdə olub. Oğlunun törətmədiyinə əmin olduğu cinayətə görə məsuliyyətə cəlb olunmaması üçün məlumatsızlıq səbəbindən alternativ yol axtarmağa çalışsa da, lakin müstəntiq Sərxan Ramazanovun təklif etdiyi variantı seçmişdir. O, şikayətçi Sarvan Məhərrəmova 500 (beş yüz) manat ödəniləcəyi halda, tərəfimizdən Vəlinin həbs qəti-imkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz edfiləcəyi barədə vəsatətlə məhkəməyə müracət edib, onun həbsdən azad ediləcəyini Xuraman Quliyevaya söz versə də, lakin o, bu dəfə də verdiyi vədimə əməl etmədi. Bundan sonra şikayətçi Sarvan Məhərrəmovdan RPİ rəisinin adına “iddia tələbinin olmaması barədə” ərizəsi alınmışdır. Ərizəçi göstərmişdir ki, ona dəymiş ziyan tam şəkildə ödəndiyindən, Akifə və Vəliyə qarşı heç bir şikayəti və tələbi yoxdur. Lakin, ödənilən ziyan məbləği ərizədə göstərilməmişdir. Xuraman Quliyeva RPİ-nin İŞ-nin rəisi Emin müəllimin qəbuluna düşüb xahiş edəndən sonra onun göstərişi ilə Sərxan Ramazanov ödənilən 500 (beş yüz) manat məbləğin dəqiq göstərildiyi barədə təhvil-təslim protokolu tərtib etmişdir.
İşin sonrakı gedişi daha da tragikomik olmuşdur: Şikayətçinin pulunu oğlunun başına gələn uğursuz olayın tez açılmasına tələsən və bunu yeganə məqbul variant kimi təqdim edən müstəntiqin sözlərinə inanan Xuraman Quliyeva ödəsə də, Vəlidən başqa, Sarvanın şikayət etdiyi olayın digər iştirakçısı – Akif Əliyev və onun Leyla adlı qeyri-rəsmi yaşadığı qadın olay baş verən günü sərbəst buraxılıblar (Şikayətçi və şübhəli şəxslər həmin gün məhz Leylanın evində görüşmüşlər). Vəlinin buraxılmamasına səbəb isə onun daha əvvəl məhkumluğunun olması və məhkumluq müddətinin hələ tam bitməməsi, bu dəfəki əməlinin guya,residiv yaratması olub. Üstəgəl, müstəntiq Ramazanov onun səmimiliyinə inanan Xuraman Quliyevadan ona, guya hadisə ilə bağlı Vəlinin iştirakının detallarının izah olunduğu barədə iltizamnamə alıb! Bu olayla bağlı səbəbi kimi DİN naziri Cənab Vilayət Eyvazova vurduğu teleqram olmuşdur. Lakin qeyd edilən faktlara, verilən vədlərə rəğmən Şamıyev Vəli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi mümükün olımamışdır ki, olmamışdır! Ziyan məbləğini ödəməsi və Quliyeva Xuramandan alınan iltizanamə kimi tədbirlər Akifi və Leylanı məsuliyyətdən kənarda saxlasa da, oğlu Vəlini məsuliyyətdən qurtara bilməyib! Yasamal məhkəməsinin qərarı Vəlinin əleyhinə olub, apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. O, nə müstəntiqin, nə də istintaq şöbəsinin rəisi Elvin Nəsibovun səmimiliyinə inanmır, fikrincə, Vəlinin məhkumluq müddətinin bitməməsi müstəntiqə elə əvvəldən, sənədlərlə ilk tanışlıqdan məlum olmalıydı: “Əgər Vəli məsuliyyətdən azad olunmayacaqdırsa, Akifin əvəzinə ziyanı ödəmək mənə nə məqsədlə təklif edilirdi?!”
Vəkil iki aydır ki, müxtəlif bəhanələrlə bizi aldadaraq çox ehtimal ki, müstəntiq Sərxan bəyin göstərişi ilə Şamıyev Vəlinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə Yasamal rayon məhkəməsinə vəsatət təqdim edəcəyini vəd etsə də, lakin verdiyi vədlərinə əməl etməmişdir. Başqa sözlə desək, vəkillik vəzifə borcunu layiqincə yerinə yetirməmişdir.
Mövzuya qayıdacağıq.
Güloğlan Hüseynov, hüquqşünas