Azərbaycan İdeyası

27 qəzetə birdəfəlik maliyyə yardımı ayrıldı – SİYAHI

Tarix:26-07-2017, 10:58
Baxış Sayı:817

 27 qəzetə birdəfəlik maliyyə yardımı ayrıldı – SİYAHI

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Modern.az saytı xəbər verir ki, iclasda Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlikdəki birinci məsələ barədə məlumat verən icraçı direktor Vüqar Səfərli son illər mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən islahatları yüksək dəyərləndirib. V.Səfərli ölkə başçısının 19 iyul 2017-ci il tarixli sərəncamı ilə qəzetlərə 1 milyon manat məbləğində maliyyə yardımının ayrılmasını çap mediasının üzləşdiyi problemlərin həlli, onların maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini xüsusi diqqətə çəkib.
Sonra məsələ ətrafında müzakirələr başlayıb. Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən – İntiqam Hümbətov, Bəhruz Quliyev, Əvəz Rüstəmov, Rasim Həsənov və Ayaz Mirzəyev dövlət başçısının son sərəncamının mətbuatın problemlərinin həlli baxımından mühüm əhəmiyyətini qeyd ediblər.
Müzakirələrin yekunu olaraq ölkədə uzun illər ərzində fəaliyyət göstərən, ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən 27 gündəlik ictimai-siyasi qəzetə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.
Cari məsələlərin müzakirəsi zamanı V.Səfərli Fondun qarşıdakı fəaliyyət istiqamətləri barədə məlumat verib.


Birdəfəlik maliyyə vəsaiti ayrılmış qəzetlərin siyahısı


Nəşrin adı

Ayrılmış məbləğ

(AZN)

1. “Azərbaycan” qəzeti
42.500

2. “Bakinski raboçi” qəzeti
42.500

3. “Bakı Xəbər” qəzeti
42.500

4. “525-ci qəzet”
42.500

5. “Xalq qəzeti”
42.500

6. “İki sahil” qəzeti
42.500

7. “Kaspi” qəzeti
42.500

8. “Kaspiy” qəzeti
42.500

9. “Mövqe” qəzeti
42.500

10. “Palitra” qəzeti
42.500

11. “Respublika” qəzeti
42.500

12. “Səs” qəzeti
42.500

13. “Şərq qapısı” qəzeti
42.500

14. “Yeni Azərbaycan” qəzeti
42.500

15. “Yeni Müsavat” qəzeti
42.500

16. “Ekspress” qəzeti
42.500

17. “Ədalət” qəzeti
35.000

18. “Olaylar” qəzeti
35.000

19. “Şərq” qəzeti
35.000

20. “Bizim yol” qəzeti
30.000

21. “Exo” qəzeti
30.000

22. “Xalq Cəbhəsi” qəzeti
30.000

23. “Həftə içi” qəzeti
25.000

24. “Azad Azərbaycan” qəzeti
25.000

25. “Novoye vremya” qəzeti
25.000

26. “Paralel” qəzeti
25.000

27. “Üç nöqtə” qəzeti
25.000

OXŞAR XƏBƏRLƏR
TƏCİLİ: Mehdiyev işi ilə bağlı HƏBSLƏR BAŞLADI - FOTO
TƏCİLİ: Mehdiyev işi ilə bağlı HƏBSLƏR BAŞLADI - FOTO
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı saxlanıldı+VİDEO
DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı saxlanıldı+VİDEO
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi+VİDEO
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi+VİDEO
“Gəlin 7 aylıq hamilə imiş..."
“Gəlin 7 aylıq hamilə imiş..."
Sürətli beyin qocalmasının səbəbi MƏLUM OLDU
Sürətli beyin qocalmasının səbəbi MƏLUM OLDU
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür