Azərbaycan İdeyası

1.ƏKSÜ-SƏDA: BƏLKƏ İNANIM?!

Tarix:18-07-2024, 16:23
Baxış Sayı:31

– İsa!..
– Musa!..
– Tapdın?
– Yox!..
Çox qədim əfsanənin özəyidi bu sözlər. Elə Sumqayıta şəhər statusu verilməsinin 70 illiyində şəhər əhli təntənələrdə bayramfəşanlıq ruhunda ikən mən xəstəxananın ağaclığında xəyala dalıb, İsaq-Musaq qardaşlarının tövrünü yaşayırdım. Guya mənim həkimim diaqnozu bilir, dərmanı it-bata düşüb.
O zamanda bir 70 illikdə qurtarmırdı günün xəbərləri. O sıraya TƏBİB məfhumu da yol almışdı. Yəni, xəstənin haqqı müdafiə edilməli, onun sağlamlığına cavabdeh qurum yaradılmalıdı. Məsrəf aşkar edilməlidir. Lazım gəlsə, məsarif sığorta hesabına görə ödənilməlidir. Bir sıra xəstələrin müalicəsi, dərman vasitələrinin alınması sığorta hesabına qarşılanmalıdı. Hə də, “ölmə eşşəyim, yonca bitər, yeyib kökələrsən!..” Elə bilərdim ki, TƏBİB də bir Şaxta Babadı. Çantasını dərmanla doldurub gətirəcək. Xəstəliyin baiskarı xəstənin haqqı üzdə olmalı, ehtiyac ödənilməlidi. Sifariş verən və icraçı haqqını bilməlidi. Bunu özündən müştəbehlər deyirdilər.
Elə sığorta göstərişi ilə getmişdim “Badamgöz”ə, Günəş həkimə - sinəsində atəş həkiməGörə-görə gedib, kor qayıtdım (iınişil – 2021-də). Əlacım kəsildi. “Qismətim belədir!” – deyib toxtadım. Verdim gözümün işığını.
Təzə TƏBİB-in təzə direktoru təyin edildi. Xəstəxananın şöbə müdiri eşitdiyi zınqırovun küyündəydi. Guya TƏBİB dərmanları səliqə-səhmanla verməli, o da mən xəstəni sağaltmalıdır. Ancaq bu təzə quruma rəhbər təyin edilib, kabinet də hazırdır: “Bəy otağı!”. Dərmanın Msazır şorundanmı, Hökmalı gilabındanmı, lap da olsun Qala suyundanmı düzəldib verələr (kim?). TƏBİB-in doğrudan möcüzə göstərəcəyinə ürəkdən inanmışdım. İnamımnı sübut edən o idi ki, Bakının o köhnə “Tarqovı” – keçmiş Tolstoy küçəsinədək getmişdim. Telfonları narahat edənlər tapılmışdır. “Basaram, keçərəm” aşıb-daşırdı. Nə dərman vardı, nə müalicə. Yenə gəldim Sumqayıta. Bir ötərgi “bəy otağı”na baxdım və cənab Molla Nəsrəddinin cavabına bənzər duyğu-düşüncə: “TƏBİB-i budursa, dava-dərman, sığorta-filan hardadı?”
Qınamaq olmazdı. Yeniliyin çətinliyi də olur.
Nə bilim, uzaqdakı səda adamı uçurur. Televiziya ekranlarında naqafil surətlər görünür. Öyrənənlər, öyrədəcəklər bol-bol vədlər verir. Gözdən qalan xəstə tapılmır. Lap elə yuxarıdakı kimi.
O kövrək rəvayətdə deyildiyi kimi, anaları qana susamışların əlinə keçməsin deyə perik düşmüş İsaqla Musaq gözə-görünməz quşa dönürlər. Ulu anaya yetməsə də, uşaqları gözəgörünməz edir, qanad verir, uçurur. Qardaşlar dərələri-təpələri, kaha və bəndərgahları gəzir, haray çəkir, analarını soraqlayırlar və guya indi əsatir qardaşlar analarını yox, mənim üçün yeni tədbirli daha kəsik təsir edən ağrıkəsicilər axtarır.
– İsa (yeva!)
– Musa (yev!)
– Tapdın?
– Yox...
Guya hansısa sovqat nübarındaymış o dərman. Nə Hökmalı gilabı, nə də hər bahar fınxırıb gələn Masazır duzu.
Elə çıxmasın ki, mən Allah eləməmiş, yeni qurumu bəyənmirəm. Yanlışlıqlar var. İnsafən mötəbər adamdır M.Musayev. Xüsusən, koronavirus – pandemiya vaxtı fədakarlıq göstərib, öz əməyi ilə seçilib. Yuxarılarınb gözündə. Xəstələr, möhtaclar da rəğbət bəsləyirlər ona. O mi qaldı şöbə müdirləri Vəfa və Nigara, fəhmli, fərasətli cavan kadrlardı. Qoy inamları sarsılmasın. Elə indən sonra da iş yoldaşlarım və müəssisənin təəssübkeşi olsunlar. Nigar və Vəfa 5-ci mərtəbənin şöbə müdirləri. Hər iuri ixtisasını səmərincə bilir, adamları tanıyır. İşçiləri yola verməyin səriştəsini mənimsəyiblər. Düzdür, hərdənbir axşamlar “qadın mərəkəsi” də olur. Ağızdan çıxan qulağa çatmır. Hə də, yanlış da bir naxışdır. Hamını bir intizama cəmləmək bir o qədər də asan deyil. Hər birinin tutacağı, hər birinin arxası (maşallah!). “Kor nə istər, iki göz - biri əyri, biri düz”. Vətən övladlarıdır Vətənin mehri-məhəbbəti. Başacan olsun. TƏBİB-ə nə deyirik ki, təki ala inək həmişə yaxşı süd verə. Arada sərnic sına da bilər, dağıla da bilər.
Mən bir ucdan həkimlərin hamısına qəddar demədim. Öz cibinin pulu ilə mənə dərman alanı da olub, əməli məsləhət verəni də. Həkimlər ordusu indiki halda Teymurləngin qoşunundan çox olsa da, çoxlarının yaxşı-yamanını ayırd edə bilsəm də, insafən, TƏBİB-in dərman təchizatından narazıyam.
(Yaxın zamanın rəvayətidir)
Elə el biliciləri də öz hikmətlərində sağlam düşüncə armışlar. Rəvayət olunur ki, el biliciləri loğmanın məşvərətondən qayıdanda Danəndeyi-Bəhlul qarğı atının yüyənini çəkdi, mötəbər Ömər Xəyyamı və onunla həmsöhbət Molla Nəsrəddini irəli buraxdı. Taların Kələ Əmləsinə barmaq silkədi. Onun yazıqlaşmasını gözlədi. – Kajetsya, sən çox şey bilirsən. İmeyu vidu çto sobak bez zubov (“Qapmırsa, yırtmırsa, “hürər, tutmazdan nə it?!”).
– Kələəmlə “bəçemi, bəçeşim!” – deyib diqqətdə olduğuna işarə etdi. Hər şey naziıklikdən sınsa, insan yoğunluqdan sınır.
Danəndeyi Bəhlul razı qalmış kimi:
– Misal göstər, – dedi.
– Rəhim Qazıyev, Əli İnsanov, Ziya Məmmədov...
– Bunlar bəyəm tatdır? – Rəhim Qazıyevin tarix müəllimi tat olub. Tarixi sübutlar var. Əli İnsanovun bir qudası tatdır. Ziya Məmmədov gərək ki, Qubada müsabiqədən keçdi. Qubadakı bir görüşdə bir yazar ona kitab bağışladı. Kitabın cildində tat sözünü alar-almaz Ziya müəllim: “Baraftanüm, barəftəni”.
Pişik apardı küftəni – qaravəllisi ilə müsabiqədə keçdi. Oldu birinci dərəcəli tat.
O səmimiyyət ki var, qəbr evini toyxanaya - mağara çevirər. O Rəhim Qazıyevin yoğunluğuna cəmi tatlart heyran qaldı.
– O kişi “Makarov”u diriyib başına, tapança tank kimi guruldayır, “Es” traktor kimi tarktid eləyir.
Güllə kişinin parlaq zehnini aça bilmir: “Axı niyə şəkilidən Prezident olmasın?” – deyir.
Elçibəyə məhəbbətini, inamını müdafiə edir.
Elə cənab Əli İnsanov niyə nərmənazik olsun ki?
Müalicə aldığım bu xəstəxananın ilkin həkimlərindən olub. Xəstələrə şəfa verib. Əli yetəni cəhənnəmdə vüsal yetirib.
Elə buradan da əməyi ilə irəli çəkilib. Elmi ad alıb. Olub nazir kabinetinin sahibi. Doldurub künc-bucağı haram-halal pullar ilə. Hə, nə olsun? Bərk ayaqda durub ki, “Rəsul! Paşyol!” Qalınlığa bax ha!

Tac Qüdrət, müstəqil yazar[b][/b] [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Təbrik edirik!+ FOTO!
Təbrik edirik!+ FOTO!
"Aman ayrılıq"
"Aman ayrılıq"
MƏMMƏD AĞALAR OĞLU ƏLİYEVİN TƏRCÜMEYİ-HALI
MƏMMƏD AĞALAR OĞLU ƏLİYEVİN TƏRCÜMEYİ-HALI
Balaca fidanların Məxmər müəllimi
Balaca fidanların Məxmər müəllimi
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
Bütün ədalətsizliklər içərisində ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir!!! Yunan filosofu Ariostotel
Bütün ədalətsizliklər içərisində ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir!!!                                                        	   Yunan  filosofu  Ariostotel
Azərbaycanda 20-yə yaxın məmurun korrupsiya cinayətlərinin üstü açıldı - ŞOK FAKTLAR
Azərbaycanda 20-yə yaxın məmurun korrupsiya cinayətlərinin üstü açıldı - ŞOK FAKTLAR
Prokuror Məmməd Əliyev bu səbəbdən deputat ola bilmədi – İLGİNC SƏBƏB / ÖZƏL
Prokuror Məmməd Əliyev bu səbəbdən deputat ola bilmədi – İLGİNC SƏBƏB / ÖZƏL