Azərbaycan İdeyası

Ağdamın məhsuldar qüvvələri işğaldan azad edilmiş doğma rayona qayıdacaqları günləri səbirsizliklə gözləyirlər.

Tarix:18-07-2024, 17:33
Baxış Sayı:110

Ağdamın məhsuldar qüvvələri işğaldan azad edilmiş doğma rayona qayıdacaqları günləri səbirsizliklə gözləyirlər.

1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən böyük bir hissəsi işğal edilən Ağdam Birinci Qarabağ müharibəsi zamanı düşmənə qarşı savaşda 6 min şəhid verib. Torpaqlarımızın müdafiəsi uğrunda xüsusi fədakarlıq göstərmiş ağdamlılardan 16-sı Milli Qəhrəman adına layiq görülüb. İşğal nəticəsində rayonun 143 min nəfər əhalisinin böyük əksəriyyəti məcburi köçkünə çevrilib. İşğal zamanı rayonun ərazisində qədim tarixə malik memarlıq və incəsənt abidələri üzərində ermənilər tərəfindən vandalizm siyasəti həyata keçirilib. O cümlədən Çörək Muzeyi, Tarix Diyarşünaslıq Muzeyi, Ağdam Şəkil Qalereyası, Xan qızı Xurşidbanu Natəvanın və oğlunun türbələri, Şahbulaq qalası, Karvansara tarixi memarlıq abidələri vəhşicəsinə dağıdılıb. Eləcə də yaşayış məskənləri, xəstəxanalar, kitabxanalar, məktəblər, idarə və müəssisələr yer üzündən silinib. Ermənilər Qarabağın ən böyük ticarət mərkəzi sayılan Ağdam bazarını və məşhur Ticarət passajını yandıraraq kül ediblər.
Üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu 2020-ci il noyabrın 20-də hərbi əməliyyat keçirilmədən siyasi yolla işğaldan azad edildi.
2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər. Nisbətən salamat qalan Ağdam məscidini ziyarət etdikdən sonra ölkə başçımız Məkkədən gətirdiyi "Qurani-Kərim"i məscidə bağışlayıb.
Böyük sənətkarlar, elm, mədəniyyət xadimləri yetişdirən bu torpaq əvvəlki görkəminə qaytarılır. Düşmənin ölü zonaya çevirdiyi Ağdamın xarabalıqları üzərində indi yeni bir şəhər tikilir. Prezident İlham Əliyev mayın 28-də Ağdam rayonuna səfəri zamanı Tağıbəyli, Güllücə, Şotlanlı kəndlərinin təməlini qoyub. Qeyd edək ki, Tağıbəyli kəndinə 3840 nəfərin köçürülməsi nəzərdə tutulur. Bunun üçün kənddə 885 ev inşa ediləcək. Güllücə kəndində 3992 nəfərin məskunlaşması nəzərdə tutulur. Burada 1042 fərdi ev inşa ediləcək. Həmçinin kənd təsərrüfatı texnikası və maşınlarının təmiri müəssisəsi, süd qəbulu və süd məhsulları istehsalı, bal qablaşdırılması sahəsi, üzüm emalı zavodu, şirniyyat sexi və digər istehsal sahələri yaradılacaq. Torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra ərazilərin minalardan təmizlənməsinə başlandı və bu işdə qadınlarımız da fəal iştirak edirlər. Nəmirli kəndi də qadın mina axtaranlar tərəfindən təmizlənib. Kənddə 759 fərdi ev inşa ediləcək. Birinci mərhələdə bura 179 ailə köçürüləcək. Bundan başqa, kənddə 528 yerlik məktəb binası, 800 yerlik uşağ bağçası, tibb məntəqəsi, klub icma mərkəzi, kitabxana, qonaq evi, ticarət mərkəzi, idman sağlamlıq mərkəzi, məişət xidməti obyekti və bazar kompleksi də yaradılacaq. Şotlanlı kəndinə 3 min nəfər köçürüləcək. Ağdam şəhəri ilə yanaşı, rayonun Kəngərli, Sarıcalı, Xıdırlı kəndlərində də tikinti işləri həyata keçirilir. Kəngərlidə evlərin əksəriyyətində işlər tamamlanıb. Bundan sonra evlərin damlarında günəş panelləri quraşdırılacaq və kəndlərdə günəş enerjisindən istifadə olunacaq. Şəhərin bərpası müasir şəhərsalma prinsiplərinə əsaslanmaqla yanaşı, keçmiş ruhu da qorunub saxlanılacaq. Düşmənin viran qoyduğu Ağdamda təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulan və başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolu çəkilib. Müasir yol 4 hərəkət zolaqlı olmaqla 20-dən artıq yaşayış məntəqəsini əhatə edir.
Rayonda təbiətin bərpası məqsədilə yaşıllaşdırma işləri görülür. 125 hektar ərazidə içərisindən Ağdam kanalı keçən meşə parkı salınır. Ağdam sənaye parkında isə 19 rezident fəaliyyətə başlayıb. Ağdam mərkəzi parkı 4 zonaya-şəhər mərkəzi, botanika bağı, yaşıl çəmənliklər və meşəliklərə bölünəcək. Parkın əsas özəlliyi odur ki, burada ağdamlıların çox sevdiyi Çay Evi bərpa edilməsi nəzərdə tutulur. Şelli kəndində yaradılan Ağdam-qovşaq yarımstansiyası rayonun işıqlandırılmasına xidmət etməklə yanaşı, ətraf kəndlər və Əsgəran, Xocalı, Ağdərə rayonlarının elektrik enerjisi təchizatında da çox böyük rol oynayacaq.
Hazırda rayonda mədəni-dini abidələr də bərpa edilir. Ermənilər işğal zamanı tövlə kimi istifadə etdikləri dövrünün əzəmətli tikililərindən olan, Ağdamın Qiyaslı kəndində yerləşən XVIII əsrə aid məscidi rayonu tərk edərkən yandırıblar. Bu gün məscid yenidən bərpa olunur. Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidinin bərpasını xüsusilə qeyd etmək lazımdır. Ermənilər Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər. Hazırda abidə dövlət tərəfindən bərpa olunur. Burada 12 hektar ərazi abadlaşdırılıb, Şahbulaq iqamətgahı, Şah Abbas məscidi bərpa olunub, restoran, hotel kompleksi, söhbətgahlar, tədbir meydançası və anbar binası tikilib. Atılan hər addım Ağdamın dirçəlişinə xidmət edir. Rayonda ilkin mərhələdə 1 şəhər və 12 kəndin bərpası nəzərdə tutulub. Bir sözlə, Qarabağın giriş qapısı olan Ağdam cənnətə dönür. Heç kim şübhə etmir ki, Ağdam yalnız Azərbaycanın deyil, dünyanın ən gözəl, çiçəklənən bölgələrindən birinə çevriləcək.
Əlbəttə, bütün bu bərpa-quruculuq işləri ölkənin müxtəlif bölgələrində yaşayan ağdamlıları azad olunmuş doğma yurdlarına cəzb edir. Ağdam rayonunun Mollalar kəndində qeydiyyatda olan, Abşeron rayonunun Novxanı bağ massivində yaşayan, II qrup müharibə əlili, 1981-ci il təvəllüdlü Şəkəralıyev Muxtar İlya oğlu da doğma el-obanın həsrətindədir. Həm də hesab edir ki, qayıtmağı ilə kənd təsərrüfatı sahəsində çalışıb məhsuldar fəaliyyət göstərə bilər. Şəkəralıyev “Korrupsiya və Qanun” qəzeti redaksiyasına göndərdiyi 14.11.2023-cü il tarixli məktubunda yazır:
“Cənab Ali Baş Komandanımız İlham Əliyevin qüdrətli siyasəti və “Dəmir Yumruğun” gücü sayəsində işğaldan azad olunmuş Ağdam rayonuna, elimizə-obamıza geri qayıdıb əkin-biçinlə, maldarlıqla məşğul olmaq istəyirəm. Amma buna mənim maddi imkanım çatmadığımdan, dövlətimizdən mənə torpaq sahəsinin ayrılmasını və maldarlıqla məşğul olmaq üçün Heydər Əliyev Fondundan maliyyə ayrılmasında mənə kömək edilməsini xahiş edirəm”.
Şəkəralıyev redaksiyadan istəyinin ictimailəşdirilməsini və aidiyyəti qurumlara çatdırılmasını xahiş etmişdir. İnanırıq ki, Şəkəralıyev və onun kimi Ağdamın inkişafına töhfə vermək niyyətində olan vətəndaşlar tezliklə arzularına qovuşacaqlar. Çünki yenidən qurulmaqda olan Ağdamın ilk növbədə məhz məhsuldar qüvvələrə ehtiyacı var.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, Ağdamda hələ ötən il təməli qoyulmuş məhəllələrin tikintisinə 2024-cü ilin əvvəlində başlanılıb. 2025-ci ilin ortalarından başlayaraq Ağdam şəhərinə və onun ətraf kəndlərinə, Xıdırlı, Kəngərli, Sarıcalıya məskunlaşmanı həyata keçirə bilərik. Bunun ardınca digər kəndlər də gələcək, Arazxanbəyli, Salahlı, Kəngərli, Güllücə, bütün bu kəndlərin hamısı l Dövlət proqramında qoyulmuş vaxta uyğun olaraq tikilib təhvil veriləcək”.

OXŞAR XƏBƏRLƏR
DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı
DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı
Gəncədə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız öldü
Gəncədə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız öldü
Polis əməkdaşı qeyri-qanuni sahibkarı olduğu obyekti icarəyə verdiyi şəxsin əşyalarını niyə girov saxlayıb?
Polis əməkdaşı qeyri-qanuni sahibkarı olduğu obyekti icarəyə verdiyi şəxsin əşyalarını niyə girov saxlayıb?
Dollar 3 manat OLACAQ? - AÇIQLAMA
Dollar 3 manat OLACAQ? - AÇIQLAMA
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad ediməsi Günüdür!
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad ediməsi Günüdür!
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ
Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ