Azərbaycan İdeyası

Qəbələnin su altında qalan kəndləri: Vəziyyət necədir?

Tarix:30-07-2024, 11:53
Baxış Sayı:113

Qəbələnin su altında qalan kəndləri: Vəziyyət necədir?

Bir neçə gündür aramsız yağan güclü yağışlar nəticəsində çaylardan keçən sel Qəbələ rayonunun bəzi kəndlərində problemlər yaradıb.

Rayon ərazisindən keçən Dəmiraparan, Tikanlı və Duruca çaylarının daşması nəticəsində Uludaş, Abrıx və Tikanlı kəndlərində həyat iflic vəziyyətinə düşüb. Həyətləri, evləri və təsərrüfatları su basıb, mal-qara, toyuq-cücə məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb.

Bu gün həmin kəndlərdə vəziyyətin necə olduğu ilə bağlı Qəbələ Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.

Qurumun İnformasiya Təminatı və Təhlili Sektorunun müdiri Nazir Cabbarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda fərdi yaşayış evlərinə hər hansı bir təhlükə yoxdur.

"Qəbələ rayonunda iyulun 24-də gecə saatlarından etibarən yağan intensiv leysan nəticəsində rayon ərazisindəki Dəmiraparan və Tikanlı çaylarında suyun səviyyəsinin qalxması səbəbindən Uludaş, Abrıx və Tikanlı kəndlərində sellə gələn çınqıl və qum kənddaxili yolları yararsız hala salıb.

Fəsadların aradan qaldırılması üzrə aidiyyəti qurumlar tərəfindən müvafiq işlər aparılır, texnikalar vasitəsilə suyun istiqaməti dəyişdirilib. Hazırda vətəndaşların həyətlərinə və fərdi yaşayış evlərinə hər hansı bir təhlükə yoxdur.

Dandıx və Abrıx kəndlərində bəzi təsərrüfatlarda yığılan sular çəkilib. Abrıx-Tikanlı yolu da bərpa olunub, gediş-gəliş var. Tikanlı çayında da işlər aparılır", - deyə açıqlamada qeyd olunur.



OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı