Azərbaycan İdeyası

AQTA 351 oteldə monitorinqlər apardı

Tarix:19-08-2024, 10:22
Baxış Sayı:110

AQTA 351 oteldə monitorinqlər apardı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər çərçivəsində Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunda ümumilikdə 351 oteldə və keytrinq xidməti ilə məşğul olan 59 obyektdə qiymətləndirmə həyata keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, aparılan qiymətləndirmə zamanı ümumilikdə 264 qida obyektində (231 otel və 33 keytrinq xidməti) qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu faktı aşkarlanıb və həmin nöqsanların aradan qaldırılması ilə bağlı müəssisələrin rəhbərlərinə icrası məcburi göstərişlər verilib.

Görülən tədbirlər nəticəsində otel və keytrinq müəssisələri tərəfindən aşkarlanmış nöqsanların mühüm bir hissəsi aradan qaldırılsa da, onlardan 15 otel və 14 keytrinq xidməti obyektində dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, aparılan təkrar monitorinqlər zamanı nöqsanların aradan qaldırılmadığı məlum olub.

AQTA tərəfindən nöqsan aşkar edilən otellərlə bağlı məsələnin nəzarətə götürülməsi və səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara məlumat verilib.

Agentlik tərəfindən aparılan təkrar monitorinqlər zamanı ciddi uyğunsuzluq müəyyən edilmiş otellərin və keytrinq xidməti ilə məşğul olan obyektlərin siyahısı ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

https://afsa.gov.az/az/xeberler/aqta-terefinden-otel-ve-keytrinq-xidmetleri-gosteren-obyektlerde-monitorinqler-aparilib

OXŞAR XƏBƏRLƏR
Xəstələr nə vaxt dərmanları pulsuz alacaqlar, ilk növbədə kimlərə şamil olunacaq?
Xəstələr nə vaxt dərmanları pulsuz alacaqlar, ilk növbədə kimlərə şamil olunacaq?
Ronaldu və Corcina evlənirlər - Toyun təfərrüatı açıqlanıb
Ronaldu və Corcina evlənirlər - Toyun təfərrüatı açıqlanıb
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
KİV: FIFA klublararası DÇ ilə bağlı komandalara vəd olunan 250 milyon dolları ödəməyib
KİV: FIFA klublararası DÇ ilə bağlı komandalara vəd olunan 250 milyon dolları ödəməyib
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib