Azərbaycan İdeyası

Bütün ədalətsizliklər içərisində ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir!!! Yunan filosofu Ariostotel

Tarix:5-09-2024, 09:14
Baxış Sayı:104

Bütün ədalətsizliklər içərisində ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir!!!
Yunan filosofu Ariostotel
Adı prokurorluğun “ən yaxşı müstəntiq” Fəxri kitabına yazılmış, “Şərəf nişanı” ordenli, “Tərəqqi” medalı ilə təltif olunmuş respublikanın Əməkdar hüquqşünası - İkram Heydər oğlu Kərimov əslində kimdir?..

Saxtakar, rüşvətxor, xəyanətkar Rəsul İslam oğlu Rəsulovun xüsusi ağır cinayət əməli törətdikdən sonra 1987-ci ilin sentyabr ayından 2004-cü ilədək Polis Akademiyasının rəisi vəzifələrində işləməsinin və Bakı şəhər prokuroru Əliş Əliyevlə, onun birinci müavini İkram Heydər oğlu Kərimovla 28.02.1987-ci ildə cinayət əlaqəsinə girərək, törətdiyi xüsusi ağır cinayət əməllərinin bu günədək gizlədilərək, cinayət məsuliyyətindən uzun illər kənarda qalmasının sirri nə ilə əlaqədardır?!
Cinayətkar sindikat dəstə üzvlərinin gücü onların hiyləgərliyində, həmrəyliyində və öz şəxsi maraqları naminə ən şərəfsiz ictimai təhlükəli cinayət əməllərini məqbul hesab etmələrindədir!!!
Polis leytenantı Hüseynov Güloğlan




Yazıçı, publisist Akif Əlinin təbirincə desək, görkəmli hüquqşünas İkram Heydər oğlu Kərimovun “Zirvədən zirvəyə aparan yollar” kitabına onun yazdığı “Zirvədən zirvəyə gedən şərəfli yolar” başlıqlı, “Təzadlar” qəzetinin 06.11.2018-ci il tarixli buraxılışında dərc olunan resenziyasına münasibət bildirərək, İkram Kərimovun Əzizbəyov rayon (indiki Xəzər rayonu) prokuroru, daha sonra Bakı şəhər prokurorunun birinci müavini işlədiyi illərdə bilavasitə onun iştirakı ilə törədilən xüsusi ağır cinayət əməlləri təsdiqlədiyini iki faktı yazıçı publisist cənab Akif Əlilinin oxucularının mühakiməsinə buraxıram. İnanıram ki, onun yazdığı “Zirvədən zirvəyə aparan şərəfli yollar” resenziyanın səbəbkarı prokurorluğun “ən yaxşı müstəntiqi” adına layiq görülmüş prokuror, məhkəmənin sədri vəzifələrində işləmiş İkram Kərimovu zirvədən-zirvəyə şərəfli yolların, yoxsa, törətdiyi ağır cinayət faktların apardığını həm ressenziyanın oxucuları, həm də İkram Heydər oğlu Kərimovu tanıyanlar dəqiq, dürüst müəyyənləşdirəcəklər!
1.Təqribən 1983-cü ilin payız ayları idi. Kurs rəisi Cəfər müəllim məni yanına çağırıb göstəriş verdi ki, bütün kursantları saat 15:00-da törədilmiş cinayət faktıyla əlaqədar məktəbin klubunda cinayət işi üzrə məhkəmə istintaqı başlayacaq, bütün kursantlar istintaqın gedişini izləmək, təcrübi biliklərə yiyələnmək üçün həmin vaxt klubda olmaları barədə onlara xəbərdarlıq et. Biz - Bakı Orta İxtisas Milis Məktəbinin kursantları həmin gün saat 15:00-da kluba daxil olub, cinayət işi üzrə məhkəmə istintaqının başlayacağını səbirsizliklə gözləyirik. Kursantlardan savayı klubda təqribən, mülki geyimdə 6-7 nəfər qadın və o qədər də kişi iştirak edirdilər. 5-10 dəqiqədən sonra Cəfər müəllimin dediyi kimi, klubda cinayət işi üzrə məhkəmə prosesi başladı. Məhkəmə iclasına sədrlik edən prosess iştirakçılarının kimliyi barədə məlumat verdikdən sonra qətl hadisəsi törətmiş iki milis nəfərinin və onların törətdikləri cinayət əməlləri nəticəsində qətlə yetirilən qadının şəxsiyyəti barədə proses iştirakçılarına məlumat verdi. Məlum oldu ki, qətlə yetirilən ictimai faydalı əməklə məşğul olmayan, yüngül həyat tərzi keçirən qadındır! Cinayət işi üzrə təqsirləndirilən şəxslərin, onların vəkillərinin verdikləri izahatlardan məlum oldu ki, xidməti vəzifələrini icra etdikdən sonra adları, soyadları yadımda qalmayan milis nəfərləri təsadüfən qısa müddətdə tanış olduqları qadınla şam edərək, spirtli içkilər qəbul etdikləri an onlardan biri şampan butulkası ilə qadının başına zərbə vurmuş, nəticədə qadın ölmüşdür. Cinayəti törədən milis nəfərləri “Jiquli” avtomaşınının baqajına qətlə yetirdikləri qadını qoyub, cinayəti gizlətmək məqsədi ilə axşam, təqribən 23:00-24:00 radələrində hadisə yerindən kənarlaşaraq, “Jiquli” avtomaşınla hərəkətdə olarkən, YPX əməkdaşları tərəfindən həmin maşının sürəti şübhəyə səbəb olduğundan saxlanılmış və maşına baxış keçirilərkən məlum olmuşdur ki, milis nəfərləri tərəfindən naməlum qadın qətlə yetirilb! Həmin qətl cinayət faktı üzrə təqsirləndirilən şəxslərin, onların vəkillərinin, şahidlərin çıxışlarından sonra çıxış etmək üçün söz dövlət ittihamçısı, Əzizbəyov rayon prokuroru yoldaş Kərimov İkram Heydər oğluna verildi. O, çıxışının sonunda milis nəfərləri tərəfindən qətlə yetirilən qadının yüngül həyat tərzi keçirdiyini, ictimai faydalı əməklə məşğul olmaması faktlarını, eləcə də, milis nəfərlərinin gənclyini nəzərə almadan, onların hər ikisi barəsində “güllələnmə” hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi! Həmin an zalda əyləşən qadınlardan birinin cingiltili qışqırıq səsi klubu bürüdü. Sonra, məlum oldu ki, həmin qışqıran qadın güllələnməsi İkram Kərimov tərəfindən hakimdən tələb edilən milis nəfərlərindən birinin yaxın qohumudur! Dövlət ittihamçısı İkram Heydər oğlunun iki gənc milis nəfərlərinin hər ikisinin güllələnməsini məhkəmədən tələb etməsi bütün kursantların hiddətinə, ona qarşı nifrətinə səbəb oldu! Xoşbəxtlikdən cinayət işinin istintaqını aparan, məhkəmə prosesinə sədrlik edən hakim İkram Kərimovun tələbini rədd edərək, təqsirləndirilən iki milis nəfərlərindən yalnız birinə “güllələnmə” cəzasını təyin etdi!!! Prokuror İkram Heydər oğlu Kərimovun qətlə yetirilən yüngül həyat tərzi keçirən qadının həmin milis nəfərlərindən birinin şampan butulkası ilə başına vurması nəticəsində ölməsi faktını nəzərə almadan, milis nəfərlərinin hər ikisinə “güllələnmə” cəzasının təyin olunmasını məhkəmədən tələb etməsi faktı, ilk növbədə onun qeyri-insanı keyfiyyətindən, qəddarlığından xəbər verirdi!!!
2. Spirtli içkilər aludəçisi Qalina Çernışovanın Azərbaycan SSR prokuroru İlyas İsmayılova ünvanladığı teleqramması 15.12.1986-cı il tarixində Bakı şəhər prokurorluğunda qeydə alınmış, 05.01.1987-ci il tarixindən 15.01.1987-ci ilədək Lenin (indiki Sabunçu) rayon Milis şöbəsinin 5-ci bölməsində (indiki 13-cü polis bölməsində) şəhər prokurorluğunun gənc şöbə prokuroru gecəni-gündüzə qatıb Qalina Çernışovanın keçmiş həyat yoldaşı Abdurəhmanov soyadlı, Razin qəsəbəsi, Sülh küçəsində yerləşən evinin, Qalina Çernışovanın vurduğu balta zərbələrindən yararsız vəziyyətə düşmüş, qapısının da şəkillərini çəkərək, onun tərəfindən törədilən xırda xuliqanlıq hərəkətləri barədə sahə müvəkkili Hüseynov Güloğlan Pəli oğlu tərəfindən tərtib olunan inzibati xəta haqqında protokol əsasında Lenin rayon Xalq Məhkəməsinin hakimi Boris Nesis tərəfindən 30.10.1986-cı il tarixdə 30 manat cərimə olunması barədə qəbul edilən qərar qanuni qüvvəyə mindikdən sonra, xırda xuliqanlıq işinin araşdırılmasına, o cümlədən, prokurorluq orqanları tərəfindən, mövcud qanunvericiliyin-26.07.1966-cı il tarixli, Ali Sovetin Rəyasət Heyətinin Fərmanına əsasən yol verilmədiyi halda, Qalina Çernışovanın xuliqanlıq hərəkətlərinin şahidlərini gecə saat 12:00-dək rayon prokurorluğuna çağrılıb dindirilməsi faktları, istər-istəməz Başı şəhər prokurorluğundan 5-ci milis bölməsinə ezam olunan şöbə prokurorunun hansısa ağır cinayət faktının üstünü açmağa çalışdığına və bu səbəbdən də ciddi-cəhd göstərdiyi qənaətinə gəlməyə əsas verirdi! Qalina Çernışovanın xırda xuliqanlıq hərəkətlərinə görə 5-ci milis bölməsində 10 saat qanuni əsasla saxlanılmasından ciddi narahatlıq keçirən Bakı şəhər prokuroru Əliş Əliyev, onun birinci müavini İkram Heydər oğlu Kərimov, eləcə də onlarla cinayət əlaqəsinə girən Bakı Şəhər Bİİ-nin cinayətkar rəisi Rəsul İslam oğlu Rəsulov, axtardıqları cinayət faktını cinayətkarı aşkar edə bilmədiklərindən dərin peşman olduqlarından, həmin xuliqanlıq faktıyla əlaqədar Bakı şəhər prokuroru tərəfindən iki həftəlik araşdırmanın qanunauyğun aparıldığını sübut etmək görüntüsü yaratmaq məqsədi ilə vəziyyətdən çıxış yolu tapmaq üçün cinayətkar şəhər prokuroru Əliş Əliyev Boris Nesisin Qalina Çernışova barəsində qəbul etdiyi 30.10.1986-cı il tarixli qərarından 21.01.1987-ci il tarixində Lenin Rayon Məhkəməsinə protest, onun özü kimi cinayətkar birinci müavini İkram Heydər oğlu Kərimov isə iki gün sonra-23.01.1987-ci il tarixdə Daxili İşlər İdarəsinin cinayətkar rəisi Rəsul İslam oğlu Rəsulova 5-ci milis bölməsinin rəisi Rafiq Məmmədov (Qalina Çernışovanın respublika prokuroru İlyas İsmayılova 5-ci bölmədə saxlanılması faktı ilə əlaqədar müraciət etməyə təhrik edən şəxs) mə`sul növbətçi Nadir Mehdiyev və sahə müvəkkili Hüseynov Güloğlan Pəli oğlu tərəfindən Qalina Çernışovanın hüquqlarının pozulduğu barədə təqdimat yazıb göndərir! Bakı şəhər prokuroru Əliş Əliyev isə Lenin Rayon Xalq Məhkəməsinə ünvanladığı protestində İkram Heydər oğlu Kərimovdan fərqli olaraq Qalinanın törətdiyi xuliqanlıq əməllərinə görə hakim Boris Abramoviç Nesis tərəfindən 30.10.1986-cı il tarixində 30 manat məbləğində cərimə ilə inzibati məsuliyyətə cəlb edilməklə “hüquqları pozulmqla” Qalina Çernışovanın 5-ci milis bölməsində 10 saat saxlayan və onun barəsində toplanan iş materiallarını məhkəməyə göndərən şəxsin sahə müvəkkili Güloğlan Pəli oğlu Hüseynov olduğunu təqsdiqləməklə qəsdən vəzifə saxtakarlığı cinayət əməli törətmək qənaətinə gəlir! Bu fakt özlüyündə bir daha təsdiqləyir ki, Qalina Çernışovanın törətdiyi xuliqanlıq hərəkətinə görə məhkəmə qaydasında məsuliyyətə cəlb edilməsi faktıyla əlaqədar Bakı şəhər prokurorluğu tərəfindən yoxlama aparılmasında prokuror Əliş Əliyevin və onun törətdiyi cinayət əməllərinin iştirakçıları - onun birinci müavini xəyanətkar İkram Kərimovun və Daxili İşlər idarəsinin cinayətkar rəisi Rəsul İslam oğlu Rəsulovun məqsədləri heç də vətəndaş Qalina Çernışovanın “pozulan hüquqlarının” bərpası olmayıb, həmin 3 nəfər və daha çox şəxslərdən, eləcə də onların törətdikləri cianyət əməllərini gizlətmək məqsədi ilə respublika prokurorunun birinci müavini Murad Köçəri oğlu Babayev də daxil olmaqla tabeliyində olan idarə, şöbə propkurorlarını səfərbər edən İlyas İsmayılovun da niyyəti 5-ci milis bölməsinin rəisi rüşvətxor Rafiq Məmmədovun cinayət xarakterli göstərişlərini icra etməkdən imtina edən sahə müvəkkili Hüseynov Güloğlan Pəli oğlunu gecə saat 12:30-dək 5-ci milis bölməsində izahat verməyə təhrik etməklə, onu yaranmış vəziyyətdən çıxış yolu kimi, şəhər prokurorluğundan “yoxlama” aparan şöbə prokuroruna rüşvət verməyə məcbur etdirməklə, rüşvətxorluqda ittiham etməklə, onu həbs edib və bu gizli əməliyyatın müqabilində isə 5-ci bölmə rəisindən əlavə rüşvət alıb, onun cinayətkar fəaliyyətinə gələcəkdə daha əlverişli, təhlükəsiz şərait yaratmaq olmuşdur!!! Nəzərə alsaq ki, həmin vaxtdan 4-5 ay əvvəl bölmə rəisi Rafiq Məmmədovun rəhbvərliyi altında bölmənin baş əməliyyat müvəkkili Ülvi Şıxlinski, Vaqif Ələkbərov ev oğrularından aldıqları rüşvət müqabilində onların törətdikləri cinayət əməllərini gizlətdikləri faktıyla əlaqədar Bakı şəhər prokuroru Əliş Əliyevin, İkram Kərimovun və Bakı şəhər Dİİ-nin rəisi Rəsul İslam oğlu Rəsulovun istək arzularından kənar səbəblərdən cinayət məsuliyyətinə cəlb edilmişlər və həmin cinayətin də istintaqını Əliş Əliyevin, İkram Kərimovun rəhbərliyi ilə aparılmış, baxmayaraq ki, həmin cinayət faktı Rafiq Məmmədovun göstərişi, iştirakı ilə baş vermişdirsə də, tabeliklərində olan müstəntiqin səyi ilə onu məsuliyyətdən kənarlaşdırmışlar! Həmin cinayət işinin ibtidai istintaqı, istərsə də məhkəmə istintaqı 5-ci milis bölməsinin əməkldaşlarından xəbərsiz, demək olar ki, qapalı şəkildə aparılmış və cinayət işi üzrə çıxarılan formal, törədilən cinayətin təhlükəlilik dərəcəsinə uyğun olmayan yüngül ittiham hökmü çıxarılsa da, nə prokuror Əliş Əliyev, nə də İkram Heydər oğlu Kərimov həmin məhkəmə hökmündən nə protest, nə də Daxili İşlər Nazirliyinə təqdimat da yazmamışlar, yazmışlarsa da, həmin sənədləri cinayət işinin materiallarına tikməklə kifayətlənərək, tədbir görülməsi üçün aidiyyatı üzrə göndərilməmişdir!
1987-ci ilin fevral ayının təqribən 2-6-sı olardı, bölmənin məsul növbətçisi mənə bildirdi ki, Daxili İşlər İdarəsindən daxil olan məlumata əsasən, səhər saat 10-11 radələrində podpolkovnik yoldaş Katkovun qəbulunda olmalısan. Həmin vaxt İdarənin İctimai Təhlükəsizlik Qaydalarının Mühafizəsinin rəisi yoldaş Katkovun qəbulunda oldum. O, bildirdi ki, Bakı şəhər prokurorunun müavini İkram Heydər oğlu Kərimovun sənin, bölmə rəisi Rafiq Məmmədovun və məsul növbətçi Nadir Mextiyev barəsində Rəsul İslamoviçə ünvanladığı təqdimat əsasında araşdırma aparılması mənə həvalə olunub. Bu səbəbdən də Qalina Çernışovanın bölmədə 11 saat saxlanılması ,sonda onun məhkəmə qaydasında məsuliyyətə cəlb olunması ilə əlaqədar izahat verməmisən. Həmin faktla bağlı izahatımı Katkova təqdim etdikdə, o bildirdi ki, “bilirəm sənin bu işdə günahın yoxdur, ancaq başa düşə bilmirəm ki, Rəsul İslamoviç nə üçün sənin ciddi cəzalanmağında israrlıdır?” Onun bu sualına cavab olaraq bildirdim ki, “Rəsul İslamoviçin məni cəzalandırmaqda israrlı olduğunun səbəbi mənə məlumdur, lakin əgər o, mənim Qalina Çernışovanın bölmədə saxlanılması faktıyla əlaqədar cəzalanmağım barədə əmr imzalasa, bütün hüquqi vasitələrdən istifadə edib Rəsul İslamoviçin cianayətkar olduqlarını sübut etmək məqsədi ilə mübarizəmi davam etdirəcəm!” Katkov ciddi görkəm alıb, mənə diqqətlə baxıb əlavə etdi: “Hüseynov, unutma ki, sənin cəzalanmağında yalnız Rəsul İslamoviç deyil, həm də barəmdə təqdimat yazan İkram Heydər oğlu Kərimov və şəhər prokuroru Əliş Əliyev də maraqlıdırlar. Bu səbəbdən də günahsız cəzalanmağınla bağlı haqlı olduğunu sübut etmək məqsədi ilə sən unutma ki, yalnız Rəsul İslamoviçə deyil, həm də şəhər prokuroru və onun birinci müavini ilə mübarizə aparmalı olacaqsan. Bunun təhlükəli olduğunu nəzərdən qaçırmamalısan!” Cavabında bildirdim ki, bu mübarizədə ölümlə üzbə-üz qalsam da, onların cinayətkar olduqlarını sübut etmək məqsədilə mübarizəmi davam etdirəcəm. Lenin rayon (indiki Sabunçu rayonu) Milis şöbəsinin 5-ci bölməsinin rəisi Rafiq Məmmədov ən yaxın silahdaşı, baş cinayət-axtarış müfəttişi Ülvi Şııxlinski və digər iki müfəttişin vasitəsi ilə bir qrup ev oğrularının 1986-cı ilin birinci yarısında cinayət əməllərini gizlətdiyinə görə nə məqsədlə onun barəsində nə Bakı şəhər Daxili İşlər İdarəsinin rəisi Rəsul İslam oğlu Rəsulov, nə də Bakı şəhər prokuroru Əliş Əliyev və onun birinci müavini İkram Heydər oğlu Kərimov tərəfindən heç bir tədbir görülmədi?! Baxmayaraq ki, həmin ağır cinayət faktları barədə həm Azərbaycan SSR prokuroru İlyas İsmayılov, həm də Daxili İşlər naziri Cəfər Cəbrayıl oğlu Vəliyev məlumatlı idilər!!!
Bakı şəhər prokuroru Əliş Əliyevin, onun birinci müavini İkram Kərimovun saxtakar, cinayətkar niyyətlərindən məlumatlı olan Bakı şəhər Dİİ-nin rəisi Rəsul İslam oğlu Rəsulov isə sonuncunun Qalina Çernışovanın 10 saat 5-ci milis bölməsində saxlanılması, nəticədə məhkəmə qaydasında törətdiyi xuliqanlıq hərəkətlərinə görə 30 manat cərimə olunmasından “ciddi” narahat olduğundan, 23.01.1987-ci il tarixdə tərtib etdiyi təqdimatını aldıqdan 5-10 gün sonra 5-ci bölmənin rəisi Rafiq Məmmədov, məsul növbətçi Nadir Mehdiyev, ən əsası, cinayətkar prokuror Əliş Əliyevin məhkəmə qərarından verdiyi 21.01.1987-ci il tarixli protestində yeganə cinayət subyekti kimi hədəfə aldığı sahə müvəkkili Hüseynov Güloğlan Pəli oğlu barəsində əmrdə onun daxili işlər orqanlarından kənarlaşdırılmasını qeyd edərkən, həmin ərəfədə SSRİ DİN-dən nazirin 1-ci müavini Yuri Çurbanovun rüşvətxorluq və digər cinayət əməlləri barədə istintaq materiallarında onun evində aparılan axtarış zamanı nazir Cəfər Cəbrayıl oğlu Vəliyevə məxsus qızıl-zinət əşyası aşkarlandığı səbəbindən SSRİ DİN-in Baş Kadrlar İdarəsindən Bakıya ezam olunan komissiyanın sədrinə həmin əmrin sürətini təqdim edərkən, o, Hüseynov Güloğlan Pəli oğlunun əvvəllər intizam məsuliyyətinə cəlb edilmədiyini nəzərə almaqla, onun barəsində Dİ orqanlarından azad edilməsi hissəsində əmrin dəyişdirilməsi, daha yüngül cəza ilə əvəzlənməsi barədə Rəsul İslam oğlu Rəsulova göstəriş vermişdir. Bundan sonra o, məcbur olub əmrin ilkin məzmununa dəyişiklik edərək, sahə müvəkkili Hüseynov Güloğlan Pəli oğlu barəsində “tutduğu vəzifəyə tam uyğun gəlməməsi ilə əlaqədar xəbərdarlıq edilməsi barədə” 28.02.1987-ci il tarixdə əmr verir və həmin əmrin surəti bu günədək Hüseynov Güloğlan Pəli oğluna təqdim edilmir, gizlədilir! Ona qarşı prokuror Əliş Əliyevin və onun 1-ci müavini İkram Heydər oğlu Kərimovun, Bakı şəhər Dİİ-nin rəisi Rəsul İslam oğlu Rəsulovun, Azərbaycan SSR prokurorunun 1-ci müavini Murad Köçəri oğlu Babayev və digərlərinin, eləcə də respublika prokuroru İlyas İsmayılovun törətdikləri cinayət əməlləri milis-polis leytenantı Hüseynov Güloğlan Pəli oğlunun yüzlərlə və illərlə davam edən silsiləli müraciətlərinə baxmayaraq, bu gün də açılmamış qalmaqdadır!!! Bu fakt özlüyündə istər SSRİ - Rusiya Federasiyası prokurorluğunda, Daxili İşlər Nazirliyində, istərsə də Azərbaycan SSR - Azərbaycan Respublikası prokurorluğunda, Daxili İşlər Nazirliyi daxilində keçmiş Bakı şəhər prokuroru Əliş Əliyevdən, onun 1-ci müavini İkram Heydər oğlu Kərimovdan, keçmiş Bakı şəhər Daxili İşlər İdarəsinin cinayətkar rəisi Rəsul İslam oğlu Rəsulovdan ibarət cinayətkar dəstənin törətdikləri cinayət əməllərinin SSRİ - RF, Azərbaycan SSR - Azərbaycan Respublikası prokuroru, Ali Məhkəmənin sədri, Daxili İşlər naziri və onların müavinləri tərəfindən illərlə, on illərlə himayə edilməsi faktları, cinayətkar elementlərin hüquq mühafizə orqanlarıında rəhbər vəzifələrə cinayətkar yollarla təyinat aldıqlarını təsdiqləyir! Düşünürəm ki, yuxarıda qeyd etdiyim iki xüsusi ağır cinayət faktları əməkdar jurnalist Akif Əlini, eləcə də, İkram Heydər oğlu Kərimovun yazdığı “Zirvədən zirvəyə aparan yollar” kitabına yazdığı resenziyasının oxucuları, həmin cinayət faktları ilə tanış olduqdan sonra Bakı şəhər prokuroru Əliş Əliyevi, onun 1-ci müavini, sonralar Bakı Şəhər Məhkəməsinin, Hərbi Ağır Cinayətlər Məhkəməsinin, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri vəzifələrinə təyinat almış İkram Heydər oğlu Kərimovu, Rəsul İslam Rəsulovu, Murad Köçəri oğlu Babayevi, İlyas İsmayılovu zirvədən-zirvəyə aparan yolların şərəfli, yoxsa, cinayət, xəyanət dolu ictimai təhlükəli yollar, amallar olduğunu özləri dəqiq, dürüst müəyyən edə biləcəklər!!!
Yuxarıda qeyd edilən milis leytenantı Hüseynov Güloğlan Pəli oğluna qarşı törədilən cinayət faktları üzrə RF Baş prokurorluğu, RF Ali Məhkəməsinin qəbul etdiyi yekun qərarının Hüseynov Güloğlan Pəli oğluna təqdim edilməsi barədə RF Federal Şurasının deputatı Sergey Vaxrukov tərəfindən 2 dəfə - 10.10.1998-ci il tarixli, Г-446 saylı Baş prokuror Yuri İliç Skuratova, RF Dövlət Dumasının deputatı V.A.Stepanov tərəfindən 02.11.1998-ci il tarixli, 307 saylı; RF Dövlət Dumasının digər deputatı V.F.Qriqoriyev tərəfindən isə 3 dəfə - 06.06.1996-cı il tarixli, 384-61 saylı RF Ali Məhkəməsinə, 16.09.1996-cı il tarixli, 377-99 saylı RF Ali Məhkəməsinə, sonuncu dəfə isə 16.07.1999-cu il tarixli, 05. 06. 13-521 sayla isə RF Ali Məhkəmənin sədri V.M.Lebedevə deputat sorğuları göndərilsə də, lakin həmin cinayət faktlarının üstünün açılmaması məqsədi ilə cinayət işi üzrə qəbul edilən yekun qərar bu günədək Hüseynov Güloğlan Pəli oğluna göndərilməyib!!! Bundan başqa, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri cənab R.Q.Rzayevin imzası ilə RF Baş prokuroru cənab V.V.Ustinova 08.05.2002-ci il tarixli, 08/348 saylı göndərilən sorğu da bu günədək cavabsız qalmaqdadır!!!
Bakı şəhər prokuroru Əliş Əliyevin, onun xəyanətkar birinci müavini İkram Heydər oğlu Kərimovun və Bakı Şəhər Daxili İşlər İdarəsinin rəisi, cinayətkar Rəsul İslam oğlu Rəsulovun istər Azərbaycan SSR - Azərbaycan Respublikasında, istərsə də SSRİ - Rusiya Federasiyası ərazisində nə dərəcədə şaxələnmiş dövlət strukturlarında illərlə kök salmış cinayətkar şəbəkəyə daxil olduqlarını və illərlə gizli-aşkar silsiləli xüsusi ağır cinayət əməlləri törətdiklərini təsəvvür etmək heç də çətin deyil!!!
Beş il Azərbaycan SSR prokuroru, daha sonra Ədliyyə naziri vəzifəsində işləmiş İlyas İsmayılov mətbuata verdiyi açıqlamasında əbəs yerə deməyib: “Aidiyyatı rəsmi şəxsin iradəsi, istəyi çox şeyi həll edir!!!” Respublika prokuroru kimi aidiyyatı rəsmi şəxs olmaqla vəzifədə işlədiyi illərdə İlyas İsmayılovun verdiyi göstərişləri əsasında tabeliyində olan müstəntiqlər, prokurorlar tərəfindən onun iradəsi, istəyi əsasında gizlədilən cinayət faktlarını nəzərdə tutaraq bu qənaətə gəlməsi şübhəsizdir!!!
İmişli Rayon Məhkəməsinin sədri Qurban Həmid oğlu Hacıyevə və onun kimi pula alınıb-satılan,saxtakar prokurorlara, hakimlərə ithaf olunan “Qurban” adlı poetik əsər.

İmza: Polis leytenantı Hüseynov Güloğlan

Tarix: 19.07.2024

OXŞAR XƏBƏRLƏR
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA