Azərbaycan SSR prokurorunun birinci müavini Murad Köçəri oğlu Babayevi Hüseynov Güloğlan Pəli oğlunun cinayət faktıyla əlaqədar müraciətinə 28.08.1989-cu il tarixdə Moskvaya yalan cavab yazıb göndərməyə kim və nə təhrik etmişdir?
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Ali Məhkəmənin sədri cənab İnam Kərimova
Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova
Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fərid Əhmədova
14.02.2022-ci il tarixinədək Bakı şəhəri, Ə.Hüseynzadə küç,ev 28 ünvanında yaşamış və pasport qeydiyyatında olmuş, hazırda qeydiyyatda olmayan Azərbaycan vətəndaşları Quliyeva Xuraman Əhliman qızı, Şamıyev Vəli Asif oğlu, Şamıyev Emin Asif oğlu və Şamıyev Sənan Asif oğlu tərəfindən
Ə R İ Z Ə
Hörmətli Prezident cənab İlham Əliyev, İnam Kərimov, nazirlər Vilayət Eyvazov və Fərid Əhmədov cənabları!
Nəzərinizə çatdırırq ki, 1992-ci ilin avqust ayında erməni daşnaqları tərəfindən yaşadığımız Füzuli rayonunun Gecəgözlü kəndi silah gücünə, zorla işğal edildikdən sonra, hər şəraiti olan evimiz işğalçılar tərəfindən ələ keçirib, yerlə-yeksan edildikdən sonra ailə üzvlərimizlə birlikdə ölkəmizin paytaxtı Bakı şəhərinə gəlib, bir müddət müxtəlif yerlərdə kirayələrdə yaşadıqdan sonra, öz şəxsi vəsaitimiz hesabına yuxarıda göstərdiyimiz evi alıb, orada pasport qeydiyyatına düşüb yaşadıq. Lakin, Füzuli rayonundakı evimizin erməni daşnaqları tərəfindən istər Azərbaycan dövlətinin, istərsə də beynəlxalq hüquq normalarını ayaqları altına atıb zorla vəhşicəsinə talan edilməsi faktının ağrısı, acısı heç vaxt bizi tərk etmədi. Haqsızlığın, ədalətsizliyin, özbaşınalığın insan taleyi üçün nə qədər ağrılı-acılı olduğunu bütün təzahürləri ilə şəxsi həyatımızda hiss edib, başa düşdüyüm səbəbindən 2012-ci ildən başlayaraq “Korrupsiya və Qanun” qəzetini təsis edib, qanunun aliliyi, vətəndaşların hüquqlarının, onların kimliyindən, tutduğu vəzifələrindən asılı olmayaraq pozan şəxslərə qarşı mübarizənin hər kəs üçün dövlət əhəmiyyətli, vəzifə olduğunun təbliği kimi, fəaliyyətə başladım. Düşündüm ki, bizim bu fəaliyyətimiz hüquq-mühafizə orqanlarının vəzifəli, səlahiyyətli şəxsləri tərəfindən də rəğbətlə qarşılanacaq və onlar da səlahiyyətləri daxilində dövlətin qanunlarına hörmətsizlik edən,vətəndaşların hüquqlarını tapdalayanlara qarşı jurnalist fəaliyyətimizdə bizə yardımçı olacaqlar. Belə ki, həmin vəzifəli şəxslər də ölkəmizin Qarabağ ərazisinin erməni işğalçıları tərəfindən hüquq normalarına məhəl qoymadan, işğal etməsinin hansı, istər maddi, istərsə də mənəvi-fiziki nəticələrə gətirib çıxardığını hüquq-mühafizə orqanları əməkdaşları kimi fəaliyyətlərində hər gün əyani şəkildə görüb, bu kimi faciələrin ağrısını-acısını bu və ya digər formada yaşayırlar, baxmayaraq ki, onlardan bəziləri çox təəssüflər olsun ki, vəzifə borclarına xəyanət edərək Daxili İşlər, Milli Təhlükəsizlik Nazirliyinin mərkəzi aparatlarında məsul vəzifələrdə əyləşib, general Akif Çovdarovun,polkovnik Hacı Məmmədovun vətəndaşlara qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri kimi aşkar-gizli əməllərdən əl çəkmirlər!!!
03.12.2018-ci ildə Yasamal Rayon Məhkəməsində hakim Məhərrəmova Xuraman Böyükağa qızının sədrliyi ilə keçirilən məhkəmə iclasında dələduz iddiaçı Dənyalov Elsaldar Şahmərdan oğlunun mənim - Xuraman Əhliman qızının və digər ailə üzvlərimin – övladlarımın Bakı şəhəri, Əlibəy Hüseynzadə - 28 ünvanındakı evdə yaşamaq hüquqlarına xitam verilməsi barədə iddia tələbim araşdırılarkən ilk dəfə mənə məlum oldu ki, cinayətkar Dənyalov Elsaldar Şahmərdan oğlu 9 il 8 ay əvvəl məndən gizli, iş üzrə tərəf kimi məni məlumatlandırmadan 03.04.2009-cu ildə Yasamal Rayon Məhkəməsinin saxtakar, cinayətkar hakimi Məmmədova Südabə Əlislam qızı ilə cinayət əlaqəsinə girərək, həmin ünvanda yerləşən, mülkliyyətimizdə olan evin hərraca çıxarılaraq satılması barədə, yalnız, onların ikisinin iştirak etdiyi məhkəmə iclasında yekun məhkəmə aktı-qətnamə qəbul ediblər! Həmin məhkəmə qətnaməsindən 20.12.2018-ci il tarixində, 9 il 8 aydan sonra MPM-in 360-cı maddəsinin tələbinə uyğun olaraq apellyasiya şikayəti vermək üçün 1(bir) ay tərəflərə vaxt verilsə də, Bakı Apellyaisya Məhkəməsinin saxtakar, korrupsioner hakimləri də öz növbələrində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, tərəfimdən ötürülən müddətin bərpasını məndən tələb etmədən,verdiyim apellyasiya şikayətimi icraata qəbul edib, Yasamal Rayon Məhkəməsinin adlarını yuxarıda qeyd etdiyim hakimlərin törətdikləri xüsusi ağır cinayət əməllərini gizlətmək məqsədi ilə həmin məhkəmənin 03.04.2009-cu il tarixli qətnaməsini qüvvədə saxlamaq barədə 28.02.2019-cu il tarixində saxta, ədalətsiz qətnamə qəbul etməklə mənə və ailə üzvlərimə qarşı növbəti xüsusi ağır cinayət əməli törədirlər! Bakı Apellyasiya və Ali Məhkəmənin inzibati, Mülki Kollegiyalarına ünvanladığım apellyasiya və kassasiya şikayətlərim əsasında həmin məhkəmə instansiyalarında xəyanətkar, korrrupsioner hakimlərin qəbul etdikləri saxta və ədalətsiz məhkəmə aktlarını icra etmək bəhanəsiylə,həmin məhkəmə aktlarını qəbul edən hakimlərin mənə və ailə üzvlərimə qarşı törətdikləri xüsusi ağır cinayət əməllərini gizlətmək məqsədiylə Yasamal Rayon İcra Şöbəsinin 4 nəfər icra məmurları özləri ilə gətirdikləri dəmirçinin köməkliyi və 5-6 polis zabitlərinin kənardan müşayiəti ilə 14.02.2022-ci ildə məni və ailə üzvlərimə zor tətbiq edərək,Füzuli rayonu erməni daşnaqları təırəfindən zorla işğal edildikdən sonra, növbəti dəfə Bakı şəhərində məskunlaşıb,öz pulumuzla aldığımız Bakı şəh., Əlibəy Hüseynzadə -28 ünvanındakı evimizdən də çıxarıb küçəyə atdılar, erməni işğalçıları kimi!!! 14.02.2022-ci ildən bu günədək Bakı şəhərində müxtəlif ünvanlarda yaşayırıq - vətənimiz Azərbaycanda onun paytaxtı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə müvəqqəti qeydiyyata düşməklə, hazırda isə - Suraxanı Rayonu, Qum adası qəsəbəsində qeydiyyatı olmayan, növbəti dəfə bütün Konstitutsion hüquqlarından məhrum edilən qaçqın - köçkün kimi!!! Yasamal Rayon Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin Mülki, İnzibati kollegiya hakimlərinin dələduz Dənyalov Elsaldar Şahmərdan oğlu ilə cinayət əlaqəsinə girərək, mənə - Azərbaycan vətəndaşına “Korrupsiya və Qanun” qəzetinin Baş redaktoruna və onun ailə üzvlərinə qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri barədə həmin qəzetin səhifələrində dəfələrlə gedən silsiləli məqalələr tərəfimdən ictimailəşdirilmiş və aidiyyəti üzrə Baş prokurorluğa, Məhkəmə - Hüquq Şurasına göndərilsə də, lakin, bizə məlum olmayan səbəb üzündən, həmin cinayətkar korupsioner hakimlər hələ də cinayət məsuliyyətinə cəlb edilməyib, layiq olduqları cəzadan kənarlaşdırılıb! Nəticədə mənim və ailə üzvlərimin Konstitusion hüquqları açıq-aşkar illərlə pozulur!!!
Həmin hakimlərin mənə və ailə üzvlərimə qarşı törətdikləri xüsusi ağır cinayət əməllərinin hərtərəfli, obyektiv şərhi, təhlili verilən “Korrupsiya və Qanun”qəzetinin səhifələrində dərc olunan məqalələləri də ərizəyə əlavə edirik!
Hörmətli İlham Əliyev, Kamran Əliyev, Vilayət Eyvazov və Fərid Əhmədov cənabları!
Bizim – Quliyeva Xuraman Əhliman qızının və onun övladları Şamıyev Vəli Asif oğlunun, Şamıyev Emin Asif oğlunun və Şamıyeva Aytəkin Asif qızının dələduz Dənyalov Elsaldar Şahmərdan oğlu ilə cinayət əlaqəsinə girərək, mənimsəyən Yasamal Rayon Məhkəməsinin və Ali Məhkəmənin hakimləri tərəfindən işğal olunan-mənimsənilən Bakı şəhəri, Əlibəy Hüseynzadə küçəsi - 28 ünvanındakı evə mülkiyyət hüququmuzun bərpa olunması üçün müdaxilə etməyinizi xahiş edirik. Bu həm də o baxımdan zəruridir ki, 30 il ölkəmizin ərazisinin 20 %-ni işğal edən erməni daşnaqları istər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Beynəlxalq hüquq normalarına açıq-aşkar dələduz Dənyalov Elsaldar Şahmərdan oğlu və onunla cinayət əlaqəsinə girən hakimlər kimi hörmətsizlik edib, Qarabağ ərazisinin öz torpaqları olduğunu həyasızcasına iddia etsələr də, yalnız, Ali Baş Komandan kimi Sizin əmrinizdən sonra müzəffər əsgərlərimizin işğalçı qüvvəllərinin, zorakı əməllərinə adekvat verdikləri, xeyli humanist cavab olaraq zor tətbiqlərindən - antiterror əməliyyatlarından sonra azad etmək mümkün oldu! Bu baxımdan dələduzlarla cinayət əlaqəsinə girib, tamah məqsədiylə ölkə vətəndaşlarının mülkiyyətində olan evlərini, torpaqlarını mənimsəyən, işğal edən terrorçu, xəyanətkar hakimlər göründüyü kimi, tamah məqsədi ilə ölkə vətəndaşlarının mülkiyyətində olan evlərini, torpaq sahələrini mənimsəyib, işğal edən həmin terrorçu xəyanətkar hakimlərə qarşı da ölkə Konstitusiyasının hüquqi gücünü tətbiq edib, yalnız vətəndaşlara məxsus işğal etdikləri, mənimsədikləri evlərə, torpaqlara görə deyil, həm də vəzifə borclarına, adından məhkəmə aktları qəbul etdikləri dövlətə xəyanət etdiklərinə görə həmin hakimlərin səlahiyyətlərinə xitam verilməli, onlar da hazırda həbs edilən erməni işğalçılarının rəhbər şəxslərinin saxlanıldığı həbsxanalarda saxlanılmalı, vətəndaşların evlərinə, torpaqlarına mülkiyyət hüquqları bərpa edilməlidir!
Yuxarıda qeyd etdiyimiz səbəbdən dələduz Dənyalov Elsaldar Şahmərdan oğlunun hakimlərlə cinayət əlaqəsinə girərək, yaşadığımız, pasport qeydiyyatında olduğumuz Bakı şəh., Əlibəy Hüseynzadə küçəsi, 28 ünvanındakı evimizdən Yasamal Rayon İcra Şöbəsinin əməkdaşları tərəfindən zor tətbiq edilməklə mən - Quliyeva Xuraman Əhliman qızı, oğlum Şamıyev Vəli Asif oğlu hazırda Bakı şəhərində qeydiyyatsız yaşadığımz səbəbindən növbədənkənar prezident seçkisində iştirak etmək, səs vermək kimi Konstitusion hüquqlarımızdan da məhrum edilmişik. Cinayətkar dələduz Dənyalov Elsaldar Şahmərdan oğlu ilə cinayət əlaqəsinə girib, mülkiyyətimizdə olan, yuxarıda göstərdiyimiz ünvandakı evimizi mənimsəyən korrupsioner hakimlərin bizə qarşı törətdikləri özgə əmlakını mənimsəməsi kimi xüsusi ağır cinayət əməllərinə hüquqi qiymət verilməsi, haqqın - ədalətin bərpası üçün müdaxilə etməyinizi xahiş edirik.
Dələduz cinayətkar Dənyalov Elsaldar Şahmərdan oğlunun bir daha diqqətinə çatdırırıq ki, hakimlərlə cinayət əlaqəsinə girərək, mülkiyyətimizdə olan, dələduzluq yolu ilə mənimsədiyi Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi - 28 saylı evi növbədənkənar 07.02.2024-cü il tarixinədək azad edib, təhvil versin! Əks təqdirdə, Baş prokurorluq, Daxili İşlər Nazirliyi, Məhkəmə-Hüquq Şurası tərəfindən Cinayət Prossesual Məcəlləsinin tələblərinə uyğun müddətdə, qaydada Dənyalov Elsaldar Şahmərdan oğlu ilə cinayət əlaqəsinə girən hakimlər barəsində tədbir görülməyəcəyi halda, son zərurət həddində onun tərəfindən zəbt edilən Əlibəy Hüseynzadə-28 ünvanındakı evimizin zəbt, işğaldan azad edilməsi məqsədi ilə tərəfimizdən antiterror əməliyyatı tətbiq etmək məcburiyyətində qalırıq! Bunun nəticələri barədə məsuliyyət Dənyalov Elsaldar Şahmərdan oğlunun və onunla cinayət əlaqəsinə girən xəyanətkar hakimlərin və eləcə də onlar barəsində tədbir görmək, onları ifşa etmək vəzifə borcları olan səlahiyyətli rəsmi şəxslərin üzərinə düşəcək.
Qoşma: “Korrupsiya və Qanun” qəzeti: -
1. 12-27 fevral 2019, 01(70); səh-2,3.
2. 03-29 iyun-15 iyul 2019, 03(72); səh-8,9,10,11.
3. 20-29 fevral 2020, 02(76); səh-8-9.
4. “Ağır, xüsusi ağır cinayət faktları üzrə rayon prokurorunun qaldırdığı cinayət işinin istintaqına Polis İdarəsinin müstətiqlərinin xitam vermək səlahiyyətləri varmı?!”, “BÜTÜN ƏDALƏTSİZLİKLƏR İÇƏRİSİNDƏ ƏN DÖZÜLMƏZİ QANUNUN ADI ALTINDA TÖRƏDİLƏN ƏDALƏTSİZLİKDİR!!” Yunan filosofu Aristotel. 15 iyul-31 iyul 2021, 08(82); səh-2,3,4,5,6,7.
5. 05.10.2021, 09(83); səh-8,9,10.
6. 24.12.2021, 10(84); səh-8,9.
7. fevral-mart 2022, 01-02(85-86); səh-8,9.
8. aprel 2022, 03(87); səh-2,3.
9. 25 avqust 2022, 05(89); səh-3,4,5.
10. 19 oktyabr 2022-ci il tarixli, 06(90) saylı buraxılışı; səh-2,4,5,6
“Dənyalov Elsaldar Şahmərdan oğlu kimdir, onun amalı, niyyəti nədir?!” “Məhkəmələr ədalətli qanunlar qəbul etməlidirlər, çünki onların qəbul etdikləri qərarlar insanların taleyinə təsir edir!” Prezident ilham Əliyev.
11. 27 yanvar 2023 tarixli, 01(93) saylı buraxılışı; səh-2,3,4,5.
“Hakimlərimlərin vətəndaşlara qarşı törətdikləri ağır cinayət əməlləri Məhkəmə-Hüquq Şurasında niyə gizlədilir?!”
12. 26 fevral 2023, 02(94); səh-3,4,5,6.
13. 27 may 2023, 05(97); səh-2,3,4.
14. 1 dekabr 2023, 10(102); səh-4-7.
15. 30.04.2024-cü il tarixli, 04(107) saylı “Bütün ədalətsizliklər içərisində ən dözülməzi Qanun adı altında törədilən ədalətsizlikdir”
16.15.06.-15.07.2024-cü il tarixli, 06 saylı “Korrupsiya və Qanun” qəzeti. “Bütün ədalətsizliklər içərisində ən dözülməzi Qanun adı altında törədilən ədalətsizlikdir” DTX-nin sənədlərlə iş idarəsinin rəisi cənab Samir Sultanovun Ali Məhkəməsinin Sənədlərlə və Vətəndaşların müraciətləri iş şöbəsinin müdiri cənab Şahin Qəhrəmanovun və Bakı şəhər Baş Polis İdarəsinin rəisi cənab İsmayıl Əliyevin və Yasamal RPİ-nin istintaq şöbəsinin rəisi cənab Elvin Nəsibovun 19.04.2024-cü il tarixli,3-13-53/2-28291/24 saylı cavabları. səh-2-3.
17.04.09.2024-cü il tarixli, 08(111) saylı “Korrupsiya və Qanun”qəızetində dərc olunmuş “Prezident Administrasiyasından cavab: - Bu bizim daxili işimizdir!” səh-3.
18. 10.08.2024-cü il tarixli; №7(110) saylı; səh-3.
“Korrupsiya və Qanun”qəzeti, “Prezident Administrasiyasından cavab:-“Bu bizim daxili işimizdir”;
19. Azərbaycan Respublikasının Ali Məhkəməsindən sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri cənab Şahin Qəhrəmanovun 14.03.2024-cü il tarixli,1-8/2-Kol-2024-23-1992/2024 saylı və 2.07.2024-cü il tarixli, 1-8/-Г-1988/2-23-6445/2024 saylı Quliyeva Xuraman Əhliman qızına və Hüseynov Güloğlan Pəli oğluna ünvandıqları, hakimlərin törətdikləri xüsusi ağır cinayət əməllərinin gizlədilməsinə yönələn saxta cavabları.
20. Ramiz Rzayevə sual: “Niyə Ali Məhkəmədə iki vur iki beş edir”; “Dələduzluğun Anatomiyası” “Təzadlar” qəzeti, 21.11.2017,24.07.2021-ci il tarixli buraxılışlar.
21. Haqqı-ədaləti pula alıb-satan hakimlərə, bankirlərə və məmurlara ithaf olunan-“QURBAN” adlı poetik əsər.
22. “Niyə hüquq - mühafizə orqanları korrupsiyanı Prezidentin müdaxiləsindən sonra görə bilirlər?!” “Bəs düşmən necə olar…?” “Buna dövlətə xəyanət deyək, yoxsa...” “Təzadlar” qəzeti, 24.11.2015-ci il və 22.12.2015-ci il tarixli buraxılışları. Baş redaktor Asif Mərzili.
23.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.01.2024-cü il tarixli, 2(103)-4621/2023 saylı qərardadı.
24. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin sənədlərlə iş idarəsinin rəisi cənab Samir Sultanovun 26.02.2024-cü il tarixli, № 3-39-24/2- Kol-1733-23/2024 saylı cavabı.
“Korrupsiya və Qanun” qəzetinin Baş redaktoru: Quliyeva Xuraman
Qəzetin hüquqşünası: Hüseynov Güloğlan
Tarix: 21.08.2024