Azərbaycan İdeyası

Mülkiyyət hüququ uğrunda məhkəmələrdə çəkişən baş redaktor Konstitusiya Günündə ölkə rəhbərliyinə müraciət etdi

Tarix:20-11-2020, 14:01
Baxış Sayı:355

“Korrupsiya və Qanun” ictimai-siyasi hüquq qəzetinin baş redaktoru Xuraman Quliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə, Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova və Bakı Apellyasiya Məhkəməsinin sədri cənab İman Nağıyevə müraciət ünvanlayıb.
Müraciətnamədə bildirilir:
“Əzizimiz cənab Prezidentimiz!
Yasamal Rayon Məhkəməsinin 2(004)-8210/2018 saylı mülki iş üzrə 14 oktyabr 2020-ci il tarixli qərardadından apellyasiya şikayəti vermişəm. Hal-hazırda iş Bakı Apellyasiya Məhkəməsində (2(103)-8663/2020) 02 dekabr 2020-ci il tarixində hakim Azad İmanovun icraatında baxılacaqdır. İddiaçı - Dənyalov Elsaldar Şahmərdan oğlu mənə qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma barədə” iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. 2(004)-8210/2018 saylı 03.12.2018-ci il tarixli qətnamə ilə iddia tələbi təmin edilərək cavabdehlər Quliyeva Xuraman Əhliman qızının, Şamiyev Vəli Asif oğlunun və Şamiyev Emin Asif oğlunun Bakı şəhəri Yasamal rayonu Əlibəy Hüseynzadə küçəsi-28 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması qət edilmişdir.
Lakin həmin qətnaməni vəkilimin səhlənkarlığı ucbatından işimə ciddi yanaşmaması nəticəsində (bu barədə Vəkillər Kollegiyasına rəsmi şikayət etmişəm və rəsmi müraciətim əsasında onlayn qəbulda da olmuşam) almamışam.
Bildirirəm ki, 22 sentyabr 2020-ci il tarixində Yasamal rayon məhkəməsinə yaxınlaşaraq işlə şəxsən özüm tanış olmuşam. Qətnamənin alınması barəsində rəsmi sənəd (qəbz) olmadığının bir daha şahidi olmuşam. İşin içində naməlum bir qəbz var idi, lakin qəbzdə hansısa bir sənədi və ya qətnaməni, qərardadı almağım təsbit və təsdiq olunmur. Ona görə ki, qəbzdə hansısa bir sənədin adı, nömrəsi yoxdur və qəbzdə göstərilən çap hərfləri ilə yazılmış sözlərin hər hansı birinin altından xətt çəkilməmişdir.
Həmin gün 22 sentyabr 2020-ci il tarixində Yasamal Rayon Məhkəməsinə bu barədə ərizə ilə müraciət edərək 2(004)-8210/2018 saylı 03.12.2018-ci il tarixli qətnaməsinin rəsmi qaydada mənə təqdim edilməsini xahiş etdim (qoşmaya ərizəni əlavə edirəm). Ərizəmə hakim Fərid Əyyubovun icraatında baxılaraq rəsmi qaydada qətnamə mənə təqdim edilmişdir. Qətnamədən apellyasiya şikayəti verdikdə isə hakim Fərid Əyyubov bütün bunları danaraq öz maraqlarını güdərək mənim əleyhimə qərardad çıxararaq apellyasiya şikayətimin verilməsi üçün müddəti bərpa etmədi. Buna sübut olaraq bildirəm ki, proses saat 14:00-a təyin olunmuşdu. Bizi və digər vətəndaşları məhkəmə zallarına saat 14:00-da polislər buraxdılar. Biz hakim Fərid Eyyubovun iclas keçirdiyi 10-cu zala girdikdə gördük ki, işdə iddiaçı olan Elsaldar Dənyalov arvadı ilə zalda oturublar. Necə oldu ki, bütün vətəndaşlar gündüz saat iki tamamda zallara daxil olurlar, Elsaldar və arvadı saat ikidən əvvəl buraxılır. Qanun hamı üçün qanundur, lakin hakim Fərid Əyyubovla Elsaldar və arvadı üçün deyil? Mən onları bu vəziyyətdə görəndə artıq məndə şübhə yarandı ki, bu iş danışılıb. Hesab edirəm ki, mənim mülki prosessual və maddi hüquqlarım məhkəmə tərəfindən pozulmuşdur. Dövlətimiz düşmən təcavüzünə məruz qaldığı bir vaxtda məhkəmələr haqqın və ədalətin yanında olmalıdırlar.
2(004)-8210/2018 saylı 03.12.2018-ci il tarixli qətnaməni 22 sentyabr 2020-ci il tarixində Yasamal Rayon Məhkəməsindən ərizə ilə tələb olunaraq alınmışdır. Odur ki, hesab edirəm, müddət bərpa olunması və iş baxılmasından ötrü Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini, qeyd olunanları nəzərə alıb Azərbaycan Respublikası MPM-nin 133-cü və 268-ci maddələrini rəhbər tutaraq məhkəmədən hakim Fərid Əyyubovun çıxardığı 2(004) – 8210/2018 nömrəli 14 oktyabr 2020-ci il tarixli qərardadını ləğv edərək ərizənin təmin edilməsinə dair qərardadın çıxarılmasını və iş materiallarını baxılmasından ötrü Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişəm.
Xahiş edirəm:
Bakı Apellyasiya Məhkəməsində ( 2(103) – 8663/2020 ) 02 dekabr 2020-ci il tarixində hakim Azad İmanovun icraatında baxılacaq məhkəmə iclasında ədalətli qərar verilməsi üçün işin nəzarətə götürülməsi barədə göstəriş verəsiniz.
İmza: Xuraman Quliyeva
12 noyabr 2020-ci il”.
Mövzu ilə bağlı oxuculara əlavə məlumat olaraq bildiririk ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi Quliyeva Xuraman Əhliman qızının və qeyrilərinin cavabdeh Bakı şəhəri, 9 saylı dövlət notariat ofisinə və qeyrilərinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dənyalov Elsaldar Şahmərdan oğlu cəlb edilməklə) “borc və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddianı təmin etmə tələbinə dair iddiaçı Quliyeva Xuraman Əhliman qızının ərizəsinə açıq məhkəmə iclasında baxaraq 19.10.2020-ci il tarixli qərardad çıxarmışdır ki, işə mahiyyəti üzrə baxılıb həll edilənədək Bakı şəhəri Yasamal rayonu Əlibəy Hüseynzadə küçəsi 28 ünvandakı mənzilin ögününkiləşdirilməsi cavabdehlərə və başqa şəxslərə (o cümlədən, mənzili artıq öz adına keçirmiş E.Dənyalova) qadağan edilsin. Qərardadın dərhal icrası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmuşdur.
Vacib bir məqama da diqqət yetirək: Elsaldar Dənyalovun başqalarının mənzilini ələ keçirmə təcrübəsinin çoxluğuna dair başqa faktlar da vardır. Məsələn, o, 2013-cü ildə Talıbov Fərhad Malik oğlunu, Talıbova Nəzakət Əli qızını və Məmmədova Səbinə Sabir qızını da eyni üsulla məhkəmə yolu ilə mənzillərindən çıxartdırmağa nail olmuşdur. Elsaldar hətta həmin şəxslərin mənzillərə çəkdikləri təmir xərclərini də ödəməmişdir.
Soruşan da yoxdur ki, ay adam, kimsən axı, hansı daşı qaldıranda altından çıxırsan? Sən hansı lisenziya ilə ev maqnatı olmusan, kimin icazəsi, havadarlığı ilə sələmçilik edirsən, insanları borca, faizə yükləyib axırda evlərini əlindən alırsan? Bəlkə səni Xankəndinə göndərək, qalan erməni işğalçıları da ordan qovub çıxarasan?

Mövzuya qayıdacğıq
“Korrupsiya və Qanun” [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ərazi və əhali
Ərazi və əhali
Pərakəndə ticarət dövriyyəsinin həcmi
Pərakəndə ticarət dövriyyəsinin həcmi
Rabitə
Rabitə
Nəqliyyat
Nəqliyyat
Güclü külək Sumqayıtda işıq dirəklərini aşırıb - FOTO
Güclü külək Sumqayıtda işıq dirəklərini aşırıb - FOTO
Xəzərdə dalğanın hündürlüyü dörd metrə çatıb - FAKTİKİ HAVA
Xəzərdə dalğanın hündürlüyü dörd metrə çatıb - FAKTİKİ HAVA
“Böyük Loğman” - 65
“Böyük Loğman” - 65
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb