Azərbaycan İdeyası

Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunu 14.03.2022-ci il tarixli, 2(031)-281/2022 saylı ədalətsiz, saxta qətnamə qəbul etməyə kim və nə təhrik etmişdir?

Tarix:9-08-2024, 17:07
Baxış Sayı:129

Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunu 14.03.2022-ci il tarixli, 2(031)-281/2022 saylı ədalətsiz, saxta qətnamə qəbul etməyə kim və nə təhrik etmişdir?

Məmmədov Cavid Əzizbala oğlunun 2(031)-281/2022 saylı həmin qətnamədən verdiyi apellyasiya şikayəti əsasında hakim Çingiz İsgəndərov 18.05.2022-ci il tarixli, e-2(031)-281/2022 saylı qərardad qəbul edərək, həmin apellyasiya şikayətini geri qaytararaq, bunu “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə göndərilmədiyini əsas kimi qiymətləndirərək, həmin qətnamənin icrasını özü həll edəcəyi barədə iddiaçının qardaşı Məmmədov Ömərə və bu faktla əlaqədar “Korrupsiya və Qanun” qəzetinin baş redaktoru Quliyeva Xuraman xanımın müraciətinə də hakim Çingiz İsgəndərov eyni məzmunlu vəd etsə də, o, verdiyi vədinə, yalnız, təqaüdə çıxdığı anadək əməl etdi!

Son iki aydır ki, Şabran Rayon Məhkəməsinin e-2(031)-281/2022 saylı qətnaməsi əsasında hazırda xəstəlikdən əziyyət çəkən cavabdeh Məmmədov Cavidin əmək haqqından “Bank Respublika” ASC-nin hesabına tutma başlanılıb!!! Əsas və təəccüb doğuran o faktdır ki, Məmmədov Cavid Əzizbala oğlu “Bank Respublika”ASC ilə bağladığı 013CASA1933700-29 saylı, 13.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə iddiaçı bank qarşısında üzərinə götürdüyü öhdəliyə tam əməl etdiyi halda, həmin kredit müqaviləsi üzrə “Bank Respublika” ASC-nin MPM-in 168.1 və 168.2-ci maddələrinin tələbləri həm iddiaçı, həm də hakim İsgəndərov Çingiz Əmir oğlu tərəfindən kobud şəkildə pozulmaqla cavabdeh tərəfə göndərilməyən nə iddia ərizəsində, nə də həmin iddia ərizəsi əsasında qəbul edilən e-2(031)-281/2022 saylı qətnamədə Məmmədov Cavid Əzizbala oğlu tərəfindən bankın hesabına Məmmədov Cavid tərəfindən edilən ödənişlər barədə məlumat verilmədən, bu faktı qəsdən gizlədərək cavabdehin 21.01.2022-ci il tarixdə iddiaçı “Bank Respublika” ASC-yə 2459,61 AZN məbləğində borcu yarandığını əsas kimi qəbul edərək, iddiaçının tələbini təmin etmək barədə məhkəmə qətnaməsi qəbul etməklə cavabdeh Məmmədov Cavid Əzizbala oğluna qarşı CM-nin 179; 295; 307; 308 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri törətmişlər!!! Bu cinayət faktının üstünün açılması və cinayətin iştirakçılarının dairəsini müəyyən edilməsi məqsədiylə mən - iş üzrə cavabdeh Məmmədov Cavid Əzizbala oğlu ərizə ilə aidiyyatı üzrə Məhkəmə-Hüquq Şurasının sədri cənab İnam Kərimova və Baş prokuror Kamran Əliyevə müraciət etmək məcburiyyətindəyəm! İnanıram ki, CPM-in 1.2.3; 1.3; 8; 10; 45; 48; 207; 208 və 213-cü maddələrinin tələblərinə uyğun olaraq hakim Çingiz Əmir oğlu İsgəndərov və “Bank Respublika” ASC-nin mənə qarşı iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edən vəzifəli şəxsin törətdikləri cinayət əməlləri barədə tədbir görüləcək!

İmza: Məmmədov Cavid Əzizbala oğlu

Tarix: 02.07.2024.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı