Tərəflər boşandıqdan sonra əsas problemlərdən biri də uşağın xaricə getməsi zamanı ortaya çıxır. Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə əsasən uşaq kimin himayəsindədirsə, o zaman digər valideynin notariat qaydada təsdiq edilmiş razılığı tələb olunur. Əks halda uşağın xarici ölkəyə çıxarılmasına icazə verilmir.
Uşaqların xarici ölkəyə çıxarılması zamanı razılığı tələb olunan valideyn notariat qaydasında razılıq verməzsə, bu zaman iş məhkəmə qaydasında həll edillir, yəni uşaq əgər anaya verilibsə, bu zaman ana uşağın xaricə getməsinə izn verilməsi ilə iddiası ilə məhkəməyə müracitət etməlidir. Məhkəmə daha çox uşağın lehinə ola biləcək halları nəzərə alaraq qərar verir. Uşağın lehinə olan hallar isə uşağın sağlamlığı, yəni onun xaricdə müalicəsi ilə əlaqədar ola bilər, eyni zamanda təhsili ilə əlaqədar seminar və konfransda iştirak etməsi və idman oyunlarında iştirak etməsi uşağın lehinə olan hallardır.
Uşağın xaricə getməsində digər valideynin razılığı da çox əhəmiyyətlidir. Hər bir valideyn öz övladı barəsində məlumatlı olmaq, eyni zamanda görüş hüququ vardır. Uşağın xarici ölkəyə getməsi zamanı isə bu görüş hüququnu həyata keçirə bilmir və bu səbəbdən məhkəmə qərar verərkən hər bir halı nəzərə almalı və buna əsasən qərar verməlidir. Bundan əlavə, BMT-nin Uşaq hüquqları haqqında konvensiyasının 3-cü maddəsinə əsasən dövlət orqanları, məhkəmələr uşaqların maraqlarının təmin edilməsinə riayət etməlidirlər.
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi, ev 10, mənzil 10 ünvanda yaşayan 1992-ci il təvəllüdlü Qədirov Amil Aqil oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək, boşandığı keçmiş həyat yoldaşının onu uşaqları ilə təmas imkanından məhrum etdiyindən, şikayət etdiyi hüquq-mühafizə orqanlarının hərəkətsizliyindən şikayətlənib.
Amil Qədirov yazır ki, 2012-ci ildə Qədirova Kristina Ramiz qızı ilə Rusiya Federasiyasında ailə qurub. Birgə nikahlarından bir qız övladı – Qədirova Kristina dünyaya gəlib. Elə həmin il Azərbaycana gəliblər. Azərbaycanda 2014-cü ildə Elay adlı ikinci qız, 2016-cı ildə Cəmil və 2019-cu ildə Nail adlı oğlan uşaqları doğulub. 2020-ci ildə ailə münasibətlərinin pozulması səbəbilə boşanmaq üçün Mediasiya Təşkilatına müraciət ediblər. Mediatorun cütlüyü barışdırmaq cəhdləri müsbət nəticə verməyib. Proses 2024-cü ildə rəsmi boşanma ilə yekunlaşıb.
Boşanma haqda məhkəmə qərarında uşaqların anası ilə qalması təsbit olunsa da, uşaqlar faktiki olaraq Amilin valideynlərinin, onlarla qayğılanan baba və nənənin yanında qalıblar. 2024-cü il avqust ayının 26-da Kristina uşaqları dənizə aparmaq adı ilə Amildən götürüb: “Axşam saat 20:00 radələrində anam mənə zəng vurataq uşaqların hələ də gəlib çıxmadıqlarını bildirdi. Həmin an Kristinaya zəng çatmadı, telefonu sönülü idi. Biz onların dənizdə batdığlnı zənn etdik, atam DİN-nin “102” qaynar xəttinə zəng vuraraq məlumat verdi. Sonra böyük qızım Kamilla “votsap” vasitəsilə nənəsinə zəng vurdu. Daha sonra isə qaynanam uşaqların Moskvaya çatdıqlarını xəbər verdi”.
Amil Qədirov bildirir ki, məsələ ilə əlaqədar avqustun 28-də Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edəndən sonra ertəsi gün tələsik Moskvaya yollanıb. Keçmiş həyat yoldaşının uşaqları ondan məhrum etmək niyyətinə əmin olandan sonra Vətənə dönərək polisə həm şifahi, həm də yazılı icazə verib. Polis isə onun bir ata kimi mənafeyini nəzərə almayan qərar çıxarıb. Həmin qərardan 02.09.2024-cü il tarixdə Xəzər rayon prokurorluğuna şikayət edib. Daha sonra Baş Prokurorluğa, İnsan Hüqaqları üzrə Müvəkkilə, Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə, Rusiya Federasiyası Prezidentinə, Azərbaycanın Rusiyadakı səfirliyinə, Komi Muxtar Respublikasının Prezidentinə, Lakin müraciət etdiyi qurumlardan rəsmi cavab almayıb. Hal-hazırda keçmiş həyat yoldaşı uşaqlarını ona göstərmir, heç göstərmək fikri də yoxdur. Odur ki, başına gələnlərin kütləvi informasiya vasitələrində ictimailəşdirilməsini redaksiyamızdan xahiş edib. Ümid edir ki, bu yolla nəhayətdə problemin müsbət həllinə nail ola bilər.
dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etməli və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər.
Beynəlxalq normalara əsaslanaraq deyə bilərik ki, valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Bu zaman qanunvericiliyə əsaslanaraq və uşağın mənafelərini üstün tutaraq tərəflər məsələni mübahisələndirə, iddia ərizəsi hazırlayıb məhkəməyə müraciət edə bilərlər.
Bir sıra hallarda uşaq ölkədən gedərkən digər valideynin razılığı tələb olunmur. Bu hallara tərəfin valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmə qərarı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə ata barədə məlumatın ananın göstərişi üzrə yazılması haqqında arayışın olması daxildir.