Azərbaycan İdeyası

Bakıda bu ərazidə evlərin söküntüsünə başlanıldı + Video

Tarix:24-10-2024, 10:50
Baxış Sayı:112



Bakının daha bir prospekti və bir neçə küçəsinin əhatəsindəki evlərin söküntüsünə başlanılıb.

“Xəzər Xəbər”ə istinadən xəbər veririk ki, söhbət Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov və Yavər Əliyev küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrindən gedir.

Xətai Rayon İcra Hakimiyyəti söküntü işlərinin icrasını "Ramco" şirkətinə həvalə edib və dəyəri 1,3 milyon manat olan müqavilə bağlayıb.

Sakinlərin isə köçürülmə ilə bağlı onlara təklif edilən kompensasiyanın məbləğinə münasibətləri birmənalı deyil.

Xətai Rayon İcra Hakimiyyətindən bildirildi ki, rayonun bir sıra ünvanlarında istismar müddəti başa çatmış və qəzalı vəziyyətə düşmüş evlər sökülüb, əhali köçürülüb. Xəqani Rüstəmov, Süleyman Vəzirov və Yavər Əliyev küçələrində söküntü işləri davamı gedir. Yaxın günlərdə digər sakinlərin də köçürülmə prosesinə start veriləcək. Vətəndaşların kompensasiyanın məbləği ilə bağlı narazılığına gəlincə, İcra Hakimiyyətindən bildirildi ki, bu məsələ komissiya tərəfindən araşdırılacaq, vətəndaş məmnuniyyəti təmin ediləcək.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı