Azərbaycan İdeyası

SABİQ İCRA BAŞÇISININ ÜZƏ ÇIXAN SON SƏRƏNCAMLARI YASAMALI AYAĞA QALDIRIB

Tarix:23-08-2017, 15:17
Baxış Sayı:463




Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarı adları çəkilən rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qəbul olunub. Qərara əsasən, qeyd olunan rayonların yerli icra hakimiyyətlərinin qarşısına aidiyyəti üzrə 5 il müddətinə bir sıra tədbirləri həyata keçirmək vəzifəsi qoyulub.
Həmin vəzifələr sırasına - mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəıraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitlərivə ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların RAZILIĞI ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələriniun əvəzləşdirilməsinə şərait yaratmaq; qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etmək kimi tələblər vardır.
Gerçəklikdə isə "plana düşən" evlərin sakinlərdən köçürülmə ilə, dəyər olaraq təklif olunan kompensasiyanın məbləği ilə RAZI olub-olmadıqlarını soruşan yoxdur. O da bəllidir ki, tikinti sektorunda böhran hökm sürdüyündən tikinti şirkətlərinə də etibar etmək olmur. Başladıqları işi vaxtında başa çatdırıb-çatdırmayacaqlarını bilmək olmur. Üstəgəl, kirayəyə ev verən şəxslər çox vaxt vergidən yayınmaq üçün kirayənişinlə müqavilə bağlamırlar. Kirayə müqaviləsinin olmaması isə RİH tərəfindən bu təyinatla maliyyə vəsaitinin ayrılmasına əngəl törədə bilər.
Yasamal rayonunun Abbas Mirzə Şərifzadə və Xıdır Mustafayev küçəsinin bir qrup sakini də yurd-yuvalarından sürgün edilirlər. Onlar evlərinin "Pilot Residence" MTK ilə Yasamal rayon İcra Hakimiyyəti rəhbərliyinin biznes maraqlarına qurban getdiyi qənaətindədirlər. Yasamal RİH-nin sabiq başçısı İbrahim Mehdiyevin 30 iyun 2017-ci il tarixli 222 saylı Sərəncamı ilə adları göstərilən küçələrin hərəsində bir neçə fərdi yaşayış evlərinin sökülərək MTK tərəfindən yeni çoxmərtəbəli yaşayış binasının tikintisi nəzərə alınmaqla ərazinin tikinti-planlaşdırma sənədləri təsdiq edilmişdir. Sərəncamda sökülməsi qərara alınan fərdi yaşayış evlərinin qəzalı vəziyyətdə olduğu göstərilmişdir.
Lakin redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən bir qrup sakin evlərinin əsla qəzalı vəziyyətdə olmadığı qənaətindədir. Ərizəyə 6 nəfər imza atsa da, narazı olanların sayınlın 25 nəfərdən çox olduğu bildirilir. Yazıb bildiriblər ki, tikinti kooperativinin işçiləri evlərin qarşısına hasar çəkib köçməklərini tələb edirlər. Yasamal icra başçısının elə həmin gün (30.06.2017-ci il ) imzaladığı növbəti (223 saylı) Sərəncamla MTK -nə tikinti aparması üçün icazə verilmişdir. Bundan iki həftə keçməmiş FHN-nin "Azərdövləttikintilayihə" İnstitutunun mütəxəssisləri tez-tələsik X. Mustafayev küçəsində 50,52,54,56,56A,58,60,62,64,66 saylı ünvanlarda yerləşən yaşayış evlərinə vizual exniki baxış keçiriblər və o qənaətə gəliblər ki, guya evlərin divarları çatlayıb, ağac konstruksiyalar çürüyüb, betonlar dağılıb, armatur millər paslanıb korroziyaya uğrayıb. Tərtib etdikləri aktda onu da qeyd edeiblər ki, yaşayış evlərində təmir-bərpa və gücləndirilmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir.
Sakinlərin dəvəti ilə avqustun 16-da onların MTK işçiləri ilə qarşıdurmasının baş verdiyi gündüz saatlarında gedib hadisə yerində olduq. . "Pilot Residence" MTK-nin əməkdaşları mikrofon və kameralardan yayındılar. Etirazçılar isə mülkiyyət hüquqlarının kobud surətdə pozulduğu, kimlərinsə biznes maraqlarının təmin olunması üçün yurd-yuvalarından sözün hərfi mənasında sürgün edildiklərini deyirlər.
Mövzuya qayıdacağıq. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Azərbaycanda hakim intihar etdi
Azərbaycanda hakim intihar etdi
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb