Azərbaycan İdeyası

Bu gün Şuşa Şəhəri Günüdür

Tarix:8-11-2024, 10:01
Baxış Sayı:111


Bugün Şuşa şəhərinin işğaldan azad olunmasından 4 il keçir.

2020-ci il noyabrın 8-də, Azərbaycan Silahlı Qüvvələri, Prezident İlham Əliyevin rəhbərliyi altında, Şuşanı erməni işğalından azad etdi. Bu əlamətdar gündə, Azərbaycanın üçrəngli bayrağı şəhərin mərkəzinə sancıldı. Həmin gün Prezident İlham Əliyev, Şəhidlər xiyabanından xalqa müraciət edərək, Şuşanın azad olunduğunu elan etdi.

Şuşa döyüşləri, İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qazandığı ən mühüm qələbələrdən biri oldu. Azərbaycan Ordusu, sıx meşələri, keçilməz yarğanları və dağ keçidlərini aşaraq Şuşaya doğru irəlilədi. 7 noyabrda, ordu şəhərin qayalıqlarına tırmanaraq, yüngül silah-sursatla Şuşaya daxil oldu. Ordumuzun Xüsusi Təyinatlı Qüvvələri, şəhərə bir neçə istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüb. Döyüşlər zamanı erməni tərəfi Şuşaya "İsgəndər" raketləri atıb, lakin Azərbaycan Ordusu tezliklə düşməni məğlub edərək şəhəri azad etdi.

2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa, Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.

2023-cü il iyulun 31-də, Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamla, hər il noyabrın 8-i Şuşa Şəhəri Günü olaraq qeyd ediləcək.

Həmçinin, 2023-cü il sentyabrın 25-də Qətərin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa, 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı olaraq seçildi.

Xatırladaq ki, Şuşa 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğaldan sonra, şəhərin 22 min əhalisi məcburi köçkün olub və Azərbaycanın müxtəlif bölgələrinə yerləşib. Şuşanın işğalı zamanı 195 nəfər şəhid olub, 165 nəfər yaralanıb, 55 nəfər isə əsir götürülüb.

OXŞAR XƏBƏRLƏR
Xəstələr nə vaxt dərmanları pulsuz alacaqlar, ilk növbədə kimlərə şamil olunacaq?
Xəstələr nə vaxt dərmanları pulsuz alacaqlar, ilk növbədə kimlərə şamil olunacaq?
Ronaldu və Corcina evlənirlər - Toyun təfərrüatı açıqlanıb
Ronaldu və Corcina evlənirlər - Toyun təfərrüatı açıqlanıb
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
KİV: FIFA klublararası DÇ ilə bağlı komandalara vəd olunan 250 milyon dolları ödəməyib
KİV: FIFA klublararası DÇ ilə bağlı komandalara vəd olunan 250 milyon dolları ödəməyib
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib