Azərbaycan İdeyası

Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!

Tarix:20-11-2024, 13:11
Baxış Sayı:112



Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ədalət mühakiməsinin səmərəliliyinin və real olmasının vacib şərtlərindən biri məhkəmə aktlarının icrası ilə bağlıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər.
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun Preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və kommersiya mübahisələrinə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariusun icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların (bundan sonra - məhkəmə və digər orqanların) qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir.
Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə küçəsi, ev 48, mən.- 7 ünvanda yaşayan Əkbərova Yeganə Batıxan qızı 25.10.2024-cü il tarixdə “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək, Ağcabədi rayon məhkəməsinin onun xeyrinə çıxardığı 01.06.2015-ci il tarixli 2(017) – 519/2015 nömrəli qətnaməsinin icra edilməməsindən şikayətlənib:
Yazır ki, məhkəmə qətnaməsi ilə Mamedova Səadət Şahməmməd qızının ona vurmuş olduğu 51000 (əlli bir min) manat ziyanın ödətdirilməsi qət olunub. Lakin Ağcabədi rayon İcra və Probasiya Şöbəsi ötən 9 il ərzində icraatına daxil olan 03.07.2015-ci il tarixli icra sənədinin icrası üçün heç bir tədbir görməyib. İddia edir ki, tanımadığı şəxslər onun telefon nömrəsini icra məmurlarından alıb, dəfələrlə gizli nömrə ilə zəng vurub dilə tutmağa, şikayətlərini davam etdirmək fikrindən daşındırmağa çalışıblar. O da sadəlövhcəsinə gözləyib ki, Səadət pulu ödəyəcək.
Şikayətçi bildirir ki, bu il oktyabr ayının 22-də Ədliyyə Nazirliyinin İcra Baş İdfarəsinin rəis müavini Fəqan Şabanovun qəbuilunda olub, məhkəmə qətnaməsini yerinə yetirməyən Səadət Mamedova barəsində qanuni (CM-nin 306-cı maddəsinin tələblərinə uyğun) ölçü götürülməsi üçün işin istintaqa ötürülməsini tələb edib. Yazdığına görə, sonda Şabanovdan aldığı cavab onu təəccübləndirib: “O qədər malı Səadətə verəndə bizə demişdiz ki, indi də bizdən tələb edirsiz?”
Məhkəmə qərarlarını icrasını təmin edən qurum rəhbərinin sözləri Y.Əkbərovanı çox məyus edib. Odur ki, öz növbəsində bu məsələni mediada ictimailəşdirmək üçün redaksiyamızdan kömək istəyib.
Y.Əkbərovanın redaksiyaya təqdim etdiyi Bərdə Regional Ədliyyə İdarəsinin ona göndərdiyi cavab məktublarından görünür ki, tələbi könüllü təmin etməyən Səadət Mamedova və başqa bir borclunun guya əmlak və gəlir vəziyyəti yoxlanılıb, lakin onlarda tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilməyib. Onlar yalnız inzibati məsuliyyətə cəlb olunaraq ayrı-ayrılıqda səkkiz və on gün həbs, 500 manat məbləğində cərimə edilmişlər. Həmçinin onların ölkədən getmək hüquqları məhdualşdırılmışdır. Sonrakı yoxlama tədbirləri nəticəsində digər borclunun torpaq sahəsi aşkarlandığından, borcundan bir hissəsini qaytarmış, 2020-ci ildə vəfat etmiş, heç kəs ondan vərəsəlik (o cümlədən, borca görə məsuliyyət) qəbul etməmişdir. Səadət Mamedova isə yaşayış yerini dəyişdiyindən, 25.09.2024-cü il tarixdən axtarılması barədə qərar qəbul edilərək Ağcabədi Rayon Polis İdarəsinə göndərilmişdir.
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; borclu fəaliyyət qabiliyyətini itirdikdə; borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən, icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; tələbkarın müvafiq xahişi olduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır.
İnternet üzərindən araşdırdıqda məlum olur ki, qızıl alveri ilə məşğul alan Səadət Mamedova daha əvvəl Ağcabədi rayon sakinləri Sahibə Cəfərova, Elyaz Qədimov, Əli Əmiraslanov, Tamara Əliyeva və başqalarından da eyni qaydada müxtəlif məbləğlərdə pul götürərək etibarlarından sui-istifadə edib, aldadıb. Bu barədə müxtəlif KİV-də informasiyalar dərc olunub.
Qeyd edək ki, Fəqan Şabanov bu ilin aprel ayında Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə rəis müavini təyin olunub. Ona qədər Bərdə Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsində işləyib. Belə çıxır ki, F.Şabanov köhnə iş yerində ona göndərilmiş həllini tapmayan şikayətlərin hamısını Nazirliyə yönləndikləri təqdirdə bloklayacaq.

Baş redaktor: X.Ə.Quliyeva.

OXŞAR XƏBƏRLƏR
DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı
DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı
Gəncədə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız öldü
Gəncədə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız öldü
Dollar 3 manat OLACAQ? - AÇIQLAMA
Dollar 3 manat OLACAQ? - AÇIQLAMA
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad ediməsi Günüdür!
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad ediməsi Günüdür!
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ
Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ
Nikahlarla bağlı YENİLİK
Nikahlarla bağlı YENİLİK