Azərbaycan İdeyası

Azərbaycanda yeni Mərkəz yaradıldı

Tarix:19-12-2024, 22:00
Baxış Sayı:126



Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi publik hüquqi şəxs yaradılıb.

Xəbər veririk ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycanda balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar bəzi fərman və sərəncamlarda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Mərkəz Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində balıqçılığın, o cümlədən akvakulturanın təşkili, idarə edilməsi, balıq və digər su bioresurslarının artırılması, istifadəsi, mühafizəsi və onlara nəzarət sahəsində fəaliyyət göstərən publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək.

Mərkəzin nizamnamə fondu 1 milyon manat təşkil edəcək və dövlət büdcəsinin vəsaiti hesabına formalaşacaq.

Nazirlər Kabineti Mərkəzin formalaşdırılması və fəaliyyəti ilə bağlı üç ay ərzində təkliflərini Azərbaycan Prezidentinə təqdim etməlidir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı