Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO-ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya
M Ü R A C İ Ə T
Hörmətli Mehriban xanım!
Bu məktubun Sizə ünvanlanması, ulu Öndər Heydər Əliyev siyası kursu və Azərbaycan Dövlətçiliyinə Milli Dəstək Mərkəzinin fəal üzvü, YAP-ın üzvü, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Azərbaycanlıları Konqresinin daimi üzvü, 1960-ildən bəri dövrü mətbuatda dərc olunan və indiyə qədər dərc olunmayan (çoxu da ulu öndərin rəhbərlik fəaliyyətinə aid) uzun illərin qanlı hadisələrə, əsas ana xətti Qarabağ, Xocalı, Qanlı Yanvara aid, 50.000-dən çox şer və tarixi poemaların, 1965-ci ildən bəri bütün muğamsevərlərin dillər əzbəri olan, bütün dünya səhnələrində səslənən, şairənin yazdığı - “Bağban məni yaralama” və Dünya şöhrətli oftalmoloq Zərifə xanım Əliyevaya həsr olan “xanım Zərifə, Zərifə” mahnısı (bəstəkar: Nəriman Məmmədov, ifaçı - Ülviyyə Rəhimova olub), Ulu öndər Heydər Əliyevin proekti olan “Bakı-Ceyhan neft kəməri” - sözləri: Şərafət Dağıstanlı; neft kəmərinin açılışında oxuyan ifaçı – Əbülfət Nəzərli xalq artisti adına layiq görüldü, amma, şairə qaldı qıraqda. Şairə uzun illər boyu ulu öndər Heydər Əliyevin adına yazdığı çoxlu şer və poemaları, hansı ki, qəzet və jurnallarda dərc olan əsərləri flaş karta yığıb,.....vəsait olmadığı üçün kitab dərc etdirə bilmir; mahnıları dillər əzbəri olan, nəğməkar şairə uzun illər boyu 70 ildən artıq media sahəsində dövlətə xidmət etsə də, bu gün çox acınacaqlı həyat keçirir!!! Çoxlu dövlət qurumlarına müraciət etsə də, ona dayaq çıxan olmayıb. Şairənin arzusu ulu öndər haqqında yazdığı şe`rlərin heç olmasa bir qismi də olsa oxuculara çatdırmaqdır. Şairənin əsas külliyyatı Yeni Yasamal rayonunda yaşayan tanışların evində saxlanır, gedib batır, oğurlanır, çünki, onun öz evi yoxdur!!! Üç ildir yıxılıb, onurğasından zədə alıb, yataq xəstəsidir. Şairə xanıma yeganə qız övladı baxır. Biz onu araşdırdıq, qızı ali savadlı olsa da, heç yerdə işləmir, qızının da demək olar ki, evi yoxdur. 6 yaşında oğlan uşağıyla qız da tık qalıb, ana-bala çox ağır şəraitdə yaşayırlar!!! Qızı Günay da Heydər Əliyev Mərkəzi ilə üzbə-üz-Həsənoğlu küçəsində tanışların evində çətin halda yaşayır. 2021-ci ildə Şuşada “Xarı bülbül” festivalında Mənsum İbrahimovun oxuduğu “Molla Pənah Vaqif günlərin”, Şuşa haqqında olan “Olmur” adlı məşhur təsnif də Şərafət Dağıstanlınındır. Aşıq Pənahın səhvən öz adına oxuduğu dillər əzbəri “Ana Kürüm” (Söz: Şərafət Dağıstanlı) Belə, 75-dən artıq mahnı sözlərinin müəllifi, nəğməkar şairəni hər tərəfdən haqsızlıq basıb. Azərbaycan incəsənətinin fədaisi, əsl Allah vergili, nəğməkar şairə Şərafət Dağıstanlı, on ildən artıqdır Azərbaycan Dövlətçiliyinə Milli Dəstək Birliyində özünə layiqli yer alıb. Bu illər ərzində milyondan artıq üzvü olan, birlik tərəfindən, xalqın təklifi ilə iki dəfə şairəni “Xalqın xilaskarı” kimi önəmli fəxri fərmanı ilə mükafatlanan şairə, həqiqətən də, həm çox şaxəli, həm də yaşa görə mütləq “Xalq Şairəsi” adına layiq görülməlidir - deyirlər. İmkan daxilində heç olmasa, bir otaqla təmin olsa, lap yaxşı olardı. Şairəyə ancaq, mərhəmət və haqq-ədalət bünövrəsi Mehriban xanım Əliyeva dayaq ola bilər. Şairənin aylıq pensiyası - 230 manat təşkil edir. Onun şe`rləri, mahnıları ilə Xalq artisti alanlar, ona heç bir hörmət etməyiblər, şairənin haqqını pozurlar, çoxusu mahnılarda adımı çəkməyirlər! Ona dərs deyən sevimli müəllimi Mircəlal Paşayev Şərafətə deyirmiş: - Halaldır, sənin hər bir şe`rin bir filosofiyadır! Mərhum akademik Budaq Budaqov deyirmiş: Sən dünyanın ən xoşbəxt şairəsisən, ona göreə ki, sənin mahnıların sağlığında xalq mahnıları kimi oxunur, fikir eləmə, ağlama, Şərafət - deyərdi. Dünya şöhrətli oftalmoloq Zərifə xanıma yazdığı “xanım Zərifə, Zərifə” adlı mahnını imkan daxilində Zərifə Əliyeva adına cəmiyyətə təqdim etməyi arzulayır. Onun dediyinə Şərafət xanım “Azərbaycan Qadını” jurnalında çalışdığı vaxtlarda Gülnarə və bacısı Zərifə xanım Əliyevayla çox yaxın olub. Dəfələrlə Zərifə xanım haqqında şe`rlər yazıb görüşürmüş. Hər dəfə də Zərifə xanım Şərafət xanımı hədiyyələrlə yola salırmış - deyir. Bəlkə də Şərafət Dağıstanlı qədər geniş yaradıcılığa malik qeyri bir şairə yer üzündə yoxdur: Hələ biz bildiyimizə görə şairənin çoxlu əsərləri mənimsəyərək öz adlarına kitablar dərc edən qadınları da biz tanıyırıq. Haqqı pozanlara ar olsa yaxşıdır! Xalqın, millətin,vətənin xilaskarı Mehriban xanım bu qocaman, ağ birçək ananı, şairəmizi ayağa qaldırmaq, sevindirmək üçün Sizə həvalə edirik. Çox istəyərdik ki, Sizin köməyinizlə Şərafət xanım ayağa qalxsın. Allah Sizi xalqımız üçün yüz il yaşatsın, Mehriban xanım!
Hörmətli Mehriban xanım!
Şairənin Sizin adınıza yazdığı, musiqisi Aybəniz Bəhramqızına aid, çox gözəl “Mehribandır, Mehriban” adlı gözəl bir mahnı var.
Hörmətlə,
Azərbaycan Dövlətçiliyinə Milli Dəstək Komitəsinin sədri, hüquqşünas, professor Nəbi Qafarov,
Komitə sədrinin müavini, admiral Elxan Məhərrəmov.
Şairənin müvəqqəti yaşadığı ünvan:Bakı şəh,Nərimanov ray,Həsənoğlu küç,5-ci blok,12-ci mərtəbə,mən.57.