Azərbaycan İdeyası

Magistral kəmərdə QƏZA: Bakı və Abşeronun su təminatı ilə bağlı SON VƏZİYYƏT açıqlandı

Tarix:17-06-2025, 10:20
Baxış Sayı:108

Magistral kəmərdə QƏZA: Bakı və Abşeronun su təminatı ilə bağlı SON VƏZİYYƏT açıqlandı

"Oğuz-Qəbələ-Bakı magistral kəməri vasitəsi ilə su təminatı həyata keçirilən ərazilərin alternativ mənbələr hesabına hazırda su ilə təminatı işləri həyata keçirilir".

Bu barədə sorğuya cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatından məlumat verilib.

00:12

Oğuz-Qəbələ-Bakı su kəmərinin 228-ci kilometrində yaranmış qəza səbəbindən Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərində su təchizatında müvəqqəti fasilə yaranacaq.

Əldə etdiyimiz məlumata görə, Nəsimi rayonunda Mir Cəlal, 20 Yanvar, Cavadxan, Cəbiyev, C.Səlimov, H.Seyidzadə, H.B.Əliyev, Ə.İsgəndərov, M.Kazımovski, R.Məmmədov, Moskva prospekti, S.Rəhman, Novruzov qardaşları (Rasim Səfərov), N.Yusifbəyli, Mərdanov qardaşları, M.Cəfərov, M.Sənani, M.Qasımov, M.Əlizadə, C.Məmmədquluzadə, N.Məlikov, 3-cü Alatava, Ə.Salamzadə, Ə.Hüseynov, S.Rüstəm, S.Vurğun, Y.V.Çəmənzəminli, Tbilisi və F.Qasımzadə küçələrində su təchizatında fasilələr yaranıb.

Səbail rayonunda isə Badamdar qəsəbəsində suyun verilməsində problem yaşanır.

Yasamal rayonunda Şərifzadə, Akim Abbasov, Əsəd Əhmədov, Zərdabi, Tbilisi prospekti, Xiyabani, Xıdır Mustafayev, Xaqan Dadaşov, Vasif Əliyev, Zaur Kərimov, Əhməd Cavad, Yeni Yasamal 1 və 2, Dadaş Bünyadzadə, İ.Qutqaşınlı, Mətbuat prospekti, Rahib Tağıyev və Kamal Rəhimov küçələrində su təchizatında fasilələr yaranıb.

Nərimanov rayonunda Atatürk prospekti və Akademik H.Əliyev küçəsində suyun verilməsində məhdudiyyətlər mövcuddur.

Binəqədi rayonunda Biləcəri qəsəbəsinin 6, 7, 8 və 9-cu mikrorayonları, Rəsulzadə qəsəbəsi, Yeni Massiv, 1 May və Xocahəsən küçələrində su təchizatında fasilələr qeydə alınıb.

Abşeron rayonunda, xüsusən Xırdalan şəhərində suyun verilməsi qrafiklə həyata keçirilir. Suyun verilmə vaxtları səhər 06:00-dan 10:00-a və axşam 18:00-dan 22:00-dəkdir, digər saatlarda isə suyun verilməsi dayandırılır. Bundan əlavə, Qobu qəsəbəsində də su təchizatında fasilələr var.

16 iyun, 11:36

"Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərinə su təchizatında müvəqqəti fasilə yaranacaq".

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı məlumat yayıb.

Bildirilib ki, işlər yekunlaşdıqdan sonra suyun 20 iyun tarixindən əvvəlki rejimlə verilməsi bərpa olunacaq.

OXŞAR XƏBƏRLƏR
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir