Azərbaycan İdeyası

"Respublikanski"ni diqqətlə yoxlayın; onda görəcəksiniz ki... - "MALIYYƏ MAXİNASİYALARI"

Tarix:Dünən, 11:30
Baxış Sayı:76

Hippokratın vaxtından bəri həkimin işi xəstəni yoxlamaqdır. Həkim müayinə edir, diaqnoz qoyur, sonra müalicəsini yazır. Yəni onun işi xəstəliyin səbəbini aşkarlayıb insanı sağaltmaqdır. Cəmiyyətdə də, idarəçilikdə də bu yanaşma mövcuddur: əvvəlcə problem aşkarlanır, sonra müalicəsinə başlanır. Amma bizdə fərq ondadır ki, əvvəla tibb sektoru korrupsiya və maxinasiya xəstəliyinə yoluxub. İkincisi isə öz işi xəstəni yoxlamaq olan bu sahədə rəhbər şəxslərin özlərini yoxlayırlar. Belə ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) xeyli vaxtdır maliyyə yoxlamaları aparır. O da məlum olub ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə daxil olan tibbi müəssisələri də yoxlanılır.

Artıq bir müddətdir Hesablama Palatası audit hesabatlarında İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin fəaliyyətinə dair nöqsanlar açıqlayıb.

Lakin çox maraqlıdır, bu yoxlamalardan bir tibb ocağı yayına bilib. Hələ ki...

Yəni Maliyyə Nazirliyinin yoxlamaları TƏBİB və İTS-lə yanaşı xəstəxanaları əhatə etsə də, Respublika Klinik Xəstəxanasına gəlib çatmayıb. Bu barədə verilən məlumatda deyilir ki, "Respublikanski" kimi tanınan xəstəxanada ciddi maliyyə yeyintilərinə dair şübhələr və dəlillər mövcuddur, sadəcə, təftiş olunmasına ehtiyac var. Bununla əlaqədar maliyyə naziri Sahil Babayevə müraciət edilərək, Respublika Klinik Xəstəxanasında maliyyə pozuntularının klinik və kritik həddə çatdığı, araşdırmaların zamanı gəldiyi vurğulanır. Xüsusən də xəstəxananın direktoru Əlviz Qasımovun rəhbərliyi altında mənimsəmələrə yol verildiyi qeyd olunur. Şühbəsiz Ə. Qasımovun bu çirkin işdə böyük şərikləri var. Hətta bu yoxlamaların nəticəsi olaraq daha sərt addımların atılması da mümkün ola bilər. Çünki söhbət büdcə vəsaitlərinin milyonlarla çırpışdırılmasından gedir. Ona görə də maliyyə nazirinə müraciətdə TƏBİB və İST-də, habelə xəstəxanalarda aparılan yoxlamaların "Respublikanski"yə şamil olunması vacibdir.

Bu barədə təqdim olunan faktlardan biri ondan ibarətdir ki, xəstəxananın direktoru Elviz Qasımovun şəxsi kabinetinə ayrılan vəsait şəffaf istifadə olunmayıb. Əgər maliyyə yoxlamaları həyata keçirilərsə, təkcə ayrılan pulun təyinatının başqa olsa da bir kabinetin təmirinə 148 min manat ayrıldığı, onun da mənimsənildiyi üzə çıxacaq. Əvvəla, 148 min manata Bakıda iki otaqlı mənzil almaq mümkündür. Necə olur ki, Əlviz Qasımovun kabinetinin təmiri külli miqdarda vəsait tələb edir? Ona görə də həmin pulun mənimsənilməsi təəccüb doğurmur. Sadəcə, müraciətdə nazir Babayevdən bu detalın araşdırılması istənilir. Bundan əlavə, "Respublikanski" xəstəxananın təmirinə 19 milyon manat ayrılıb. Əvvəla indiyə qədər demək olar ki heç bir ciddi bir iş görülməyib. Üstəlik, 19 milyon manatın qəpiyinə qədər şəffaf şəkildə istifadə olunacağı sual doğurur. Ümumiyyətlə, xəstəxanada ciddi bir təmir işləri aparılmayıb. Ona görə də maliyyə yoxlamaları zəruridir. Həmçinin maliyyə yoxlamasını zəruri edən nüans Əlviz Qasımovun Türkiyədən dostu olan Murat adlı şəxsi müavin gətirməsi və ona yüksək məbləğdə maaş kəsməsidir. İllərlə işlədikdən sonra bəlli olub ki, həmin şəxsin Azərbaycanda dövlət müəssələrində tibb sahəsində işləmək icazəsi olmayıb. Yoxlamaların qərarı ilə Elviz Qasımov onunla yolları ayırıb. Bəs bu qədər yüksək maaş və bonus ayırmaq, büdcəni talamaq necə olsun? Onlar üçün ayrılan böyük bonuslara görə bu yekəlikdə maliyyə pozuntularının cavabını kim verəcək. Bu faktın da araşdırılması vacibdir.

Hər halda maliyyə yoxlamaları həyata keçirənlər peşəkar və təcrübəli olduqları üçün xəstəxanada daha hansı nöqsanlara yol verildiyini aşkara çıxara biləcəklər. Təkcə bu faktların özü deməyə əsas verir ki, xəstəxanada ciddi maliyyə pozuntularına yol verilib və həmin yoxlamalar bura da gəlib çıxmalıdır...

Araşdırma zamanı Sahil Babayev dürüst olacaq , çünki prezident qarşısında məsuliyyəti var.





















































OXŞAR XƏBƏRLƏR
"Respublikanski"ni diqqətlə yoxlayın; onda görəcəksiniz ki... - "MALIYYƏ MAXİNASİYALARI"
"Respublikanski"ni diqqətlə yoxlayın; onda görəcəksiniz ki... - "MALIYYƏ MAXİNASİYALARI"
Çempionlar Liqası: "Qarabağ"dan TARİXİ QƏLƏBƏ - YENİLƏNİB
Çempionlar Liqası: "Qarabağ"dan TARİXİ QƏLƏBƏ - YENİLƏNİB
Payızdan qabaq mövsümü xəstəlikləri gəldi
Payızdan qabaq mövsümü xəstəlikləri gəldi
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Şirvanda yoxlamalar APARIR
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Şirvanda yoxlamalar APARIR
Müqəddəs adların verildiyi kafe-restoranlar: Qanunvericiliyə müəyyən dəyişiklik edilə bilər
Müqəddəs adların verildiyi kafe-restoranlar: Qanunvericiliyə müəyyən dəyişiklik edilə bilər
Köç karvanı Badaraya çatdı - YENİLƏNİB
Köç karvanı Badaraya çatdı - YENİLƏNİB
Metroda inqilabi dəyişiklik – 1 stansiya gedən sərnişin görün nə qədər ödəyəcək
Metroda inqilabi dəyişiklik – 1 stansiya gedən sərnişin görün nə qədər ödəyəcək
Saatlı rayonunda 2024-cü ildə informasiya və rabitə haqqında
Saatlı rayonunda 2024-cü ildə informasiya və rabitə haqqında