Azərbaycan İdeyası

Tramp-Zelenski görüşü başa çatdı - YENİLƏNİB

Tarix:29-12-2025, 09:52
Baxış Sayı:7



ABŞ Prezidenti Donald Trampın ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqları başa çatıb.

Xəbər verir ki, bu barədə İtaliyanın "Corriere della Sera" qəzeti məlumat yayıb.

***

23:15

ABŞ Prezidenti Donald Tramp Floridada yerləşən Mar-a-Laqo iqamətgahında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşərək Ukrayna münaqişəsinin həlli perspektivlərini və Vaşinqtonun növbəti addımlarını müzakirə edib.

Xəbər veririk ki, Tramp görüş zamanı mümkün sülh sazişi, Avropanın təhlükəsizliyin təminatında rolu və Rusiyaya kontakların davam etdirilməsi niyyətini açıqlayıb.

ABŞ Prezidenti bildirib ki, həm Rusiya Prezidenti Vladimir Putin, həm də Zelenski Ukraynada sülh istəyir. O qeyd edib ki, Avropa ölkələri münaqişə həllindən sonra Ukraynanın qorunmasına aktiv şəkildə cəlb olunacaq və təhlükəsizlik sazişi imzalanacaq. Tramp həmçinin münaqişənin iqtisadi faydalarını vurğulayıb, Ukraynanın həyata keçirdiyi hücumları nəzərə alaraq Moskvanın da sülh istədiyini bildirib. Prezident əlavə edib ki, sülh prosesi yekunlaşmaq üzrədir və mövcud çərçivə hər kəs üçün faydalıdır.

Tramp görüşün sonunda Putinə zəng etməyi planlaşdırdığını və dialoqu davam etdirəcəyini bildirib.

***

22:43

ABŞ Prezidenti Donald Trampın Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında onunla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş başlayıb.

Xəbər veririk ki, Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq məqsədilə təklif edilən 20 maddəlik sülh planı liderlərin əsas müzakirə mövzusu olacaq.

Qeyd edək ki, görüşdən əvvəl Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.

Bu, Volodimir Zelenskinin Donald Trampla görüşmək üçün ABŞ-yə beşinci səfəridir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı