Azərbaycan İdeyası

Azərbaycanda qanunsuz ov edən ərəblər tutuldular

Tarix:10-01-2017, 14:53
Baxış Sayı:349

  Azərbaycanda qanunsuz ov edən ərəblər tutuldular

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə respublika ərazisində mütəmadi olaraq reydlər keçirilir.
Korrupsiya və Qanun saytı bu barədə nazirliyin saytına istinadla məlumat verir.
2016-cı il ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 213 yerli vətəndaş saxlanılaraq onlardan 193 ov tüfəngi, 632 patron götürülüb.
Eyni zamanda Beyləqan, İmişli, Hacıqabul, Biləsuvar, Xızı, Xaçmaz və Quba inzibati rayonlarının ərazisində və "Ağgöl" Milli Parkında qadağan olunmuş alətlərlə (tələ, cələ, ilgək) qanunsuz ov edən Birləşmiş Ərəb Əmirliklərinin, Türkiyə, Pakistan, İraq və Suriya Respublikalarının 16 vətəndaşı saxlanılıb.
İnzibati xəta törətmiş yerli və əcnəbi qanun pozucuları barəsində protokollar tərtib edilib, ümumilikdə 200 nəfər inzibati qaydada 193317 manat məbləğində cərimə olunub. Xarici vətəndaşların ov aləti kimi istifadə etdikləri quşlar götürülərək təbiətə buraxılıb və 29 fakt üzrə qanun pozucularının şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.
Qanunsuz ov edən xarici vətəndaşların ölkə ərazisindən çıxarılması (deportasiya) və gələcəkdə Azərbaycan Respublikasına buraxılmaması üçün Dövlət Miqrasiya Xidmətinə məktub göndərilib.
Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı