Azərbaycan İdeyası

Elman Rüstəmovun Çovdarovla yerli olan müavini necə ilişib? - Təfsilat

Tarix:11-01-2017, 11:03
Baxış Sayı:322

  Elman Rüstəmovun Çovdarovla yerli olan müavini necə ilişib? - Təfsilat



Korupsiya və Qanun saytı Politika.Az- a istinadanxəbər verir ki, Elman Rüstəmovun Çovdarovla yerli olan müavini necə ilişib?Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun müavini Aftandil Babayev “MTN işi” üzrə istintaqda dindirilib
Korrupsiya və Qanun saytı Politika.Az istinadən xəbər verir ki, Aftandil Babayevin 012-493-11-96 şəhərdaxili telefon nömrəsi 2015-ci il sentyabrın 22-dən dinlənilib.
Onun dinlənilməsini sabiq nazir Eldar Mahmudovun şifahi tapşırığı ilə general Sübahir Qurbanovun müavini Fizuli Əliyev sifariş verib.
Dinlənilməyə əsas kimi Azad Səlimli və Əflatun Hacıyev ad-soyadlı şəxsin gümüş məmulatlarının Türkiyədən ölkə ərazisinə qaçaq yolla gətirilməsi ilə məşğul olmaları göstərilib.
Generalların işi üzrə zərərçəkmiş kimi tanınan Aftandil Babayev istintaqda dindirilib. Görünür ki, həmin şəxslər bankirin adamları olub və bu biznesdə iştirakı varmış.
Özü isə bildirib ki, Mərkəzi Bankının idarə heyətinin sədr müavini vəzifəsində işləyir və istifadəsində 493-11-96 nömrəli xidməti telefon var: “Mən xidməti işlə əlaqədar həmin telefondan istifadə edib danışıqlar aparıram.
Heç vaxt hüquq-mühafizə orqanlarına, o cümlədən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə dəvət olunmamışam, ora aparılmamışam. Mənə qarşı həmin nazirliyin əməkdaşları tərəfindən hər-hansı qanunsuz tələblər irəli sürülməyib”.
A.Babayevin dinlənilməsinə başlanılandan 3 həftə sonra Eldar Mahmudov vəzifəsindən çıxarılıb və onun generallarının cinayətlərinin ifşasına başlanılıb
Korrupsiya və Qanun saytı Politika.Az a istinadən xəbər verir ki, adıçəkilən şəxslər barədə arxivdə rəsmi məlumat var. 2014-cü ildə yayılmış rəsmi xəbərdə deyilir:
Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində, külli miqdarda dəyəri olan 48 kiloqram gümüş məmulatlarını qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirmiş şəxslər cinayət başında yaxalanıb.
Belə ki, Azərbaycan Respublikasının vətəndaşları Səlimli Azad Babahəsən oğlu, Hacıyev Əflatun Alimbaş oğlu və Hümbətəliyev Qadir Şahin oğlu cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda gümüş məmulatlarının Türkiyənin İstanbul şəhərində alınmasını və qaçaq yolla, yəni gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib Azərbaycana gətirilməsini təşkil ediblər.
Korrupsia və Qanun saytı mətbuatda yazılan iddialara istinadla xəbər verir ki, Aftandil Babayevin MTN-lə sıx əlaqələri olub.
Belə ki, Aftandil Babayevin xahişini lazımi şəxslərdən də Elman Rüstəmov xahiş edibmiş. O, Dövlət Statistika Komitəsinin sədri olmaq arzusunda imiş.
Sonra məsələyə Aftandil Babayevin həmyerlisi və dostu olan MTN generalı Akif Çovdarov qoşulub.
Onun da çabalarına baxmayaraq, sonda ölkə başçısı Nizami RİH-nin başçısı Tahir Budaqovu Dövlət Statistika Komitəsinə sədri təyin edib.
Qeyd edək ki, Aftandil Babayev ölkənin bank sisteminin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Tahir Budaqov isə xeyli müddət ARDNŞ-ın rəhbərliyində olan şəxslərdən birinin “kurasiya”sında olub. Məclislərin birində Tahir Budaqov “kurator”unu savadsız adlandırdığı üçün yolları ayrılıb.

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama