Azərbaycan İdeyası

Azərbaycanda 2016-cı ilin korrupsiya statistikası

Tarix:12-01-2017, 14:03
Baxış Sayı:359


 Azərbaycanda 2016-cı ilin korrupsiya statistikası




2016- cı ildə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 313 şəxs barəsində 201 cinayət işinin istintaqı yekunlaşıb və baxılması üçün müxtəlif məhkəmələrə göndərilib.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, ötən il idarəyə vətəndaşlar tərəfindən 9 360 ərizə və müraciət daxil olub: “Bu, öz növbəsində 2015 ci illə müqayisədə azdır - 10 654 . “Qaynar-xətt”ə müraciət edənlərin sayı 2015-ci ildə 7 266 olduğu halda, 2016-cı ildə bu rəqəm 5 492 olub. Gün ərzində növbətçi prokurorlar tərəfindən təxminən 15-20 məlumat alınır. “ASAN Xidmət” fəaliyyətə başladıqdan sonra “Qaynar-xətt”ə müraciət edənlərin sayında ciddi azalma müşahidə olunub. Yəni vətəndaşlar problemlərlə rastalaşmırlar”.
Kamran Əliyev bildirib ki, 2016-ci ildə daxil olan müraciətlər əsasında idarədə 23 cinayət işi açılıb: “Bəzilərinə hökm oxunsa da, digərlərinin məhkəməsi davam edir. Daxil olan məlumatlar əsasında 6 əməliyyat tədbiri həyata keçirilib”.
İdarə rəisi əlavə edib ki, istehlak bazarında baş verə biləcək süni qiymət artımı, inhisarçılıq və sui-istifadə hallarına qarşı Baş İdarə tərəfindən zəruri qabaqlayıcı və inzibati, o cümlədən cinayət təqibi tədbirləri ardıcıl olaraq davam etdirilib. Belə ki, 2016- cı ildə 13 şəxs barəsində 12 cinayət işi açılaraq məhkəmələrə göndərilib.
Hansı sektorda daha çox korrpusiya faktının mövcud olmasına gəlincə, idarə rəisi deyib: “Bu kimi hallara həm dövlət, həm də özəl sektorun fəaliyyətində rast gəlinir. Yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri, tikinti sektoru, bankların vəzifəli şəxsləri, təhsil, səhiyyə və digər sahələrlə bağlı bü cür hallara rast gəlmək olur”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı