Azərbaycan İdeyası

Ana ölümlərinə görə bir neçə həkim işdən çıxarılıb

Tarix:3-02-2017, 16:04
Baxış Sayı:310

  Ana ölümlərinə görə bir neçə həkim işdən çıxarılıb

Bu ilin yanvar ayında baş vermiş ana ölümləri ilə əlaqədar bir neçə həkim cəzalandırılıb.
Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyasının sədri Sevinc Məmmədova AzVision.az-a bildirib ki, yanvar ayında baş verən 6 ana ölümü hadisəsindən 4-ü araşdırılıb.
Onun sözlərinə görə, Gəncədə Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında dünyasını dəyişən Goranboy sakini Elşanə Əhmədova və Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Doğum Evində ölən Ağcabədi rayon Rəncbərlər kənd sakini, 32 yaşlı Təzəgül Qaraşovanın sənədləri onlara daxil olmadığı üçün təhlil edilməyib.
“Yanvarın 4-də Goranboy rayon sakini 29 yaşlı Gülşən Aslanova 8 həftəlik inkişafdan qalmış hamiləlik, uşaqlıq yolundan qanaxma dianqozu ilə Gəncə Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına müraciət edib. Xanıma narkoz verilib, abort icra olunub. Bu zaman qəflətən xanımın vəziyyəti pisləşib. Dərhal reanimasiyaya köçürülüb, lazımi yardım edilib. Bütün səylərə baxmayaraq, qadın dünyasını dəyişib. Bu istiqamətdə prokurorluq orqanları təhlil aparır, dəqiq fikir deyə bilmirik, Məhkəmə-Tibbi Ekspertizanın cavabını gözləyirik.
Onunla eyni gündə ölən ana Tovuz rayon sakini Səkinə Əsgərovanın təkrar hamiləliyi olub. O, qadın məsləhətxanasında qeydiyyatda olmayıb. Birinci hamiləliyi qeysəriyyə kəsiyi olduğu üçün uşaqlığında çat olub. 33-34 həftəlik hamiləlik müddətində Tovuz rayon Mərkəzi Xəstəxanasına müraciət edib, əsas şikayəti ağrılar və yüksək təzyiq olub. Ona 12 saat ərzində reanimasiyada yardım göstərilib və Gəncə Perinatal Mərkəzinə köçürülüb. Bura daxil olanda vəziyyəti kəskin sürətdə pisləşdiyindən müvafiq hazırlıqdan sonra əməliyyata götrürülüb. Əməliyyatdan bir neçə saat sonra ana ölüb. Meyit təşrih olunub, kəskin böyrək çatışmazlığı, beyin ödemi, qanda laxtalanmasının poxulması sindiromu diaqnozu qoyulub. Bu istiqamətdə təhlillər aparılıb və Tovuz və Gəncə xəstəxanalarında bir neçə həkim cəzalandırılıb, işdən azad olunub”.
S.Məmmədova daha sonra deyib: “Biləsuvar rayonu Zəhmətabad kənddində məskunlaşan Cəbrayıl köçkünü Fehruzova Amidə dekabrın 8-də İmişli Rayon Mərkəzi Xəstəxanasında doğuşa alınıb. O, sağ-salamat uşağını götürüb evə gedib. 10 yanvar tarixində zahılıq dövrünün 34-cü günündə kəskin böyrək çatışmazlığı ilə xəstəxanaya müraciət edib. Xəstənin vəziyyəti kritik olduğu üçün göndərişlə Respublika Klinik Xəstəxanasına köçürülüb. Müalicə tədbirlərinə baxmayaraq, xəstə kəskin böyrək çatışmazlığı, ağciyər tənəffüs pozulmasından kamatoz vəziyyətdə dünyasını dəyişib. Yaxınlarının bildirdiyinə görə, qızın ailəsində, əmisində böyrək çatışmamazlığı var və nəsillikcə böyrək problemləri olub. Sənədləri Məhkəmə-Tibbi Ekspertizadadır, araşdırma aparılır.
Xəzər rayonunda Qala qəsəbə sakini 37 yaşlı Şabanova Günay təkrar hamiləliyi olub. O, yanvarın 14-də səhər saatlarında 39 həftəlik hamiləlik, ölü döl, 4-cü dərəcəli şok vəziyyətdə qohumları tərəfindən səhər saatlarında 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına gətirilib. Vəziyyəti ağır qiymətləndirib, təxirəsalınmaz əməliyyat salınıb. Amma əməliyyat zamanı xəstənin ürək fəaliyyəti dayandığından bioloji ölüm təsdiq edilib”.

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq