Azərbaycan İdeyası

Orta məktəbdə rüşvət qalmaqalı

Tarix:1-03-2017, 12:02
Baxış Sayı:787

 Orta məktəbdə rüşvət qalmaqalı
Sumqayıt şəhər 21 saylı orta məktəbin direktoru Vladim İbrahimov valideynlərdən rüşvət toplamaqda ittiham olunur.
Korrupsiya və Qanun saytı Xəzər TV-yə istinadən xəbər verir ki, valideynlərdən biri summativ qiymətləndirməyə görə pul yığmaq üçün tərtib olunan vərəqin şəklini çəkərək sosial şəbəkədə paylaşıb.
Sənəd əsasən, məktəbin direktoru keçirilən kiçik summativ qiymətləndirmə, böyük summativ qiymətləndirmə, formativ qiymətləndirmə və. s. üçün testlərin çıxarılmasına lazım olan bütün xərcləri könüllü olaraq valideynlərin öz öhdəsinə götürdüyünü təsdiqləyən akt hazırlayıb və valideyn komitəsinin bütün üzvlərinə imzalatdırıb. Valideyn aktın şəklinin çəkib sosial şəbəkədə paylaşandan sonra sözügedən təhsil ocaqında rüşvət iddiaları ortaya çıxıb.
21 saylı orta məktəbin valideynləri də onlardan pul yığıldığını təsdiqləyirlər. Lakin onlar hər summativə görə, 1 manatı öz xoşları ilə verdiklərini deyirlər.
Məsələ ilə bağlı məktəb direktoru Vladim İbrahimov şifahi bildirib ki, haqqında yayılan məlumatların heç biri həqiqətəuyğun deyil.
Sumqayıt Şəhər Təhsil Şöbəsindən isə bildirildi ki, summativ xərclər məktəb tərəfindən qarşılanmalıdır.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı