Azərbaycan İdeyası

Azərbaycanda Hitlerin dostunun silahını ələ keçirən şəxsə hökm oxunub

Tarix:29-03-2017, 17:44
Baxış Sayı:286

 Azərbaycanda Hitlerin dostunun silahını ələ keçirən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq soyuq silah satmaqda və dələduzluqda təqsirləndirilən Vəli Cəlalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Korrupsiya APA-ya istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, V.Cəlalov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, V.Cəlalov özgənin əmlakını qanunsuz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Cavid Bağırova məxsus, dəyəri 50 min manat təşkil edən, Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Ekspert Komissiyasının rəyinə əsasən, 1936-cı ildə Almaniyada istehsal olunmuş, Adolf Hitlerin dostu, arxitektor və Almaniyanın silahlanma və hərbi naziri olmuş Albert Şpeyerin adına hazırlanan qoşalüləli, qızıl və gümüşlə bəzədilmiş bir ədəd ov tüfəngini satacağını deyərək silahı ondan alıb və qaytarmayıb. Zərərçəkmiş isə buna görə polisə şikayət edib.
Bundan başqa, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Vəli Cəlalovdan tarixi əhəmiyyət kəsb edən, satış məqsədilə əldə etdiyi XVII və XVIII əsrə aid, Osmanlı imperiyasında istifadə olunan, qızıl və gümüşlə işlənmiş qılınc götürülüb.
V.Cəlalova qarşı Cinayət Məcəlləsinin 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) və 178.3.2. (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı