Azərbaycan İdeyası

Mikayıl Cabbarov KİV-in müraciətlərinə ən sayğısız yanaşan nazirdir

Tarix:30-03-2017, 13:06
Baxış Sayı:1 179


Məlum edirik ki, Təhsil Nazirliyinə ünvanladığımız 30.05.2013-cü il tarixli 033 saylı məktub istisna olmaqla, qalan 21 avqust 2013-cü il tarixli 064 saylı, 07 fevral 2014-cü il tarixli 0117 saylı, 04 aprel 2014-cü il tarixli 0126 saylı, 05 may 2014-cü il tarixli 0135 saylı, 14 may 2014-cü il tarixli 0122 saylı, 20 may 2014-cü il tarixli 0143 saylı, 23 sentyabr 2014-cü il tarixli 0255 saylı, 03 fevral 2015-ci il tarixli 0321 saylı, 17 mart 2015-ci il tarixli 0329 saylı, 11 iyun 2015-ci il tarixli 0339 və 0341 saylı məktublarımızın heç birinə adresat tərəfindən cavab verilməmişdir. Təxminimizə görə bu sıradakı birinci məktubumuzun cavablandırılması da həmin məktubun preambulasında cənab M. Cabbarovu nazir seçilməyi münasibətilə təbrik etməyimiz səbəbindən olmuşdur. Həmçinin nazirin yüksək diqqətinə çatdırmışdıq ki, bəzi məktəb direktorları və müəllimlər müsahibə verməkdən imtina edir, müxbirlərimizə araşdırma aparmağa icazə vermir, səbəbini isə bununla əlaqələndirirlər ki, guya TN konkret KİV-ə (bizim misalda "Korrupsiya və Qanun" qəzetinə) məxsusi bundan ötrü icazə verməlidir. Xahiş etmişdik ki, nazir bu məsələyə münasibət bildirsin, ümumiyyətlə, nazirliyin ictimaiyyətlə, o cümlədən KİV-lə əlaqələr siyasətinə aydınlıq gətirsin.
Cavabın özü isə bizimçün qaneedici olmamışdır: "Təhsil Nazirliyinə ünvanladığınız ...məktubunuza baxılmış və qeyd etdiyiniz faktlar təsdiqini tapmamışdır..." Bu, nə deməkdir? Belə çıxır ki, nazirliyin cavab məktubuna imza atmış aparat rəhbəri Ceyhun Bayramlının fikrincə, biz istənilən vaxt araşdırma aparmaq üçün istənilən məktəbdə olub direktor və ya müəllimlərlə həmsöhbət ola bilərik, amma bunu etmirik və yalan danışırıq.
Nazirlik rəsmisi cavab məktubunda bizə təhsil sahəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan istənilən məlumatı əldə etmək üçün nazirliyin elektron poçt ünvanını xatırlatmışdı. KİV ilə bağlı qanunvericilikdə nəzərdə tutulan məlumatlardan bixəbər olan nazirlik rəsmisi yaxşı bilir ki, nazirliyin tabeliyindəki təhsil müəssisələrinin hər hansı birində baş verən hadisə barədə xəbər tutmaq, hətta bu xəbəri paylaşmaqda nazirliyin özünü də qabaqlamaq KİV-in işinin mahiyyətidir.
Həmin cavabın sonunda bildirilirdi ki, sorğular bayram və istirahət günləri istisna olmaqla 48 saat müddətində cavablandırılacaq. Amma tarixini qeyd etdiyimiz xəbərnaməli sorğu məktublarımız 480 gündür cavabını gözləyir.
Bütün bunlar göstərir ki, TN KİV-in müraciətlərinə sayğısız yanaşır, fəaliyyətində şəffaflığın təmin olunmasında əsla maraqlı deyildir. Əgər dövlətdən maliyyələşən nazirliyin KİV-ə cavab yazmaq üçün məktuba xərcləməyə pulu yoxdusa, nazirliyin dövlət tərəfindən vəzifələndirilmiş və daşıdıqları vəzifəyə görə dövlətdən maaş alan məmurlarının sorğuya cavab yazmağa meylləri yoxdusa, iqtisadi çətinliklər məngənəsində çırpınan müstəqil KİV-in də sorğu göndərməyə maddi imkanı olmaya bilər. O üzdən cavab vermədiyi sorğularımızda açıq qalan məsələlərə verdiyimiz şərhlərdə gedən hər hansı yanlışlıqlara görə məsuliyyət məhz M. Cabbarovun üzərinə düşür.


Korrupsiya və Qanun

OXŞAR XƏBƏRLƏR
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."