Azərbaycan İdeyası

Qız zorlayan kişinin ümidi puç oldu

Tarix:7-07-2016, 23:12
Baxış Sayı:688

Qız zorlayan kişinin ümidi puç oldu
Bakı Apellyasiya Məhkəməsində zorlamada təqsirli bilinən Elnur Əzizovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən, E. Əzizovun şikayəti təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, E. Əzizov keçən il Bakıda Y.M (ad şərtidir) adlı qadını zorlamaqda təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 149 (zorlama), 150(seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Əzizov sanksiyadan aşağı olan 7 il müddətə azadlıqdan məhrum edilib. Zərərçəkmiş şəxs bununla razılaşmayaraq şikayət verib. E. Əzizov isə barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı