Azərbaycan İdeyası

Bakıda “protiv” gedən sürücülər – VİDEO

Tarix:7-04-2017, 19:33
Baxış Sayı:474

 Bakıda “protiv” gedən sürücülər – VİDEO

Bakıda bir neçə sürücü kobud qayda pozan zaman kameralara düşüb.
Korrupsiya və Qanun saytı avtosfer-a istinadən xəbər verir ki, sürücülərdən biri qoşa xətti tapdalayaraq yolun əks tərəfində avtomobilini dayandırır.
“Hyundai” markalı, 90XS 288 nömrəli avtomobilin sürücüsü isə Koroğlu Rəhimov küçəsində əks istiqamətə çıxaraq hərəkət edir və qarşısına avtomobil çıxan zaman sanki yuxudan ayılmış kimi qəfildən öz zolağına qayıdır.
Digər hadisə Bakının Xətai prospektində baş verib. 10 TK 261 qeydiyyat nişanlı “Land Rover” markalı avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxaraq hərəkət edir və sonra öz zolağına qayıdır.
Bir neçə saniyə dayandıqdan sonra dözə bilməyən sürücü yenidən əks istiqamətə çıxaraq işıqforun qırmızı işığında hərəkət edir.
Daha bir hadisə Fətəli xan Xoyski küçəsində lentə alınıb. Belə ki, 90-VP-500 qeydiyyat nişanlı “Nissan Patrol” və 90-SX-560 qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sürücüləri də əks istiqamətə çıxaraq qarşıdan gələn avtomobilə qəza şəraiti yaradıblar.

Həmin görüntüləri təqdim edirik:







OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı