Azərbaycan İdeyası

Paytaxtda eyni mənzil bir neçə şəxsə satılıb

Tarix:18-05-2017, 17:16
Baxış Sayı:309

  Paytaxtda eyni mənzil bir neçə şəxsə satılıb

  Paytaxtda eyni mənzil bir neçə şəxsə satılıb
İki il əvvəl yeni binadan 33 min manata ev alan şəxs hələ də qapısını açıb içinə girə bilmir.
Korrupsiya və Qanun saytı “xəzərxəbər”ə istinadən xəbər verir ki, buna səbəb tikinti şirkətinin rəhbərliyi tərəfindən mənzilin bir neçə şəxsə satılmasıdır.
Hadisə paytaxt sakini, 25 yaşlı Nuray Nuriyevanın başına gəlib. Zərərçəkmiş deyir ki, iki il əvvəl metronun “Əcəmi'” stansiyası yaxınlığındakı mənzilini sataraq Yasamal rayonu ərazisində “Yeni Yasamal” MTK-nın inşa etdiyi binadan anası Rima Nuriyevanın adına ev alıb.
Nuray Nuriyeva bir müddətdən sonra müəyyən edib ki, şirkət tərəfindən aldadılan tək o deyil. Xanım deyir ki, həmin binada 200-ə qədər adam bu şəkildə aldadılıb. “Yeni Yasamal” MTK-dan pulunu ala bilməyən Nuray Nuriyeva məsələ ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib.
Şirkətin səlahiyyətli şəxsi ona bildirib ki, ona 40 min manat pul veriləcək. Nuray Nuriyeva deyir ki, həmin şəxs onu Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə aparıb ki, şikayət ərizəsini geri götürsün. Xanım ərizəsini geri götürsə də, ev üçün ödənilmiş məbləğ hələ də geri qaytarılmır.
“Yeni Yasamal” MTK-nın hüquqşünası Habil Fətəliyev məsələ ilə bağlı bildirir ki, Nuray Nuriyeva Korrupsiyaya Qarşı Mübarizə İdarəsində “Yeni Yasamal” MTK-ya qarşı heç bir iddia və tələbinin olmadığını bildirib.
İndi zərərçəkmiş Nuray Nuriyevanın MTK-dan tək istəyi, ya mənzilini, ya da pulunu geri almaqdı. Belə faktlarla bağlı paytaxtda dəfələrlə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi araşdırmalar aparıb və tikinti şirkətləri barəsində cinayət işləri başlayıb.
Hətta həbs olunan şirkət rəhbərləri də olub. Amma yaşanan problem onu göstərir ki, hələ də belə şirkətlər mövcuddur.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı