Azərbaycan İdeyası

“Yeni Yasamal” MTK sakinlərin başına oyun açır - FOTOLAR

Tarix:30-06-2016, 19:21
Baxış Sayı:658

“Yeni Yasamal” MTK sakinlərin başına oyun açır - FOTOLAR
“Yeni Yasamal” MTK-nın Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabanı küçəsi 5 ünvanında ucaltdığı 16 mərtəbəli yaşayış binasının sakinlərinin problemləri illərdir ki, bitmir.

Daha doğrusu, bu MTK illərdir ki, sakinlərə mənzillərini təhvil verə bilmir. Mənzilini alan 15 ailə isə kommunal problemlər, şəraitsizlik içərisindədir.

Musavat.com-un əməkdaşı qeyd edilən ünvanda olub və etiraz edən sakinlərin fikirlərini öyrənib. MTK-ya mənzilin pulunu ödəyib, lakin təhvil ala bilməyən şəxslər hara müraciət etsələr də, problemlərinin həll edilmədiyini söyləyiblər.
“Yeni Yasamal” MTK sakinlərin başına oyun açır - FOTOLAR
Musavat.com-a danışan binanın sakini Afiq Əliyev isə bildirib ki, 5 ildir ki, “Yeni Yasamal” MTK-dan ev alsa da, hələ də problemlər içərisindədir:

“Bununla bağlı hətta Prezident Aparatına da gedib şikayət etmişik. Orada qəbul şöbəsində şəxsən mənim özümə bildirdilər ki, siz bilirsiniz ki, binada problem var, niyə mənzil alırsınız? Mən də sual verirəm ki, əgər bu MTK dələduzluqla məşğuldursa, nə üçün tədbir görmürlər. Binanın sahibi Cahangir Alışov adlı şəxsdir. Dəfələrlə müvafiq qurumlara, xarici mətbuata şikayət etmişik. Ancaq heç bir xeyri yoxdur. 5 il öncə buradan mənzil almağımla bağlı əlimdə sənədli sübutum var. Hətta bunların 4 il öncə qoymalı olduqları qapını da, bu il öz cibimdən alıb qoymuşam. İndi deyirlər ki, sən bizə pul ödəməmisən. Deyirəm, bəs nə üçün maliyyə arayışını vermisiz? Yəni bu cür iftiralar atıb, dələduzluq etməklə məşğuldurlar. Biz sakinlər bu binada 17 təkrar satış ortaya çıxarmışıq. Bunu prokurorluğa təqdim etmişik. Yenə də tədbir görülmür. Bir Cahangir Alışova görə bu qədər adamın hüququ tapdalanır, əziyyət çəkirlər. MTK-nın rəsmi şəxslərindən də heç kimi tapa bilmirik. Bu işlə bağlı məhkəməyə müraciət etmişəm. Ancaq qarşı tərəf olaraq, MTK-nın rəsmi nümayəndələri məhkəməyə gəlmirlər. Bu adamın həbs edilməsini, hüquqlarımızın bərpa olunmasını istəyirik”.
“Yeni Yasamal” MTK sakinlərin başına oyun açır - FOTOLAR
Binanın digər sakini Dilavər Məmmədov bildirdi ki, mart ayından mənzilinə köçsə də, buraya heç bir kommunal xətt çəkilməyib: “Öz cibimizin pulu ilə işıq çəkdirmişik. Burada suyun kubunu bizə 2 manata satırlar. İki həftədən çoxdur ki, ümumiyyətlə binanın işıqları yanmır. Heç bir rəsmi şəxsi də tapa bilmirik ki, sözümüzü deyək. Yiyəsiz bir binadır. Son ümidimiz ancaq mətbuatadır. Hazırda burada 15 ailə yaşayır. Yaşayış olan mənzillərdə də bütün təmir işlərini sakinlərin özləri aparıblar”.

Sakin Zaur İmanovun da şikayətləri qonşularıilə demək olar ki, eynidir: “Bir ay olar ki, buraya köçmüşəm. Demək olar ki, binada şərait yox səviyyəsindədir. MTK rəhbərliyi isə bura gəlmir. Bir ildən artıqdır ki, bu bina ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq gedir. Ancaq orada istintaq getdiyi halda, binada cinayət əməlləri davam edir. Binada elə mənzil var ki, 3 adama satılıb”.
“Yeni Yasamal” MTK sakinlərin başına oyun açır - FOTOLAR
Binanın sakini Azər Səfərov musavat.com-a bildirib ki, 2012-ci ildə binadan ev alıb və bunun üçün MTK-nın rəhbəri Cahangir Alışova 44 min 370 manat ödəyib:

“Pulu verdik, onun yanında Samir adlı şəxs vardı, o da sənədləri yazırdı. Samir sənədə “mansardan 3 otaqlı ev” yazdı. Lakin daha sonra biz sənədə “mansardan” sözü yazıldığını bilib, MTK-ya təzədən müraciət etdik. Dedilər ki, səhv düşüb. Sənədi əlimizdən alıb cırdılar. Yazdılar ki, sonuncu mərtəbə 239a nömrəli mənzili aldınız. Həmin zaman dedik ki, bunu 16-cı mərtəbə yazın. Cavab verdilər ki, yox, bizdə 16-cı mərtəbəyə sonuncu mərtəbə yazılır. Bu ilin mart ayında mənzilə qapı qoydum. Aprel ayında da pəncərələri aldım, ancaq yuxarı qaldırmağa qoymadılar. Bildirdilər ki, bura sizin eviniz deyil. Sizin eviniz mansardadır. Bax, bizim başımıza bu cür oyun açırlar”.

Şakinləri dinlədikdən sonra binaya da daxil olduq. Müşahidə etdik ki, binada demək olar, heç bir mənzil təmir edilməyib. Kommunal xətlər çəkilməyib, lift işləmir və ərazidə xeyli tikinti materialları qalaqlanıb.

Söylənilən şikayətlərə münasibət almaq üçün “Yeni Yasamal” MTK-nın rəsmi nümayəndəsi ilə də görüşmək istədik. Lakin ərazidə olan sakinlərin Cahangir Alışovun qardaşı oğlu kimi təqdim etdikləri şəxs bizə rəsmi nümayəndənin gələcəyini söyləsə də, bizim orada olduğumuz müddətdə heç kim gəlmədi.
“Yeni Yasamal” MTK sakinlərin başına oyun açır - FOTOLAR
Onu da qeyd edək ki, “Yeni Yasamal” MTK-nın tikdiyi binanın sakinləri 2015-ci ilin noyabr ayında da redaksiyamıza gələrək, mənzillərini ala bilmədikləri ilə bağlı şikayət etmişdilər. Həmin zaman şikayətdə adı hallanan Cahangir Alışovun vəkili Habil Fətəliyev aşağıdakıları bildirmişdi:

“Mənzillərin kimlərəsə satılması yalan məlumatdır. Belə bir hal yoxdur. O binandan ev alanlar elə həmin sakinlərdir. Başqa adama ev satılmayıb. Sadəcə olaraq maddi imkansızlığa görə binanın tikintisində gecikmə oldu. Sakinlər də tələsirlər ki, evlərinə tez köçsünlər. Başqa heç bir problem yoxdur. İkincisi də sakinlər bildirirlərsə ki, 10 ildir, bizim mənzilimiz gecikdirilir. Bu da doğru deyil. Onların müqavilələrinə baxsanız, bunu görərsiniz. 2007-ci ilin axırında bina tikilməyə başlayıb. Necə 10 il ola bilər? Bina tikilib və hazırda tamamlanma işləri gedir. Kommunal xətlərin çəkilməsi qalıb, bu da ilin axırına qədər yekunlaşacaq”.

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq