Azərbaycan İdeyası

Respublika Klinik Xəstəxanasında həkimlərdən pul yığılır – SƏBƏB

Tarix:30-05-2017, 13:16
Baxış Sayı:291

 Respublika Klinik Xəstəxanasında həkimlərdən pul yığılır – SƏBƏB


Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında indiyədək ümumi ictimai ayaqyolu yoxdur. Əsasən rayonlardan da xəstələrin üz tutduğu bu səhiyyə müəssisəsinə gələnlərin bu üzdən çətinlikləri olur. Hurriyyet.org-a daxil olan məlumata görə, hazırda xəstəxananın həyətində ictimai ayaqyolu inşa olunur. Redaksiyamızın e-mailinə göndərilən fotolardan görünür ki, xəstəxananın həyətində tikinti aparılır.
Məlumatda o da bildiriilir ki, baş həkimin təşəbbüsü ilə inşa olunan ayaqyolu xəstəxana şöbələrində həkimlərdən toplanan pul hesabına tikilir. Ayaqyolunun ödənişli olacağı yazılıb.
O məlumatı da əldə etdik ki, bundan əlavə xəstəxananın təmir olunması üçün hər şöbəyə tapşırıq da verilib. Yəni hər şöbə müdiri işçilərindən topladığı pul hesabına rəhbərlik etdiyi şöbəni təmir etdirməlidir.
Məsələ ilə bağlı Respublika Klinik Xəstəxanası ilə əlaqə saxladıq. Qəbul şöbəsindən bizə bildirildi ki, xəstəxananın həyətində tualet inşa olunur. O məqsədlə ki, xəstələr, xəstə yanına gələnlər tualetə ehtiyacları olduqda çətinlik çəkməsinlər. Əsasən rayondan tibb müəssisəsinə gələn insanların bu sarıdan çox əziyyətləri olur. Çünki iş vaxtı bitəndə hər şöbənin qapısı qıfıllanır.
Bəs tualetin ödəniş qiyməti nə qədər olacaq?
Qəbul şöbəsində əyləşən xanım dedi ki, ümumiyyətlə, ictimai ayaqyolunun pullu olub-olmayacağı haqda onda məlumat yoxdur.
Xəstəxana işçilərindən ayaqyolu tikintisi və təmir üçün pul toplanmasına gəlincə, xanım bu barədə də heç bir məlumatının olmadığını dedi: “Bu barədə heç nə bilmirəm. İş günü də deyil. Rəhbərlikdən kimsə yoxdur. Yaxşı olar ki, iş günü əlaqə saxlayasınız”.
Qeyri-iş günü olduğuna görə, Səhiyyə Nazirliyi və xəstəxananın baş həkimilə əlaqə saxlaya bilmədik.
Mövzuya qayıdacağıq.
Respublika Klinik Xəstəxanasında həkimlərdən pul yığılır - SƏBƏB

OXŞAR XƏBƏRLƏR
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Bakıda böyük təmizlik
Bakıda böyük təmizlik
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI
Donald Tramp jurnalistlərə söz atdı: "Mən gedəndən sonra yazmağa xəbər tapmayacaqsınız"
Donald Tramp jurnalistlərə söz atdı: "Mən gedəndən sonra yazmağa xəbər tapmayacaqsınız"
Xərçəng riskini azaltmağın yolları açıqlandı: Rusiyalı akademikdən mühüm tövsiyələr
Xərçəng riskini azaltmağın yolları açıqlandı: Rusiyalı akademikdən mühüm tövsiyələr
ABŞ qaz daşıyan tankeri vurdu: Ölənlər var
ABŞ qaz daşıyan tankeri vurdu: Ölənlər var
Itkinizə üzgünük
Itkinizə üzgünük