Azərbaycan İdeyası

Ziya Məmmədovun qardaşı şəhid ailəsinə əl qaldırıbmı? – ŞİKAYƏT

Tarix:5-06-2017, 16:00
Baxış Sayı:539

 Ziya Məmmədovun qardaşı şəhid ailəsinə əl qaldırıbmı? – ŞİKAYƏT
 Ziya Məmmədovun qardaşı şəhid ailəsinə əl qaldırıbmı? – ŞİKAYƏT



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
surəti; Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevaya
Ucar rayonu Dədə Qorqud yaşayış məhəlləsi ev 7 mənzil 8 də yaşayan
şəhid anası Ələkbərova Şahnaz Abbas qızı tərəfindən

Şikayət Ərizəsi

Hörmətli Prezident!
Hörmətli Mehriban xanım!
Bu şikayət ərizəmdə yazıb sizə bildirirəm ki, Ucar Rayon İcra Hakimiyətinin sabiq icra başçıları Arzu Qafurov və Yaşar Məmmədov şəhid ruhuna hörmətsizlik edibşəhidin haqqına giriblər.Belə ki, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulmuş mənzilin növbəsinə 2008-ci il tarixdə dayanmışam.Həmin vaxt növbəm 54-cü sırada idim.Uzun müddət ərizələrlə müraciətlər etdikdən sonra Ucar Rayon İcra Hakimiyyətindən mənə cavab verilib ki. siz 2008-ci il tarixdə yox 2015-ci il tarixdə ev növbəsinə qeydə alınmısınız.İndi başa düşmüşəm ki, Ucarın sabiq icra başçısı hazırda Qubada icra başçısı işləyən Yaşar Məmmədov məni aldadıb ev növbəsinə qeydə aldırmayıb. Bu açıq-aşkar alçaqlıqdır ki, Ziya Məmmədovun xalası oğlu Yaşar Məmmədov edib.

Mənim oğlum Məhəmməd Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub, bir oğlum Fətəli 1-ci qrup Qarabağ müharibəsi əlilidir, iki oğlum isə Qarabağ müharibəsi iştirakçılarıdır , həyat yoldaşım Mehdi Ələkbərov isə Böyük Vətən müharibəsi iştirakçısı olub.Qardaşım Rəsulov Qadir Abbas oğlu Qarabağ müharibəsində şəhid olub.Özüm qəhrəman anayam 14 uşaq anasıyam. İndi evsizliyə görə qohumlarımın evində yaşamaq məcburiyyətində qalmışam. Çünki Ucar rayonunun Alpı kəndindəki evimiz iki otaqdan ibarətdir ki, Iki oğlum ailəsi ilə orada darısqal şəraitdə yaşayırlar, digər oğlum Polad isə kirayədə yaşayır. Mən buna görə qohumlarımın evində yaşamaq məcburiyyətində qalmışam.Bu şəhid ruhuna edilən hörmətsizlikdir.Ucar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Yaşar Məmmədov şəhid ailəsi və Qarabağ müharibəsi əlili olmayan çoxlu sayda şəxslərə həmin evlərdən mənzillər verib ki, bunun araşdırılması vacibdir.Çünki onlardan pul alıblar. Mənim isə bu korrupsionerə verməyə pulum yoxdur, halal adımız var. Bu korrupsiya cinayətidir və şəhid ruhuna hörmətsizlikdir. Bizim ailə vətənpərvər ailəsidir, buna görə fəxr edirik, qürur duyuruq.Bir dəfə keçmiş deputat Elton Məmmədov Ucarda ev orderləri paylayan zaman ondan bizim ailəyədə ev verilməsini xahiş etdim məni bezdirmisiniz deyib polis çağıtdırıb qolumu burdurub məni döydürdü. Allah da Ziya Məmmədovun özünü və yaxınlarını belə cəzalandırıdı.

Mən Prezident cənab İlham Əliyevə və Mehriban xanıma inanıram.İnanıram ki, bu şikayət ərizəmi öz şəxsi nəzarətləri ilə obyektiv araşdırıb qanunu tədbirlər görəcəklər şəhid ailəsinə mənzil verilməsinə köməklik edəcəklər.

Hörmətli Prezident!
Hörmətli Mehriban xanım!

Sizdən xahiş edirəm nümayəndənizi Ucar rayonuna göndərin gəlib yaşayışıma baxıb şikayət ərizəmdə göstərdiyim faktları yerində mənim iştirakımla araşdırıb qanunu tədbirlər görülməsinə tapşırıq verəsiniz və mənzillə təmin olunmağımıza yaxından köməklik göstərəsiniz. Əvvəlcədən sizə minnətdarlığımı bildirirəm.teref.info

Oğlum Poldaın əlaqə telefonu; (051) 347-62-53
Ziya Məmmədovun qardaşı şəhid ailəsinə əl qaldırıbmı? - ŞİKAYƏT
Dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq. Və şikayətçinin yolladığı videomaterialı da təqdim edirik:


OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq