Azərbaycan İdeyası

Yol polisindən sürücüyə: “102 kimdir, burada əmri mən verirəm”

Tarix:4-08-2017, 12:13
Baxış Sayı:575

 Yol polisindən sürücüyə: “102 kimdir, burada əmri mən verirəm”

Cavadzadə Murad Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarından şikayətçidir.
Korrupsiya və Qanun saytının məlumatına görə, Avtosfer.az-a müraciət edən sürücü bildirir ki, 99 YP 249 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan Binəqədi rayon DYPŞ-nin əməkdaşları ona məxsus olan “Seat” markalı, 99 HT 730 dövlət nömrə nişanlı avtomobili saxlayıb ödənilməmiş cəriməsi olduğunu və buna görə avtomobilin cərimə meydançasına aparılacağını bildiriblər.
Sürücü cəriməni yerində ödəməyə hazır olduğunu bildirib. Yol polisi isə “cəriməni ödə, avtomobilini buraxım, get” deyib. Sürücü bildirir ki, cəriməni ödəyib çekləri təqdim etsə də, ona avtomobilin duracağa getməli olduğunu bildiriblər: “Dərhal 102 xidmətinə zəng edib şikayət etdim. Oradan da bildirdilər ki, cərimə ödənilibsə, avtomobil buraxılmalıdır. Bununla bağlı məni saxlayan YPX əməkdaşına bildirdikdə, “102 kimdir, burada əmri mən verirəm” dedi.
Sonra isə PPX çağıraraq məni və avtomobilimdə olan dostumu bölməyə aparmağını istədi. Guya biz onu təhqir etmişik, tabe olmamışıq. Amma videogörüntülərdə də var ki, biz hər hansı kobudluğa yol vermirik. 102 xidmətinə zəng edəndən sonra məni aparmasalar da, dostumu bölməyə aparıb izahat aldılar. Həmçinin dedilər ki, sizə hələ bir cərimə də yazacağıq ki, qoşa xəttin tələbini pozmusunuz. Amma biz heç bir qaydanı pozmamışdıq”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı