Azərbaycan İdeyası

Polis məmuru onu işıqforda düşürtməyən avtobus sürücüsünü HƏDƏLƏDİ - VİDEO

Tarix:29-08-2016, 13:25
Baxış Sayı:362

Polis məmuru onu işıqforda düşürtməyən avtobus sürücüsünü HƏDƏLƏDİ - VİDEO
Antalyada sərnişin avtobusunda gərginlik yaranıb.

Milli.Az milliyet-ə istinadən bildirir ki, Türkiyənin bu bölgəsində polis işçisi işıqforda avtobus sürücüsündən qapını açaraq onun düşməsinə imkan verməsini istəyib.

Sürücü polis işçisinə: "Səni işıqforda endirsəm, 180 lirə cərimə ödəməli olacam. Ona görə də mümkün deyil", - cavabını verib. Polis isə hər zaman burada işıqforda düşdüyünü deyərkın sürücü daha tutarlı cavabı ilə diqqət çəkib: "Qardaş, bizə işıqforda sərnişin düşürtdüyümüz üçün cərimə yazan sizsiniz. Mən bundan öncə işıqforda sərnişin düşürdüm və 180 lirə cərimə ödəməli oldum. Ondan sonra özümə söz vermişəm ki, bir də burada heç bir sərnişini düşürməyəcəm".

Polis məmuru sürücünün sözlərinə: "Yaxşı, açma qapını. Mən bu gündən sonra bu avtobusa xüsusi diqqət edəcəm. Sən işıqforda sərnişin düşürsən, sənə istədiyim cəriməni yazacam", - ifadəsini işlədib. Sürücü: "Yaxşı, yaz! Amma məni təhdid etmə", - cavabını verib. Polis məmuru ilə avtobus sürücüsü arasındakı mübahisə paqonlunun növbəti dayanacaqda düşməsi ilə başa çatıb.

Criminal.az

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı