Azərbaycan İdeyası

Ölkəmizə yuyucu vasitələrin içərisində dərman preparatları keçirmək istədilər

Tarix:10-08-2017, 12:18
Baxış Sayı:447

 Ölkəmizə yuyucu vasitələrin içərisində dərman preparatları keçirmək istədilər Ölkəmizə yuyucu vasitələrin içərisində dərman preparatları keçirmək istədilər


Azərbaycan gömrükçüləri güclü təsirə malik maddələrin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Bu barədə Korrupsiya və Qanun saytı Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.

Məlumata görə, Astara Gömrük İdarəsində İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşının əl yüklərinə gömrük baxışı keçirilib. Yoxlama zamanı 12 ədəd yuyucu vasitənin içərisində, istehsal qablaşması pozulmuş vəziyyətdə, ümumi sayı 1250 ədəd olan “T-Dol-200 Tramadol Hydrochloride Tablets 200mq” adlı dərman preparatı aşkar edilib.

Xatırladaq ki, tramadol “Güclü təsir edən maddələrin Siyahısı”na daxildir və aşkar olunan 1250 ədəd dərman preparatında tramadolun təsiredici maddəsinin ümumi miqdarı 250 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı