Azərbaycan İdeyası

Yolu keçən zaman telefonla danışan piyadalar cərimələnməlidirmi?

Tarix:14-08-2017, 14:04
Baxış Sayı:256


 Yolu keçən zaman telefonla danışan piyadalar cərimələnməlidirmi?

Ərşad Hüseynov: “ABŞ-dakı bu yeniliyin ölkəmizdə tətbiqi üçün hələ tezdir”
“Piyadalarımızın öncə daha primitiv qaydaları mənimsəməsinə ehtiyac var”
ABŞ-ın Havay ştatının paytaxtı Honolulu şəhərində “Telefondan istifadə edən piyadaya pul cəriməsi” qanun layihəsi qəbul edilib. Məlum qanunun qəbul edilməsində məqsəd piyadaların yolu daha diqqətli keçməsi, bu zaman diqqətlərinin telefonda deyil, yolda olmasını təmin etməkdir.
Maraqlıdır, ABŞ-dakı bu yenilik ölkəmizdə tətbiq edilə bilərmi? Bu qanunun tətbiqi qəzaların və piyada ölümlərinin sayını azalda bilərmi?
Moderator.az -a açıqlama verən tanınmış hüquqşünas, yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov məlum yeniliyi təqdir etsə də, belə bir qanunun ölkəmizdə tətbiqinin tez olduğunu vurğuladı:
“Təbii ki, yolu keçən piyadanın diqqətli olması, bütün diqqətini yola yönəltməsi vacibdir. Piyadanın yolu qısa zamanda, təhlükəsiz şəraitdə keçib getməsi lazımdır. Lakin qeyd etdiyiniz məsələyə gəlincə, ABŞ-dakı bu qanunun Azərbaycanda tətbiqi üçün zənnimcə, hələ tezdir. Məncə, indi belə bir qanun qəbul edilsə belə, bunun heç bir faydası olmayacaq. Çünki bizdə piyadaların xeyli hissəsi yolu hardan necə keçmək laızm olduğunu bilmir. Bu baxımdan öncə primitiv qaydaların öyrənilməsinə ehtiyac var. Qalan incəliklər isə bundan sonra gəlir. Indiki halda belə bir qanunun qəbulu vətəndaşlarla yol polisi arasında gərginliklərə səbəb ola bilər”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda polkovnik qəfil öldü
Azərbaycanda polkovnik qəfil öldü
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
Bakıda futbol meydançasında meyit tapıldı
Bakıda futbol meydançasında meyit tapıldı
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Misirdə güclü zəlzələ baş verib
Misirdə güclü zəlzələ baş verib