Azərbaycan İdeyası

Ferqlenmek isteyi axirimiza cixib – Psixoloq

Tarix:15-08-2017, 11:36
Baxış Sayı:496

 Ferqlenmek isteyi axirimiza cixib – Psixoloq



Fərqlənmək istəyi az qala axırımıza çıxıb.
Bu sözləri Axar.az-a açıqlamasında tanınmış psixoloq Elnur Rüstəmov deyib.
O bildirib ki, bu, əslində insanın eqosu ilə bağlı yaranan problemdir:
“Bir vaxtlar öz gücümüzə əlavə kimi yaratdığımız texnika bu gün bizi ruhumuz belə incimədən idarə edir. İfrat komfort insanı onun ilkin mahiyyətindən uzaqlaşdırır, nəticədə ruh, texnogen ruha çevrilir, fərd eqoistləşir. Eqosunu məmnun etmək üçün can verən insana kömək etmək yerinə onu telefonun yaddaşına yazır, anı əbədiləşdirir, ölümsüzləşdirir. Layklardan (like) asılı hala qalmışıq. Daha çox təəcübləndirmək, təəcüblənmək istəyirik. Yaranan bu vəziyyətin kökü insanın diqqət görmək, cəmiyyətdə qəbul edilmək, dəyərləndirilmək təlabatlarından qaynaqlanır. Buna görədir ki, bir çox insanlar fikirlərini, getdiyi məkanların şəklini çəkərək layk xatirinə, fenomen olmaq istəyilə sosial şəbəkələrdə paylaşır. Artıq bu dövrün tələbidir”.
Psixoloq hər sahədə ifrat yanaşmanın ortaya çıxdığını vurğulayıb:
“Müasir dövrümüzdə qatil də, sevən də, sevilən də qəddardır. Orta xətt sanki itib. Sevəndə də dəli kimi sevirik, ayrılanda da…”
Məsələyə sosioloq Cavid İmamoğlu da münasibət bildirib. O bildirib ki, fərqlənmək istəyi insanlarda natamamlıq kompleksinin olması ilə əlaqədardır:
“İnsanın özündə natamamlıq hiss etməsi onda asılılığa səbəb olur. Bu da müəyyən gərginliyə və neqativ hallara gətirib çıxarır. Artıq belə insanlar ətrafdakı insanların düşüncələrindən asılı vəziyyətdə qalır. Bu da onların öz həyatlarını sərbəst şəkildə yaşamalarına mane olur. Sosial şəbəkələrdə aktivlikləri artdıqca artıq bu asılılıq ifrat həddə çatır. Bu onların nevrotik həyat tərzinə keçməsinə gətirib çıxarır. Bu sırf insanın psixikasından asılı olan prosesdir”
Sosioloq hazırda Azərbaycanda da sosial şəbəkələrdən asılı olan şəxslərin sayında artım görüldüyünü qeyd edib:
“Belə insanlarda bu asılılıq zaman keçdikcə daha pis halların yaranmasına səbəb ola bilər. Yaxşı olar ki, nevrotik əlamətləri ifrat həddə çatan insanlar psixoloq, psixoterapevt və ya nevropatoloqa müraciət etsin. Çünki psixi gərginlik ümumiyyətlə insanlarda inkişafa mane olur”.

OXŞAR XƏBƏRLƏR
Sürətli beyin qocalmasının səbəbi MƏLUM OLDU
Sürətli beyin qocalmasının səbəbi MƏLUM OLDU
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür
Sabah 27 dərəcə İSTİ OLACAQ
Sabah 27 dərəcə İSTİ OLACAQ
Yasamalda “nəzarət” adı ilə vətəndaşa təzyiq: “Uçaskovı” Rəfail kimə arxayındır?
Yasamalda “nəzarət” adı ilə vətəndaşa təzyiq: “Uçaskovı” Rəfail kimə arxayındır?
Azərbaycanda mütəşəkkil dəstə ifşa edildi - 89,5 milyon manatlıq dələduzluq
Azərbaycanda mütəşəkkil dəstə ifşa edildi - 89,5 milyon manatlıq dələduzluq
Daha 16 itkin-şəhid dəfn olunacaq+SİYAHI
Daha 16 itkin-şəhid dəfn olunacaq+SİYAHI
Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA
TƏBRİK EDİRİK+FOTO
TƏBRİK EDİRİK+FOTO